Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-58/2025 06.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 13952,45 ABŞ dolları məbləğində əldən çıxmış fayda məbləğində borcun, 161,16 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı ASC-yə ödənilməsi, həmin fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin evdən çıxarılmaları, həmin əmlakın boşaldılması və iddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 26 faizlə 12 ay müddətinə 20500 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra borclu Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün "xxxx" İKB ASC məhkəməyə müraciət etmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə 23083,14 ABŞ dolları məbləğində pulun Cavabdeh2 tutulması və tutumanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki ünvan 3-da yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi icra qaydasında qismən icra olunmuş və Cavabdeh1 mülkiyyətindəki ünvan 3-da yerləşən fərdi yaşayış evi hərracda alıcı olmadığından banka təklif olunmuş, "xxxx" İKB ASC tərəfindən təklif qəbul olunaraq 12750 manata əmlak bank tərəfindən alınmış və qətnamə üzrə borcdan 7486,79 ABŞ dolları məbləğində pul silinmişdir. Lakin Cavabdeh1 2019-cu ildə hərracın nəticələrinin ləğv olunaraq onun əsasında verilmiş protokol və çıxarışın ləğv edilməsinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək hərracın nəticələri ləğv olunaraq iş ilkin vəziyyətə qaytarılmışdır. Bank Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi icra olunması üçün Gəncə şəhəri üzrə İcra idarəsinə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən qeyd olunan qətnamə üzrə icra hərəkətləri davam etdirilməlidir. Hazırda qanuni qüvvədə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-1142/2009 nömrəli qətnaməsi icra olunmamaqdadır. Həmçinin 11 mart 2009-cu il tarixli RBBYEV017-1Mİİ saylı ipoteka müqaviləsinin 7.3-cü bəndinə əsasən İpoteka qoyan ipoteka ilə təmin edilmiş kredit öhdəliyinin vaxtında yerinə yetrilməməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 14.2-ci bəndində qeyd olunur ki, Borcalan İpoteka saxlayanla bağladığı xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləği, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və ipoteka qoyanın vəzifələrini vaxtında və düzgün yerinə yetrilməməsi səbəblərindən yaranan sair ziyanları ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədə olur. Xəbərdarlıq edilməsinə və qanuni qüvvədə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-1142/2009 saylı qətnaməsi olmasına baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. xx.xx.2009-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh2 iddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 15001,32 ABŞ dolları məbləğində əldən çıxmış fayda məbləğində borcun, 161,16 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı ASC-yə ödənilməsi, həmin fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin evdən çıxarılmaları, həmin əmlakın boşaldılması və iddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı həmin ərizəsində qeyd etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, rəy verildikdən sonra icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli mühasibatlıq rəyindən görünür ki, Cavabdeh2 müəyyən edilmiş 23083,14 ABŞ dolları məbləğində kredit borcuna illik 5%-lə (əldən çıxmış fayda) hesablanmaqla xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixə əldən çıxmış fayda borcu 13856,27 ABŞ dolları məbləğində və xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixə əldən çıxmış fayda borcu 14257,01 ABŞ dolları məbləğində müəyyən edilir. İşdən göründüyü kimi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən xx.xx.2023-cü il tarixli maliyyə arayışına istinad olunmuşdur. Nəzərə almaq lazımdır ki, aradan xeyli müddət keçmiş, ekspertin rəyi xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuş və məhkəmə iclası həmin günə, yəni xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Müddətin bu qədər uzanmasının səbəbkarı bank olmamış və aradan keçən, yəni xx.xx.2023-cü il tarixdən bu günə olan müddətə görə illik 5 faiz borc hesablanması nəzərə alınmalıdır. Ekspertin sözügedən rəyinə əsasən xx.xx.2024-cü il tarixə 14257,01 ABŞ dolları faiz hesablanmış, hər günə düşən faiz məbləği 2,17 ABŞ dolları olmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 343 gün keçmiş və bu günə görə də (343x2,17) 744,31 ABŞ dolları borc hesablanmaqla cəmi borc 15001,32 ABŞ dolları olmuşdur. İddia tələbinin həcminin artırılması üçün əsas (müddətin keçməsi) indi yaranmış və buna görə də tələbin həcminin artırıımasına dair ərizə icraata götürülməlidir. Əks yanaşma əlavə olaraq məhkəmədə yeni iddia tələbinin irəli sürülməsinə gətirib çıxarar ki, bu da lüzumsuz şəkildə məhkəmə yükünün artırılmasına və prosessual qənaət prinsipinin pozilması ilə nəticələnər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin “əldən çıxmış fayda” hissəsindən başqa digər tələblərin ümumiyyətlə təmin edilməsi mümkün deyildir, belə ki ilkin tələb uğurlu olarsa, ilkin tələb üzrə qət edilmiş istənilən məbləğdə əldən çıxmış fayda qətnamənin icrası olaraq icra mərhəsində həll edilməli məsələdir, ayrıca tələb kimi baxıla bilməz. İddiaçıya bu hələ 2009-cu il tarixdə işə baxılarkən izah edilərək ipoteka ilə yüklü edilmiş əmlakın hərracdan satılmasının mümkünsüzlüyü səbəbindən həmin hissədə təmin edilməmişdir. Hazırkı mərhələdə hüquqdan sui-istifadə edərək eyni tələblə müraciətin hüquqi əsası yoxdur. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2009-cu il tarixdə həbs edilməklə xx.xx.2011-ci il tarixli hökmə əsasən 10 il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Hazırkı tələbin əsası isə xx.xx.2009-cu il tarixli qətnamədir, yəni bir gün sonradan qəbul edilmiş qətnamə. Cavabdeh2 10 il ərzində qətnaməni icra etmək imkanı olmamışdır. İddiaçının iddiasının hüquqi əsası olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, - Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. “Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İşin hallarından göründüyü kimi Cavabdeh2 həbsdə olması səbəbilə qətnaməni icra etməmişdir. Belə olan halda ona münasibətdə tələbin təmin edilməsi əsasızıdır. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş əmlak 12750 manata alınmış, həmin dövrdə dolların məzənnəsi ilə əmlak dəyəri 16346 ABŞ dolları edir. Bu vəziyyət hərracın nəticələrinin ləğv edilməsinə dair xx.xx.2020-ci il tarixli qətnamə qəbul edilənədək davam etmişdir. Belə olan halda da iddiaçı əldən çıxmış faydanı tələb etmək hüququ xx.xx.2009-cu il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən yaranmış olur. İşin faktiki hallarından görünür ki, xx.xx.2009-cu il tarixli qətnamə hazırda icra mərhələsindədir və icranın yekun nəticələri barədə qərar yoxdur. Belə olan halda hazırkı iddia tələbi icranın yekun nəticələri məlum olanadək baxışdan çıxarılmalı, yaxud icraat dayandırılmaldır. Belə ki, icraata xitam verilməsi barədə tərəflər arsında razılıq əldə edilməsi istisna deyildir. Hazırkı iddia tələbinin nəticəsi isə icra işinin yekun nəticəsinə bağlıdır. Bundan başqa əldən çıxmış faydanı tələb edilməsi hüququnu iddiaçı xx.xx.2009cu il tarixdən yarandığını hesab edirsə, qeyd edilən pul tələbi üçün iddia müddəti ötürülmüşdür. Hazırkı tələbə iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququdur. Məhkəmənin gecikdirilmiş vaxt üçün illik məhz beş faiz ödənilməsini təmin etmək vəzifəsi müəyyən edilməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ASC (keçmiş "xxxx" ASC) bundan əvvəl iddia qaldırmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-1142/2009 nömrəli qətnamə ilə evin hərracdan satılması barədə tələbi rədd edilmişdir. Bundan başqa, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-378/2020 nömrəli qətnaməsi ilə onun cavabdehlər keçmiş "xxxx" ASC (indiki Yelo Bank ASC), AR ƏMDKY DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı hərracın yekunlarına dair protokolun müqavilənin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nizami küçəsi 10-cu döngə ev 12A saylı fərdi yaşayış evinə dair hərrac “Külək MMC”-nin xx.xx.2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolu və həmin hərracın yekunları üzrə alqı-satqısı barədə "xxxx" MMC ilə "xxxx" arasında bağlanmış müqavilə etibarsız hesab edilmiş və Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, ev 12A saylı fərdi yaşayış evinə dair "xxxx"-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4569/2022 nörməli, xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə ev 12A saylı fərdi yaşayış evində yaşayan oğlu 44 günlük müharibənin iştirakçısı olmuş, döyüşlərdə iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Hazırda müharibə veteranıdır. Dövlət qazilərə ev verir, maşınla təmin edir. Odur ki, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin izahatında bildirdi ki, Cavabdeh2 xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 12 ay müddətinə 20500 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 3-da yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Bundan sonra borclu Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün "xxxx" İKB ASC məhkəməyə müraciət etmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə 23083,14 ABŞ dolları məbləğində pulun Cavabdeh2 tutulması və tutumanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki ünvan 3-da yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi icra qaydasında qismən icra olunmuş və Cavabdeh1 mülkiyyətindəki ünvan 3-da yerləşən fərdi yaşayış evi hərracda alıcı olmadığından banka təklif olunmuş, "xxxx" İKB ASC tərəfindən təklif qəbul olunaraq 12750 manata əmlak bank tərəfindən alınmış və qətnamə üzrə borcdan 7486,79 ABŞ dolları məbləğində pul silinmişdir. Lakin Cavabdeh1 2019-cu ildə iddia qaldırmış, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək hərracın nəticələri ləğv olunaraq iş ilkin vəziyyətə qaytarılmışdır. Bunun səbəbi Cavabdeh1 hərracda iştirak etməməsi, yəni prosessual pozuntu olmuşdur. Xəbərdarlıq edilməsinə və qanuni qüvvədə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-1142/2009 saylı qətnaməsi olmasına baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. xx.xx.2009-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Təkrar hərrac keçirilməmişdir. Bundan başqa, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən sonra iddia tələbinin həcmi artırılmışdır. Cavabdeh2 10 il müddətində cəzaçəkmə müəssisəsində olması onu hər hansı məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbi üzrə iddia müddəti ötürülməmişdir, belə ki, iddiaçı vaxtında əsas və faiz borcunun tutulması üçün məhkəməyə müraciət etmişdir. Bu müqavilədən yox, qanundan irəli gələn öhdəlikdir. Hazırda cavabdehlər heç bir halda borcu ödəmək istəmirlər. Başqa sözlə, cavabdehlər tərəfindən iddia tələbi üzrə tələb olunan borc üzrə heç bir ödəniş olunmamışdır. İpoteka müqaviləsinə xitam verilməmişdir, hazırda qüvvədədir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 nömrəli, 06 oktyabr 2009-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddiası qismən təmin edilmiş, iddia tələbi icra qaydasında həll olunmalı olduğundan evin hərracda satılması barədə hissədə rədd edilmişdir. İpoteka müqaviləsinin etibarsızlığı mübahisələndirilmədiyi üçün o, hazırda qüvvədədir. Bugünkü gündə mübahisəli ev Cavabdeh1 istifadəsindədir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2009-cu il tarixdə həbs edilməklə xx.xx.2011-ci il tarixli hökmə əsasən 10 il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Hazırkı tələbin əsası isə xx.xx.2009-cu il tarixli qətnamədir, yəni bir gün sonradan qəbul edilmiş qətnamə. Cavabdeh2 10 il ərzində qətnaməni icra etmək imkanı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İşin hallarından göründüyü kimi Cavabdeh2 həbsdə olması səbəbilə qətnaməni icra etməmişdir. Belə olan halda ona münasibətdə tələbin təmin edilməsi əsassızdır. Cavabdeh2 2019-cu ildə cəzaçəkmə müəssisəsindən azad olunmuş, maddi imkanı olmadığından hazırkı vaxtadək kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Cavabdeh2 cəzaçəkmə müəssisəsindən çıxdığı dövrdən sonra yaranan borcu ayrı hesablanmalı idi. Bundan başqa əldən çıxmış faydanın tələb edilməsi hüququnu iddiaçı xx.xx.2009-cu il tarixdən yarandığını hesab edirsə, qeyd edilən pul tələbi üçün iddia müddəti ötürülmüşdür. İndiki qanunvericiliyə əsasən iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır, kreditin icra müddəti isə müqavilənin icra müddəti ilə yekunlaşır. Hazırkı tələbə müqavilə üzrə üç illik iddia müddəti tətbiq edilərək iddia tələbi təmin edilməməlidir. Hazırda Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi icra mərhələsindədir. Baxmayaraq ki, kredit müqaviləsi həmin dövrdə ABŞ dolları ilə hesablanıb, hazırda iddia tələbi manatla hesablanmalıdır. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş əmlak 12750 manata alınmış, həmin dövrdə dolların məzənnəsi ilə əmlak dəyəri 16346 ABŞ dolları edir. Bu vəziyyət hərracın nəticələrinin ləğv edilməsinə dair xx.xx.2020-ci il tarixli qətnamə qəbul edilənədək davam etmişdir. Belə olan halda da iddiaçı əldən çıxmış faydanı tələb etmək hüququ xx.xx.2009-cu il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən yaranmış olur. İşin faktiki hallarından görünür ki, xx.xx.2009-cu il tarixli qətnamə hazırda icra mərhələsindədir və icranın yekun nəticələri barədə qərar yoxdur. İpoteka müqaviləsi özü-özlüyündə hüquqi əhəmiyyətini itirmişdir, onun etibarsız hesab olunması ilə bağlı ayrıca iddia verməyə ehtiyac yoxdur, özü-özünə etibarsızdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, Cavabdeh1 Cavabdeh2 ilə yaxın dost münasibətində olduğu üçün o özünəməxsus evi, Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə ev 12A saylı fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliklərinin icrasının təminatı kimi ipotekaya qoymuşdur. Belə ki, 2009-cu illə hazırda ABŞ dolları ilə manatın bir-birinə nisbəti dəyişmişdir. Cavabdeh1 mübahisəli evdə yaşayan oğlu 44 günlük müharibənin iştirakçısı olmuş, döyüşlərdə iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Hazırda müharibə veteranıdır. Dövlət qazilərə ev verir, maşınla təmin edir. Odur ki, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 öz nümayəndəsi və vəkili ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin əlavə etmişdir ki, hərracın nəticələrinin ləğv olunmasının səbəbi onun yetkinlik yaşına çatmayan övladlarının evin hərraca çıxarılmasına notarial qaydada razılıq verməməsi olub. Cavabdehlərin ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmiş, həmçinin əvvəlki məhkəmə iclasında təqdim edilən yazılı etirazı müdafiə etdiyini bildirmişdir. Digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh2 məhkəmə iclasları müddətində yaranmış borcunu bağlayıb qurtaracağına söz versə də, məhkəmə iclaslarına gəlməmiş, yanlız nümayəndəsi olan vəkilini göndərmişdir. Odur ki, Cavabdeh2 məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" İKB ASC (Yelo Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli, RBB YEV 017Mİ nömrəli kredit müqaviləsi əsasında ona 12 ay müddətinə illik faiz dərəcəsi 26 % olmaqla 20500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə ünvanında xüsusi mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24,3 kv.m yaşayış, 20,2 kv.m köməkçi sahədən ibarət Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 134 nömrəli vərəqində qeydiyyata alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2009cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş 12A nömrəli fərdi yaşayış evi (bundan sonra - ipoteka predmeti) tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli, RBB YEV 017-1Mİİ nömrəli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) olmaqla – 13952,45 ABŞ dolları borcu yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/7473 nömrəli, 21 yanvar 2025-ci il tarixli rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlər, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixli, RBB№YEV017Mİ saylı kredit müqaviləsi üzrə Cavabdeh2 müəyyən edilmiş 23083,14 ABŞ dolları məbləğində kredit borcuna illik 5%-lə faiz (əldən çıxmış fayda) hesablanmaqla xx.xx.2009-cu il tarixdən (qətnamənin tarixi) xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) əldən çıxmış fayda borcu 13856,27 ABŞ dolları məbləğində və xx.xx.2009-cu il tarixdən (qətnamənin tarixi) xx.xx.2024-cü il tarixə (qərardadın tarixi) əldən çıxmış fayda borcu 14257,01 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin LP- 083/2025 nömrəli, 26 may 2025-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh1 məxsus olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 40000 manat, likvid qiyməti 31000 manat təşkil edir. Lakin mütəxəssis rəyində qeyd olunan bazar və likvid qiymətlər barədə texniki səhv olduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin LP-083/2025 nömrəli, 26 may 2025ci il tarixli rəyə düzəliş edilərək məhkəməyə göndərilmişdir. Həmin rəydən görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh1 məxsus olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 40000 manat, likvid qiyməti 35000 manat təşkil edir. Məhkəmə öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Hazırkı işin mübahisəsiz hallarına görə iddiaçı "xxxx" İKB ASC məhkəmədə iddia qaldıraraq bankla Cavabdeh2 arasında bağlanmış 11 mart 2009-cu il tarixli kredit müqaviləsinə əsasən illik 26 faizlə 12 ay ərzində ödəmək şərtilə Cavabdeh2 20500 ABŞ dolları kredit verildiyini, kreditin təminatı kimi Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyini, lakin cavabdehin tərtib edilmiş qrafik əsasında öhdəliyi yerinə yetirmədiyindən əsas kredit borcundan 14243,49 ABŞ dolları, hesablanmış faiz borcundan 1804,09 ABŞ dolları, gecikdirilmiş kredit borcundan 4742,31 ABŞ dolları, dəymiş ziyandan 2293,30 ABŞ dolları olmaqla cəmi 23083,14 ABŞ dolları borcu yarandığını əsas göstərərək həmin pulun və 20 manat dövlət rüsumunun Cavabdeh2 alınıb Banka ödənilməklə xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini, ödəmənin ipoteka ilə yüklü edilmiş evə yönəldilərək evin hərracdan satılıb əldə edilən pulla ödəmənin aparılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddiası qismən təmin edilərək, "xxxx" İKB ASC-nin Yevlax filialı və Cavabdeh2 arasında bağlanmış 11 mart 2009-cu il tarixli müqavilənin ləğv edilməsi, 23083,14 ABŞ dolları məbləğində pulun milli valyuta məzənnəsi ilə və 20 manat dövlət rüsumunun Cavabdeh2 alınıb "xxxx" İKB ASC-yə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, evin hərracdan satılması barədə tələb rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-511/2019 nömrəli, 04 iyun 2010-cu il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Belə ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsi icra olunması üçün xx.xx.2009-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar onun izah olunması barədə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 8-043- 2/10 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadına əsasən həmin icra sənədinin ixtisaslaşdırılmış müəssisələr tərəfindən satılması yolu ilə icra edilməsi qərara alınmışdır. Fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı hərracın keçirilməsi xx.xx.2011-ci il tarixdə Külək” MMC-yə sifariş edilmişdir. "xxxx" MMC 17 avqust 2011-ci il tarixli, 01/2151 nömrəli təklifi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin 30 gün ərzində ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə 12750 manata təklif edilmiş, əks təqdirdə ipotekaya xitam verilməsi göstərilmiş, lakin ev hərracdan satın alınmamışdır. xx.xx.2014-cü il tarixdə ev tələbkar "xxxx" İKB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Bundan sonra Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1142/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Daha sonra iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" ASC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, hərrac Təşkilatının xx.xx.2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolunun, onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək mülkiyyət hüququnun bərpa edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2929/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qərardadı ilə, mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh1 şikayəti təmin edilmiş, mülki iş baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-378/2020 nömrəli, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 12 a saylı fərdi yaşayış evinə dair Hərrac təşkilatçısı "xxxx" MMC-nin 13 mart 2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolunun və həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" MMC ilə "xxxx" X7 arasında başlanmış 13 mart 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 12 a saylı fərdi yaşayış evinə dair "xxxx" X2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* olan, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC) apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2(044)-2006/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(104)-2333/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2(044)-2006/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(104)-2333/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(102)-4569/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(104)-2333/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2022-ci il tarixli, 2(104)-517/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2(044)-2006/2019 nömrəli qətnaməsi qismən – “iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı X8 aid edilməsi” hissəsində dəyişdirilərək, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 aid edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı ASC kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 aprel 2022-ci il tarixli, 2(104)-517/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(102)-4569/2022 nömrəli qərarı ilə cavabdeh İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2022-ci il tarixli, 2(104)- 517/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, qanuni qüvvədə olduğu mübahisələndirilməyən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-107/2011 nömrəli, 08 dekabr 2011-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinməklə və əmlakı müsadirə olunmamaqla 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2., 178.2.4., 320.1-ci maddələri ilə Cavabdeh2 təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılıb ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən zərərçəkmiş şəxs X5 mülki iddiası tam təmin edilərək ona dəymiş maddi ziyan - 16492 (on altı min dörd yüz doxsan iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pulun müştərək qaydada təqsirləndirilən şəxslər Cavabdeh2, X6 və Əmrahov Şahismayıl Calal oğlundan tutularaq Cavabdeh1 ödənilməsi, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin qanunla müəyyən edilmiş qaydada Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 06 iyun 2011-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Əmrahov Şahismayıl Calal oğlunun adına olan Gəncə şəhəri, Gəc zavodu ərazisi «Bahar» bağçılıq yoldaşlığı sahə 13-də yerləşən bağ evinə, Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə, X1 adına olan Gəncə şəhəri, Sevinc qəsəbəsi «İnşaatçı» bağçılıq yoldaşlığı sahə 7-də yerləşən bağ evinə, Cavabdeh2 adına qeydiyyatda olan QAZ-31105 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı və X1 adına qeydiyyatda olan Mercedes C 180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi və həmin əmlaklar açıq hərracda satılmaqla satışdan əldə olunmuş vəsait hesabına vurulmuş ziyana mütənasib qaydada zərərçəkmiş şəxslərə ödənilməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı X6 və atası Əmrahov Şahismayıl Calal oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2009-cu ilin mart ayında Gəncə şəhəri Sevinc qəsəbəsində Cavabdeh1 ilə birgə işləyib cücə yetişdirməyi vəd edərək onu aldatmış, vədinə əməl etməyərək sonuncunun Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngədə yerləşən 12-a saylı evini 11 mart 2009-cu ildə "xxxx" X4 ASC-nin Yevlax filialından aldığı 20.500 (iyirmi min beş yüz) ABŞ dolları və ya 16.492 (on altı min dörd yüz doxsan iki) manat 25 qəpik pulu kredit vəsaitinə görə girova qoymuş, cinayət əməlini davam etdirərək, banka kredit borcu ödəmədiyindən bankın iddiası əsasında evin hərrac yolu ilə satılıb banka olan kredit borcunun ödənilməsi barədə Kəpəz Rayon Məhkəməsi tərəfindən 06 oktyabr 2009-cu il tarixli qərar çıxarılmış, bununla da zərərçəkmiş Cavabdeh1 aldadaraq ona külli miqdarda, yəni 16492 manat 25 qəpik dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, işin halları ilə müəyyən edilir ki, bank tərəfindən 11 mart 2009-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 26 faizlə 12 ay müddətinə 20500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən Bank məhkəməyə müraciət etmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən sözügedən kredit müqaviləsi üzrə əsas borca görə 14243,49 ABŞ dolları, hesablanmış faiz borcuna görə 1804,09 ABŞ dolları, gecikdirilmiş kredit borcuna görə 4742,31 ABŞ dolları, dəymiş ziyana görə 2293,30 ABŞ dolları olmaqla cəmi 23083,14 ABŞ dolları məbləğində pul milli valyuta məzənnəsi ilə və 20 manat dövlət rüsumu Cavabdeh2 alınıb "xxxx" İKB ASC-yə ödənilməli, ödəmə ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməlidir. İşin digər halına görə 14243,49 ABŞ dolları məbləğində əsas borc hazırkı vaxtadək ödənilməmişdir. Hazırda iddiaçı bank məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 tərəfindən ödənilməli olan borcun vaxtında ödənilməməsi ilə banka zərər vurduğunu iddia edərək gecikdirilmiş vaxt üçün yaranmış borcun - xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 15001,32 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcun, 161,16 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 bankın xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı ASC-yə ödənilməsi, həmin fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin evdən çıxarılmaları, həmin əmlakın boşaldılması və iddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC) ilə bağladığı 11 mart 2009-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, kreditor - hazırkı mülki iş üzrə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında 11 mart 2009-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 14243,49 ABŞ dolları məbləğində əsas borcu vaxtında iddiaçıya ödəməmiş, bununla da Cavabdeh2 iddiaçı banka zərər vurmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 442, 445.7 və 448-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, qeyd edilən müqavilə üzrə zərərin əvəzinin ödənilməsi barədə iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin tələbin bir hissəsinə münasibətdə iddia müddəti keçmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə də iddia müddəti üç ildir. Mülki Məcəllənin 373.3-cü maddəsindəki norma 373.2-ci maddədəki normaya münasibətdə xüsusi normadır. Odur ki, əgər tələb müqavilədən əmələ gəlirsə, lakin müqavilə ilə müəyyən edilmiş öhdəlik vaxtaşırı icra edilməlidirsə, belə halda tələb üçün iddia müddəti 373.3-cü maddəyə əsasən müəyyən edilir. Tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh öhdəliyi vaxtaşırı icra etməlidir. Həmçinin, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki tələb Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 nömrəli, xx.xx.2009-ci il tarixli qətnaməsinin elan edildiyi tarixdən başlamaqla, xx.xx.2025-ci il tarixədək vaxtaşırı aparılmış hesablara əsaslanmışdır. Buna görə də tərəflər arasında olan münasibətlər vaxtaşırı icra edilməli olan öhdəliklərlə əlaqədardır. Belə olan halda, məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsini, eləcə də iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki son üç il üçün əsas borca hesablanmış illik beş faiz məbləği istisna olmaqla, ondan əvvəlki dövr üçün əsas borca hesablanmış illik 5 faiz məbləğində pul vəsaitini tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/7473 nömrəli, 21 yanvar 2025-ci il tarixli rəyinin tədqiqat hissəsində göstərilən hesablama qaydasını nəzərə almaqla hesab edir ki, Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, iddia qismən təmin edilməli, yalnız iddianın məhkəməyə verilməsindən əvvəlki son üç il üçün və məhkəmə dövrü üzrə, yəni məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixdən tələb edilən vaxtadək – xx.xx.2025-ci il tarixədək, ümumilikdə 4 il 3 ay 6 gün müddətində banka qaytarılmamış 14243,49 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmış pul məbləği - (2848,68 ABŞ dolları (bir illik 712,17 ABŞ dolları olmaqla 4 il) + 178,02 ABŞ dolları (bir aylıq 59,34 ABŞ dolları olmaqla 3 ay) + 11,868 ABŞ dolları (bir günlük 1,978 ABŞ dolları olmaqla 6 gün) = 3038,57 ABŞ dolları Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu zaman ekspert rəyini qismən sübut kimi qəbul edir və nəzərə alır ki, ekspertin rəyində əsas borca deyil, ümumi borca, yəni 23083,14 ABŞ dolları məbləğində kredit borcuna illik 5%-lə faiz (əldən çıxmış fayda) hesablanmışdır. Məhkəmə Cavabdeh2 etirazında qeyd etdiyi digər dəlilləri əsassız hesab edir və qeyd edir ki, Cavabdeh2 həbsdə olması, yaxud xx.xx.2009-cu il tarixli qətnamənin hazırda icra mərhələsində olması və icranın yekun nəticələri barədə qərarın olmaması Cavabdeh2 iddiaçıya olan, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 nömrəli, 06 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcunu vaxtında ödəməsi barədə vəzifəsindən azad etmir. Borclu Cavabdeh2 qeyd edilən öhdəliyin pozulmasına görə məsuliyyət daşıyır. Başqa sözlə, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını mötəbər dəlillərlə sübuta yetirməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, hazırkı borc üzrə tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun evin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməsi ilə bağlı hissədə də iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, tərəflər arasında əsas öhdəliyin pozulmasına görə yaranmış 23083,14 ABŞ dolları məbləğində borc üzrə ödəmə də ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, 12A saylı fərdi yaşayış evinə yönəldilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldildikdə əmlakın açıq hərracdan satılması ipoteka saxlayanın qanunla müəyyən edilmiş hüququdur və hazırda tutma yönəldilmiş sözügedən əmlakın açıq hərracdan satılmasının qarşısını alan hər hansı hal mövcud deyil, Cavabdeh1 etirazı əsassızdır. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qarışıq qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmiş və ipoteka predmeti olan mənzilin likvid dəyəri 35000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 35000 manat məbləğində müəyyən edilməlidir. İddianın «ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 və digər şəxslərin həmin yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi» hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının 02/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qarışıq qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, həmin qərardadda formalaşmış hüquqi mövqeyə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 59.3cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbləri baxımından, bunun üçün aşağıdakı 2 şərtdən ən azı birinin mövcud olması zəruridir: - yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya; - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. İpoteka müqaviləsi kredit müqaviləsinin deyil, digər müqavilələrin (podrat və s.) təminatı üçün bağlandığı hallarda isə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki vəzifənin reallaşması üçün mütləq ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalıdırlar. İpoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən, orada yaşayan şəxslərin çıxarılmasının ipoteka saxlayan tərəfindən tələb olunması qaydası “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, sözügedən iddia tələblərinə məhkəmələrdə baxıla bilməz. Belə olan halda Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması hissəsində icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməli, iddiaçıya sözügedən tələblər üzrə icra qurumuna müraciət edə bilmələri bu Qərardadın 24-cü bəndinə uyğun şəkildə izah edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin məzmunundan göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin “İcra haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş qaydada icra məmurları tərəfindən ipoteka predmeti olan yaşayış sahəsidən və qeydiyyatdan məcburi qaydada çıxarılması üçün hüquqi əsasdır. Hazırkı işin hallarından müəyyən edilir ki, Bank ilə borclu Cavabdeh2 arasında xx.xx.2009-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq Bankla Cavabdeh1 arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsi əsasında sonuncuya məxsus əmlak – Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, 12A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlandığından, ipoteka predmeti olan yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Beləliklə, yuxarıda sadalanan müddəalardan göründüyü kimi, qeyd edilən tələb üzrə söhbət yalnız tutma üzərinə yönəldilmiş ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalarından gedir. Eləcə də nəzərə almaq lazımdır ki, cavabdehlər ipoteka ilə təmin edilən icrası gecikdirilmiş öhdəliyi və ya öhdəliyin hissəsini icra edərək ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verilməsini tələb etmək hüququna malikdirlər. Ona görə də məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 həmin evi tərk etməlidir. «Evi tərk etməlidir» dedikdə isə Cavabdeh1 həmin yaşayış evinə olan istifadə hüquqlarını itirməsi və evdən çıxarılması başa düşüldüyündən, məhkəmə hesab edir ki, onun istifadə hüquqları edilməli və o, həmin evdən çıxarılaraq, ev boşaldılmadır. Belə nəticəyə gələn məhkəmə hesab edir ki, əks yanaşma gələcəkdə ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satılacağı təqdirdə Cavabdeh1 həmin evdən çıxarılması ilə bağlı yeni məhkəmə mübahisələrinin əmələ gəlməsinə şərait yarada bilər. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində digər şəxslərin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılmaları hissədə iddia qeyri-müəyyəndir və təmin edilməməlidir. Belə ki, iddiaçı digər şəxslərin dairəsini müəyyən etməmiş, qeyd etdiyi şəxslərin kim olmasını göstərməmiş, ümumiyyətlə ipoteka qoyanın yetkinlik yaşına çatmış ailə üzvlərinin və ya hər hansı digər şəxsin (şəxslərin) ipoteka predmeti olan əmlakda yaşamaları (qeydiyyatda olmaları) barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, iddia tələbinin ipoteka predmetinin Banka təhvil verilməsi hissəsi də qeyri-müəyyəndir. Belə ki, hazırki vəziyyətdə ipoteka predmetini kimin alacağı müəyyən deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3, 42.4, 42.5 və 42.6cı maddələrinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Məhkəmə qeyd edir edir ki, əvvəlcədən həmin evin hərraca çıxarılıb-çıxarılmaması, hərracdan konkret olaraq kim (kimlər) tərəfindən alınıb-alınmaması məlum olmadığından, hazırki vəziyyətdə belə bir nəticəyə gəlmək də mümkün deyildir. Yalnız yaşayış evi açıq hərracdan məhz İddiaçı ASC tərəfindən alınacağı təqdirdə evin banka təhvil verilməsindən söhbət gedə bilər ki, bu da hazırda qeyri-müəyyəndir. Bu səbəbdən hazırkı halda ipoteka predmetinin Banka təhvil verilməsi hissəsində də tələb əsassızdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4 il 3 ay 6 gün müddətində banka qaytarılmamış 14243,49 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmış pul məbləği - 3038,57 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış (likvid dəyəri) qiyməti 35000 manat məbləğində müəyyən edilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan puldan 3038,57 ABŞ dolları və məhkəmə xərci ödənilməli, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə istifadə hüququ itirilməklə yaşayış sahəsindən çıxarılmalı və yaşayış evi boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə məhkəmə xərcləri – iddiaçı tərəfindən ödənilmiş 161,16 manat dövlət rüsumundan və 200 manat məbləğində ekspertiza xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli 166,5 manat dövlət rüsumunun 66,31 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, qalan hissə iddiaçıya aid edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən ümumilikdə 200 manat məbləğində ekspertiza xərci Cavabdeh2 alınaraq, X3, kodu 210005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, 3038,57 ABŞ dolları məbləğində tutulmalı borc qətnamə icra olunan vaxtı Azərbaycan manatı məzənnəsinə uyğun manatla tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş (4 (dörd) il, 3 (üç) ay, 6 (altı) gün) vaxt üçün əsas borca illik 5 (beş) faizi dərəcəsi ilə hesablanmış 3038,57 (üç min otuz səkkiz tam yüzdə əlli yeddi) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) məbləğində pul vəsaiti və ödənilmiş 66,31 (altmış altı tam yüzdə otuz bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin və bu tutma ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiyməti 35000 (otuz beş min) manat məbləğində müəyyən edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsaitdən 3038,57 ABŞ dolları və məhkəmə xərci ödənilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etmədikdə istifadə hüququ itirilməklə o, yaşayış sahəsindən çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X3nin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-58/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-58/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver