Məhkəmə qərarları › İş №e-2(125)-5835/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5835/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5835/2025 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (Açar söz: borcun qaytarılması) Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İ.İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 4680 manat borcun, hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 300 manat məbləğin, tərəfindən ödənilmiş 69,80 manat dövlət rüsumunun ödəilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİİ. İddia ərizəsinin mahiyyəti: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlamış olduqları xx.xx.2024-cü il tarixli borc müqaviləsinin 1-ci bəndinə əsasən Borc verən Borc alana 6900 manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Borc alan krediti xx.xx.2025-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehin ona olan borcundan 4680 manat qalıq borcu tam şəkildə qaytarılmazsa, məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli poçt qəbzindən görünür ki, tərtib edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş, vəkillə aralarında bağlanmış EM-2190VK-39144/25 saylı, xx-xx-2025 tarixli hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən vəkilə birinci instansiya məhkəməsində hüquqlarımın müdafiəsi üçün 300 manat ödəniş həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, vəkillə arasında bağladıqları EM-2190VK-39144/25 saylı, xx-xx-2025 tarixli hüquqi yardımın göstərilməsinə dair müqavilədə nəzərdə tutulan 300 manat vəsait tərəfindən ödənilmişdir. İİ. İddia tələbinin həcminin azaldılması: Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə EMİS vasitəsi ilə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə göndərərək, Cavabdeh iddiaçıya olan 4000 manat borcun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödədiyi 300 manat məbləğin, tərəfindən ödənilmiş 69,80 manat dövlət rüsumunun ödənilməsinə dair vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İV. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, lakin, etibarnamə üzrə nümayəndəsi (Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə EMİS vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarında (hazırlıq və baxış iclasları) onun və hüquqlarının müdafiəsini həyata keçirdiyi iddiaçının iştirakının mümkün olmayacağını və məhkəmə iclaslarının onların iştirakı olmada keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan 6900 manat pulu borc almış və xx.xx.2025-ci il tarixədək pulu qaytarmalı idi. Lakin, həmin puldan 2900 manatı ödəmiş və hazırda iddiaçıya 4000 manat borcu qalmışdır. İmkanı olduqca borcunu ödəyəcəkdir. Eyni zamanda iddiaçı məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilmiş pulu tələb etsə də, vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat pulu verməyə razı deyildir. Çünki, imkanı olduqda borcundan ödəniş etdiyi halda iddiaçının məhkəməyə müraciət etməsinə ehtiyac yox idi. Buna baxmayaraq iddiaçı onu məhkəməyə vermişdir və hesab edir ki, iddiaçının vəkilə ödədiyi pul ondan tutulmamalıdır Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. V. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Azərbaycan Respublikası Vəkillər X1 Göstərilməsi haqqında 22 iyul 2025-ci il tarixli, EM-2190VK-39144/25 nömrəli müraciət edən şəxs İddiaçı ilə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə arasında bağlanmış müqavilədən görünür ki, hüquqi yardıma görə ödənilən haqq qarşılıqlı razılıqla 300 (üç yüz) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. - 06 may 2025-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 4680 manat borcu ödəməsi xahiş edilmiş, əks halda borc vaxtında və tam şəkildə qaytarılmazsa məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli, 3M-43 reyestr nömrəli İddiaçı ilə Cavabdeh arasında 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi Notariat Ofisində bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən (İddiaçı) borcalana (Cavabdeh) 6900 manat 00 qəpik məbləğində pulu borc verir. Borcalan borcu xx.xx.2025-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Vİ. Məhkəmə iclasında müəyyən edilən hallar: xx.xx.2024-cü il tarixli, 3M-43 reyestr nömrəli, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi Notariat Ofisində bağlanmış kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixinədək qaytarmaq şərti ilə 6900 manat məbləğində pulu borc olaraq vermişdir. Cavabdeh həmin puldan 2900 manatı iddiaçıya qaytarmış, qalıq qalan 4000 manatı qaytarmamışdır. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməsə də ərizə göndərərək, iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya 4000 manat borcunun qaldığını bildirərək iddia tələbini həmin hissədə etiraf etmişdir. Lakin cavabdeh vəkilə ödənilməli olan pulun ondan tutulmasına etiraz etmişdir. Vİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı 4000 manat borcun ödənilməsi hissəsində etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Vİİİ. Məhkəmənin mövqeyi: Məhkəmə, cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 6900 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə ilə müəyyən olunur ki, 6900 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Odur ki, işin halları və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 6900 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuş, yəni cavabdeh iddiaçıdan aldığı borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini 22 yanvar 2025-ci il tarixədək tam icra etməmiş, həmin puldan 2900 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, ona görə də iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, qalıq qalan 4000 manat pulun cavabdehdən alınmasını xahiş etmişdir. Cavabdeh də məhkəmə iclasında iddiaçıya qalıq qalan borcunun 4000 manat təşkil etdiyini bildirmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia əsaslı olduğundan iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, 3M-43 reyestr nömrəli kredit müqaviləsinə əsasən 4000 (dörd min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 69,80 manat dövlət rüsumu və iddiaçının vəkilə hüquqi yardıma görə ödədiyi 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, 3M-43 reyestr nömrəli 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi Notariat Ofisində bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 4000 (dörd min) manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69,80 (altmış doqquz manat səksən qəpik) manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödədiyi 300 (üç yüz) manat olmaqla, cəmi 4369,80 (dörd min üç yüz altmış doqquz manat səksən qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar