Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-591/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, X2 Arif oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakları ilə, İddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9847.92 manat məbləğində kredit bоrcu, 1009.79 manat məbləğində faiz bоrcu və 211.56 manat məbləğində cərimə, xx.xx.2023-ci il tarixli 006KK**********01 kart kredit müqaviləsi üzrə saylı kredit müqaviləsi üzrə 494.72 manat məbləğində kredit bоrcu, 108.48 manat məbləğində cərimə bоrcu olmaqla, cəmi 603.2 manat, ümumilikdə cəmi 11672 (on bir min altı yüz yetmiş iki) manat 47 (qırx yeddi) qəpik məbləğində bоrcun və bank tərəfindən ödənilmiş 125.02 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023cü il tarixdə bağladığı 006A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.75% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11500 (on bir min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1652.08 manat ödəniş etmiş və оnun iddiaçıya 9847.92 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 152 gün üçün hesablanmış faiz borcu 1324.3 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 152 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 211.56 manat təşkil edir. Bundan başqa Cavabdeh1 AccеssBank» QSC ilə bağladığı xx.xx.2023-ci il tarixli 006KK**********01 kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh1 əsas borcu üzrə 494.72 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 169 gün üçün hesablanmış cərimə borcu 108.48 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, borcun məbləği ilə razıdır. Lakin, maddi imkanı olmaması səbəbindən borcunu ödəyə bilməyib. Cavabdeh2 onun qızıdır, bir evdə yaşayırlar və qızı heç bir yerdə işləmir . Zaminlik müqaviləsini formal olaraq imzalamışdır. Borcun hissə-hissə ödənilməsinə imkan yaradılmasını və borcun yalnız ondan tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 22 may 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı 22 may 2023-cü il tarixli kredit müqaviləsi əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11500 manat məbləğində kredit verilmişdir. . İşdə olan iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış 22 may 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 AccessBank QSC ilə bağladığı 22 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan AccessBank QSC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı Banka 22 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9847,92 manat əsas borc, 1009,79 manat faiz borcu və 211,56 manat cərimə borcu olmaqla, cəmi 11069,27 manat borcu vardır. İşdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 22 may 2023-cü il tarixli kart krediti müqaviləsindən görünür ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı 22 may 2023-cü il tarixli kart krediti müqaviləsi əsasında Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinə uyğun qaydada 36 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. İşdə olan AccessBank QSC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı Banka 22 may 2023-cü il tarixli kart krediti müqaviləsi üzrə 494,72 manat əsas borc və 108,48 manat cərimə borcu olmaqla, cəmi 603,2 manat borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Bank tərəfindən 125,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 22 may 2023-cü il tarixli kredit müqaviləsi əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11500 manat məbləğində kredit verilmişdir. İddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış 22 may 2023-cü il tarixli zaminlik müqaviləsinə əsaən, Cavabdeh2 22 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı Banka 22 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9847,92 manat əsas borc, 1009,79 manat faiz borcu və 211,56 manat cərimə borcu olmaqla, cəmi 11069,27 manat borcu vardır. Bundan başqa, iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 22 may 2023-cü il tarixli kart krediti müqaviləsi əsasında Cavabdeh1 Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinə uyğun qaydada 36 ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan AccessBank QSC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı Banka 22 may 2023-cü il tarixli kart krediti müqaviləsi üzrə 494,72 manat əsas borc və 108,48 manat cərimə borcu olmaqla, cəmi 603,2 manat borcu vardır. Cavabdeh tərəf kredit və kart krediti müqavilələri əsasında aldığı kreditləri ödəmədiyindən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddianın 22 may 2023-cü il tarixli kredit müqaviləsi əsasında yaranan borcun ödənilməsi tələbi hissəsi digər Cavabdeh2 aid olan hissədə də qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh2 22 may 2023-cü il tarixli zaminlik müqaviləsini imzalamaqla 22 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Bununla bərabər, məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 22 may 2023-cü il tarixli kart krediti müqaviləsi əsasında Cavabdeh1 verilmiş 500 (beş yüz) manat məbləğində kreditə görə Cavabdeh1 ilə birgə məsuliyyət daşımır. Belə ki, iş materiallarından həmin kart krediti müqaviləsi üzrə Cavabdeh2 öz üzərinə hansısa bir öhdəlik götürməsi müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, 22 may 2023-cü il tarixli kart krediti müqaviləsinə əsasən yaranan cəmi 603,2 manat məbləğində borcun Cavabdeh1 ilə bərabər həm də Cavabdeh2 tutulması tələbi hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən yaranan 9847,92 manat əsas borc, 1009,79 manat faiz borcu və 211,56 manat cərimə borcu olmaqla, cəmi 11069,27 manat məbləğində pul alınaraq iddiaçı AccessBank QSC-nin hesabına ödənilməlidir. Bundan başqa, 22 may 2023-cü il tarixli kart krediti müqaviləsinə əsasən yaranan 494,72 manat əsas borc və 108,48 manat cərimə borcu olmaqla, cəmi 603,2 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçı AccessBank QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 125,02 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən yaranan 9847,92 manat əsas borc, 1009,79 manat faiz borcu və 211,56 manat cərimə borcu olmaqla, cəmi 11069,27 (on bir min altmış doqquz) manat 27 qəpik məbləğində pul alınaraq iddiaçı AccessBank QSC-nin hesabına ödənilsin. Cavabdeh1 22 may 2023-cü il tarixli kart krediti müqaviləsinə əsasən yaranan 494,72 manat əsas borc və 108,48 manat cərimə borcu olmaqla, cəmi 603,2 (altı yüz üç) manat 20 qəpik məbləğində pul alınaraq iddiaçı AccessBank QSC-nin hesabına ödənilsin. İddiaçı AccessBank QSC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125,02 (bir yüz iyirmi beş) manat 02 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, iddiaçı AccessBank QSC-nin hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-591/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-591/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver