Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-592/2025 17.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 421 manat 53 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 17 manat 57 qəpik, xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.568 manat 06 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 857 manat 29 qəpik, cəmi 14.864 manat 45 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 134 manat 99 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 14.000 manat məbləğində və xx.xx.2024-cü il tarixli, 800797- PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o iddiaçıya olan borcunu ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsinin 2.11 bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti sıfırlanmır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və 2.3 bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, borcalan Cavabdeh xx.xx.2024cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə şərtləri icra etmədiyindən qalıq borc kapitallaşdırılaraq annuitet ödəmə qrafikinə çevrilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə cavabdehin xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli kredit müqaviləsi üzrə 13.568 manat 06 qəpik məbləğində əsas borc və 857 manat 29 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 14.425 manat 35 qəpik məbləğində kredit borcu və xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 421 manat 53 qəpik əsas borc və 17 manat 57 qəpik faiz borcu olmaqla, cəmi 439 manat 10 qəpik məbləğində kredit borcu yaranmışdır. Odur ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi S.N.Abbasov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, hər iki kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.989 manat 59 qəpik məbləğində pul vəsaitini tam həcmdə etiraf edərək, ondan alınaraq iddiaçıya ödənilməsinə razı olduğunu, iddianın hesablanmış və ödənilməmiş faiz borcu qismində isə qismən etiraf etdiyini bildirdi. Həmçinin etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu bildirdi. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli balansdankənar məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən **********069755 nömrəli plastik kart Cavabdeh verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 001/007/7007/2024 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə "xxxx" ASC-yə borcu əsas borc qismində 421 manat 53 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 17 manat 57 qəpik, cəmi 439 manat 10 qəpik təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 14.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 001/007/7008/2024 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak kredit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu əsas borc qismində 13.568 manat 06 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 857 manat 29 qəpik, cəmi 14.425 manat 35 qəpik təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli, 001/007/6697/2024 və 001/007/6698/2024 bildirişlərin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 421 manat 53 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 16 manat 70 qəpik, cəmi 438 manat 23 qəpik məbləğində pul vəsaitinin, xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.568 manat 06 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 839 manat 95 qəpik, cəmi 14.408 manat 01 qəpik məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Həmçinin Banka olan bütün borc məbləğini 7 gün müddətində ödəməyəcəyi təqdirdə qanuna müvafiq tədbirlərin görüləcəyi Cavabdeh bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı qismən etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi qəbul olunmalıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 800797- PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kredit xətti açılmışdır və xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən 48 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 14.000 manat məbləğində verilmişdir. Lakin Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi xx.xx.2024-cü il tarixdə tələb edilmiş, həmin tarixə Cavabdeh "xxxx" ASC-yə borcu xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 421 manat 53 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 16 manat 70 qəpik, cəmi 438 manat 23 qəpik, xx.xx.2024-cü il tarixli, 800804- 650397/3 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.568 manat 06 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 839 manat 95 qəpik, cəmi 14.408 manat 01 qəpik məbləğində təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" ASC Cavabdeh ilə xx.xx.2024-cü il tarixli, 800797- PC********** nömrəli kredit xətti müqaviləsindən və xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak krediti müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh "xxxx" ASC-yə borcu xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 421 manat 53 qəpik, xx.xx.2024cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 16 manat 70 qəpik və xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.568 manat 06 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 839 manat 95 qəpik təşkil etmişdir. Buna görə də Cavabdeh "xxxx" ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 421 manat 53 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 16 manat 70 qəpik və xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.568 manat 06 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 839 manat 95 qəpik məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 421 manat 53 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 16 manat 70 qəpik və xx.xx.2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.568 manat 06 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 839 manat 95 qəpik məbləğində pul vəsaiti tutulmalı, iddiası qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 134 manat 54 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 aprel 2024-cü il tarixli, 800797-PC********** nömrəli istehlak kredit xətti müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 421 (dörd yüz iyirmi bir) manat 53 qəpik, 22 noyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 16 (on altı) manat 70 (yetmiş) qəpik, 25 aprel 2024-cü il tarixli, 800804-650397/3 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.568 (on üç min beş yüz altmış səkkiz) manat 06 (altı) qəpik, 22 noyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 839 (səkkiz yüz otuz doqquz) manat 95 (doxsan beş) qəpik, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 134 (bir yüz otuz dörd) manat 54 (əlli dörd) qəpik, cəmi 14.980 (on dörd min doqquz yüz səksən) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-592/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-592/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver