Məhkəmə qərarları › İş №e-2(125)-5995/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5995/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5995/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəyə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: “X1” ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cəbrayil Oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1593,46 manat əsas, 124,8 manat faiz, 51,17 manat cərimə borcu olmaqla, cəmi 1769,43 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 38,10 manat məbləğində vəsaitin tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, işin baxılmamış saxlanmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamış və işin baxılmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar