Məhkəmə qərarları › İş №e-2(125)-6076/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6076/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6076/2023 27.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğ prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, cavabdehdən 3278,74 manat əsas, 127,07 manat faiz, 7,68 manat cərimə borcu olmaqla, cəmi 3413,49 manat borcun və 58 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900041 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə, 3278,74 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə Cavabdeh xx.xx.2019-cu il tarixli LM101900041 nömrəli restrukturizasiya müqaviləsi üzrə banka 3278,74 manat əsas, 127,07 manat faiz, 7,68 manat cərimə borcu olmaqla, cəmi 3413,49 manat borcu qalmaqdadır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli, LM101900041 nömrəli restrukturizasiya müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, LM101900041 nömrəli kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla 3278,74 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, LM101900041 nömrəli restrukturizasiya müqaviləsinə əlavə edilən ödəniş cəvdəlinin surətindən görünür ki, cavabdeh götürdüyü krediti xx.xx.2024-cü ilə qədər hər ay 56,05 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, LM101900041 nömrəli müqavilə üzrə 3278,74 manat əsas, 127,07 manat faiz, 7,68 manat cərimə olmaqla, cəmi 3413,49 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə müqavilənin ləğvi və borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2019cu il tarixli, LM101900041 nömrəli restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli, LM101900041 nömrəli kredit müqaviləsi üzrə qalıq kredit borcunun restrukturizasiyası məqsədilə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3278,74 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2019-cu il tarixli, LM101900041 nömrəli restrukturizasiya müqaviləsi üzrə öhdəliyi vaxtında icra etməməsi nəticəsində iddiaçıya 3278,74 manat əsas, 127,07 manat faiz, 7,68 manat cərimə borcu olmaqla, cəmi 3413,49 manat kredit borcu qalmışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 3278,74 manat əsas, 127,07 manat faiz, 7,68 manat cərimə borcu olmaqla, cəmi 3413,49 manat kredit borcu alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 58 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, LM101900041 nömrəli restrukturizasiya müqaviləsi üzrə 3278,74 manat əsas, 127,07 manat faiz, 7,68 manat cərimə olmaqla, cəmi 3413,49 (üç min dörd yüz on üç manat 49 qəpik) manat kredit borcu və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar