Məhkəmə qərarları › İş №e-2(125)-6084/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6084/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6084/2024 18.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, **********04 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 400 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 20 manat, komissiya qismində 58 manat, cərimə qismində 242 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası qismində xx.xx.2023-cü il tarixli, **********04 nömrəli müqaviləyə istinad etməklə, ödənilməmiş əsas borcun əvəzi qismində 400 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 20 manat, komissiya qismində 58 manat, cərimə qismində 242 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, kredit müqaviləsi ilə nəzərdə tutulan məbləğin Cavabdeh qızına təqdim olunmasını (kassa məxaric orderini, pul vəsaitinin hesaba köçürülməsini təsdiq edən hesabdan çıxarışları, bank kartının təqdim olunmasına dair qəbzi və s.) təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunmamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli, **********04 nömrəli müqavilənin təsdiqinə dair Cavabdeh iradəsini təsdiq edən hər hansı sübut, eləcə də imza mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024,qəbz nömrəsi:********) dövlət büdcəsindən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət (ödənilmə tarixi:xx.xx.2024,qəbz nömrəsi:********) dövlət büdcəsindən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar