Məhkəmə qərarları › İş №e-2(125)-6117/2025

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(125)-6117/2025

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6117/2025 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair (Açar söz: deliktdən əmələ gələn öhdəlik üzrə mübahisələr) Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh15000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddia ərizəsinin mahiyyəti: Təxminən 3 il bundan əvvəl oğlu X3 Gəncə şəhərində mübahisə zəminində tanıdığı Tural Əliyevə bıçaqla xəsarət yetirdiyinə görə Məhkəmənin hökmü ilə 11 (on bir) il azadlıqdan məhrum edilmişdir. Bundan sonra o, oğlu Elgünün həbs olunmaması üçün əlindən gələni etsə də buna nail ola bilmədiyini, oğlu həbsdə olan zaman onunla eyni cəza çəkmə müəssisəsində cəza çəkən Cavabdeh həbsdən azad olduqdan sonra qızı X2 yaşadığı Xəzər rayonu, Binə Atçılıq qəsabəsində yerləşən nömrəsiz fərdi evə gələrək orada ona oğlu Elgünün həbsdən azad olunması üçün 15.000 manat pul lazım olduğunu və yüksək vəzifəli şəxslərinin adını çəkib onu özünə inandırmışdır. Canpolad ona özünün də bu vasitə ilə həbsdən çıxdığını demişdir. 2022-ci ilin iyul ayında Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən “Gəncə təndiri” adlanan yerdə kürəkəni X1 idarə etdiyi “Opel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Cavabdeh ilə görüşüb ona 8000 manat pul vermişdir. Canpolad orada ona vəkil tutduğunu, adının Vüsalə olduğunu və puldan ona verəcəyini 10 gün sonra isə 7000 manat pulun verilməsini tələb etmiş və 10 gün sonra isə Sabunçu qəsəbəsində yerləşən Sabunçu keçidində yolun sağ tərəfində Canpolada 7000 manat pul vermişdir. Cavabdeh ona narahat olmamasını və xx.xx.2023-cũ il tarixində Elgünün həbsdən çıxacağını və işin həm Bakı şəhərində həm də Gəncə şəhərində gedəcəyini bildirdi. 2023-cü il oldu, lakin oğlu Elgün həbsdən çıxmamışdır. O, Cavabdeh ilə əlaqə saxladıqda ona 2-3 gün vaxt verməsini söyləmişdir. Bundan sonra Canpolada zəng vursa da zənglərə cavab verməmişdir. Dediklərinin həqiqət olmasını şahidləri X4 və X5 təsdiq edəcəklər. Pulunu qaytarmadığını üçün Bakı şəhəri Sabunçu RPŞ-nə şikayət vermişdir. Bakı şəhəri, Sabunçu RPŞ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X6 14 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qəbul etmişdir. Hazırda Cavabdeh Bakı şəhəri, Kürdəxan həbsxanasında saxlanılır. Hüquqları pozulduğun görə məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2023-cü ildə Cavabdeh onun oğlunu Cəzaçəkmə müəssisəsindən çıxaracağına vəd verərək 15000 manat pulunu almışdır. Həmin pulun 10000 manatını qonşusundan, 5000 manatını isə bankdan götürmüşdür. 15000 manat pulu cavabdehə verməsi üçün kürəkəni Hakim Hacıyevə vermiş, Hakim Hacıyev də öz növbəsində yanında olan işçisi ilə birlikdə 15000 manat pulu sayaraq Cavabdeh vermişdir. Cavabdeh həmin vaxt onlara Vüsalə adlı qadının da vəkil olduğunu deyərək şəklini göstərmiş və onlardan aldığı pulu Vüsaləyə verəcəyini bildirmişdir. Cavabdeh ondan aldığı 15000 manat pulu qaytarmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət edir. Odur ki, iddia tələbinin təmin edilməsini və mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək, işə qiyabi icraat qaydasında baxılaraq təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İV. Şahid ifadələri: Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, iddiaçı onun qayınanasıdır. Cavabdeh iddiaçının vasitəsi ilə tanımışdır. Raziyə ilə Canpolad arasında pulun verilməsində vasitəçi olmuşdur. Belə ki, Qaynı Elgünün cəzaçəkmə müəssisəsindən azad edəcəyi ilə bağlı Cavabdeh İddiaçı pul istəmiş və İddiaçı da Canpolada verməsi üçün ona pul vermişdir. Birinci dəfə 10000 manat pulu maşında cavabdehə verən zaman Vüsalə adlı bir qadın da orada olmuş və cavabdeh həmin xanımın bu işə baxan vəkil olduğunu demişdir. Daha sonra isə 5000 manatı pulu cavabdehə vermişdir. Şəxsən özü sayaraq ümumilikdə 15000 manat pulu Cavabdeh vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Hakim Hacıyevin iş yoldaşıdır və İddiaçı Hakim Hacıyevə görə tanıyır. X12 Məmmədovanın kürəkənidir. 2023-cü ildə Hakim Hacıyev ilə birlikdə işdən çıxan zaman Hakim ona Canpolad adlı şəxsə pul verməli olduğunu demişdir. Birinci dəfə maşında X10 Qafarova 10000 manat pul vermişdir. Həmin pulu Hakim ilə birlikdə saymışdır. Daha sonra da Sabunçuda olan zaman Canpolada pulun verilməsində iştirak etmiş, lakin pulu saymamışdır. Həmin pullar İddiaçı məxsus olmuşdur. İddiaçı Cavabdeh pul verməsinin səbəbi sonuncu Raziyənin oğlunu həbsdən çıxarması ilə bağlı olmuşdur. V. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - 14 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd edilənlərə müvafiq olaraq HK-111 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - CD diskdə olan İddiaçı ilə Cavabdeh arasında olan səs yazılarında Cavabdeh İddiaçı aldığı pulu qaytaracağını bildirmişdir. Vİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Prosessual Məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Vİİ. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını və onun nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, şahid ifadələrinə və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh Cəzaçəkmə müəssisəsində olan oğlunu azad etməsi üçün 15000 manat verməsini əsas gətirərək məhkəmədə iddia qaldırmışdır. Şahid qismində dindirilmiş Hakim Hacıyev və Sübhan Məmmədovun məhkəməyə verdikləri ifadələri ilə İddiaçı tərəfindən cavabdehə 15000 manat pulun verilməsini təsdiq olunmaqla yanaşı, CD diskdə olan iddiaçı ilə cavabdeh arasında keçən danışıqlarda da Cavabdeh iddiaçıdan pul aldığını bildirməklə yanaşı, həmin pulu qaytaracağını bildirmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh 15000 (on beş min) manat pulun verilməsi işin mübahisəsiz halıdır. Lakin, cavabdeh həmin məbləğdə pulu qaytarmayaraq, iddiaçıya qarşı mülki-hüquq pozuntusu delikt törətmişdir. Odur ki, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tərəfin xahişi nəzərə alınmaqla məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Vİİİ. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 15135 (on beş min yüz otuz beş) manat alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar