Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6139/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli GNLMB- 13814 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə ödənilməmiş əsas borcun əvəzi qismində 1.490 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 192 manat 34 qəpik, cərimə qismində 292 manat 66 qəpik, cəmi 1.975 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 manat 75 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin xx.xx.2023-cü il tarixli GNLMB-13814 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli GNLMB- 13814 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd çəkisi 13 qram, əyyarı 585 olan boyunbağıdan və 1 ədəd çəkisi 12,5 qram, əyyarı 583 olan saat-çaykadan ibarət olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait hesabına xx.xx.2023-cü il tarixli GNLMB-13814 saylı kredit müqaviləsi üzrə cəmi 2.014 manat 75 qəpik məbləğində pul vəsaitinin yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, GNLMB-13814 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 28,5 faiz ödənilməsi şərti ilə 1490 manat məbləğində təminatlı borc verməyi, Cavabdeh isə aldığı borcu həmin müqavilədə və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş şərtlərlə qaytarmağı və həmin müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 1.490 manat məbləğində pul vəsaitini İddiaçı ASC-dən təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, GNLMB-13814 nömrəli saxlanc girovu haqqında müqavilənin, eyni tarixli və eyni nömrəli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktın, razılıq ərizəsinin surətindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNLMB-13814 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh özünə məxsus olan 1 ədəd çəkisi 13 qram, əyyarı 585 olan boyunbağını və 1 ədəd çəkisi 12,5 qram, əyyarı 583 olan saatçaykadan ibarət ümumi çəkisi 25,5 qram olan qızıl-zinət əşyalarını girovla yüklü etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC-yə əsas borc qismində 1.490 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 192 manat 34 qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını və kreditorun əmlak mənafelərini, o cümlədən ödənilmiş kreditin məbləğini, iddiaçının və cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh hesablanmış cəmi 292 manat 66 qəpik məbləğində cərimə tənasübsüz surətdə yüksək məbləğ sayılmalı və həmin məbləğ azaldılaraq cavabdehdən cərimə qismində cəmi 10 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəb¬lərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcu ilə yanaşı cərimənin cavabdehdən tutulmasını, tələb üzrə tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, GNLMB-13814 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.490 manat, 29 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 192 manat 34 qəpik, cərimə qismində 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma girov predmeti olan, cavabdehə məxsus dəyəri 1 ədəd çəkisi 13 qram, əyyarı 585 olan boyunbağı və 1 ədəd, çəkisi 12,5 qram, əyyarı 583 olan saat-çaykadan ibarət ümumi çəkisi 25,5 qram olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq əldə edilmiş vəsait borcun ödənilməsinə yetərli olmadığı halda qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 37 manat 93 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 16 mart 2023-cü il tarixli, GNLMB-13814 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.490 (bir min dörd yüz doxsan) manat, 29 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 292 (iki yüz doxsan iki) manat 66 (altmış altı) qəpik, cərimə qismində 10 (on) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat 93 (doxsan üç) qəpik, cəmi 1.830 (bir min səkkiz yüz otuz) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma girov predmeti olan Cavabdeh məxsus 1 ədəd, çəkisi 13 qram, əyyarı 585 olan boyunbağı, 1 ədəd, çəkisi 12,5 qram, əyyarı 583 olan saat-çaykadan ibarət ümumi çəkisi 25,5 qram olan qızıl-zinət əşyalarına yönəldilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc Cavabdeh ümumi qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev İş № e-2(125)-6139/2023 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Gəncə Şəhər Məhkəməsi 16 oktyabr 2023-cü il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi tələbi” barədə iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:00-da başlandı. İddianı təmin etmə tədbirinin görülməsi barəsində vəsatətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:10-da qurtardı. Protokol 16 oktyabr 2023-cü il tarixdə tərtib edilmişdir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-6139/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6139/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver