Məhkəmə qərarları › İş №e-2(125)-619/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-619/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-619/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-in Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli 006R********** saylı və 006R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 3077,78 manat əsas borc, 32,79 manat faiz borcu və 2176,33 manat məbləğində cərimə, 006R********** saylı kredit razılaşması üzrə 211,53 manat məbləğində kredit borcu, 2,5 manat məbləğində faiz borcu və 153,19 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə cəmi 5654 (beş min altı yüz əlli dörd manat ) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 76,54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 xx.xx.2016-cı il tarixdə öldüyündən Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 006L**********09 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4100,61 manat məbləğində kredit götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 269,06 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 006R********** saylı kredit razılaşması üzrə götürdüyü kredit borcundan 1022,83 manat ödəmiş, onun 3077,78 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaynarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 425 gün üçün hesablanmış faiz borcu 32,79 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 425 gün üçün hesablanmış cərimə 2176,33 manat təşkil edir. Bundan başqa 006R********** saylı razılaşma üzrə 57,53 manat ödəmiş 211,53 manat əsas borc, 2,5 manat faiz borcu və 153,19 manat hesablanmış gərimə borcu təşkil edir. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli, 006L**********09 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı tərəfindən 120 ay müddətinə yəni xx.xx.2024-cü il tarixədək 50000 ABŞ dolları məbləğində kredit xətti açılmış, kreditin verilməsi, məbləği, faiz dərəcəsi və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasından görünür ki, xx.xx.2014-cü il tarixli, 006L**********09 saylı uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh2 60 ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4100,61 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasından görünür ki, xx.xx.2014-cü il tarixli, 006L**********09 saylı uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh2 60 ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 269,06 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kreditin verilməsinə dair köçürmə qəbzlərindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh2 hesabına 4100,61 manat və 269,06 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 211,53 manat məbləğində əsas, 2,5 manat faiz və 153,19 manat cərimə olmaqla cəmi 367,22 manat məbləğində, xx.xx.2019cu il tarixli, 006R********** nömrəli kredit müqaviləsi üzrə 3077,78 manat məbləğində əsas 32,79 manat faiz və 2176,33 manat cərimə olmaqla cəmi 5286,90 manat məbləğində borcu qalmışdır. Xəbərdarlıqlardan görünür ki, cavabdehə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçıya borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 211,53 manat məbləğində əsas, 2,5 manat faiz və 153,19 manat cərimə, xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit müqaviləsi üzrə 3077,78 manat məbləğində əsas 32,79 manat faiz və 2176,33 manat cərimə olmaqla cəmi 5654,12 (beş min altı yüz əlli dörd manat 12 qəpik) manat məbləğində kredit borcu Cavabdeh2 tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 76,54 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Kredit razlaşmalarının ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli və xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşmaları ləğv olunmalıdır. (MM mad. 421.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. İddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli və xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşmaları ləğv edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 211,53 manat məbləğində əsas, 2,5 manat faiz və 153,19 manat cərimə, xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 3077,78 manat məbləğində əsas 32,79 manat faiz və 2176,33 manat cərimə olmaqla, cəmi 5654,12 (beş min altı yüz əlli dörd manat 12 qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 76,54 (yetmiş altı manat 54 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar