Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-620/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 6976.33 manat əsas borc, 5708.71 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 2266.1 manat məbləğində borc olmaqla, ümumilikdə cəmi 14951.14 manat kredit borcu və ödənilmiş 134.85 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsinə, tutulmalı məbləğin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan **-DA-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı, ban npmrəsi 4GDDU03A4VD228538 olan, ağ rəngli “Opel Sintra minik” markalı avtomobilin hərrac vasitəilə satılması hesabına ödənilməsi, satışdan əldə edilən məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faiz olmaqla 24 ay müddətinə 7000 manat məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan **-DA- *** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı, ban npmrəsi 4GDDU03A4VD228538 olan, ağ rəngli “Opel Sintra minik” markalı avtomobilə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehlər müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək, müqavilə şərtlərini pozmuşdur. xx.xx.2022-ci il tarixə cavabdehlərin banka olan borcu xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 6976.33 manat əsas borc, 22834.85 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32077.28 manat kredit borcu təşkil etmişdir. Cavabdeh2 banka xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 22834.85 manat cərimə borcu olmasına baxmayaraq, cərimə məbləği maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 faizi miqdarında, yəni 5708.71 manat məbləğində tələb olunur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddia ona "xxxx" İKB ASC-dən illik 28 faiz olmaqla 24 ay müddətinə 7000 manat məbləğində kredit verildiyini və həmin kredit öhdəliyini vaxtında icra etmədiyi qeyd edilmişdir. Həmin kredit müqaviləsi üzrə axırıncı ödəniş 2012-ci il tarixdə edilmişdir. İddiaçı bank 3 illik iddia müddətini ötürməklə məhkəməyə yalnız xx.xx.2022-ci ildə müraciət etmişdir. İddia müddəti ötdüyü üçün məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-2-0-2077-12 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 7000 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10- M-2-0-2077-12 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **- DA-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı, ban npmrəsi 4GDDU03A4VD228538 olan, ağ rəngli “Opel Sintra minik” markalı avtomobil Cavabdeh2 adına qeydə alınmışdır. İşdə olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10- M-2-0-2077-12 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli, 10-M-2-0- 2077-12 saylı kredit müqaviləsini təminatı kimi Cavabdeh2 məxsus 1997-ci il buraxılışlı, ban npmrəsi 4GDDU03A4VD228538 olan, ağ rəngli “Opel Sintra minik” markalı avtomobil ipoteka qoyulmuşdur. İşdə olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 038105 saylı çıxarışdan görünür ki, Cavabdeh2 məxsus **- DA-*** dövlət qeydiyyat nişanlı “Opel Sintra minik” markalı avtomobilin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" İKB ASC-nin xeyrinə yüklülüyü qeydə alınmışdır. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədn görünür, ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdartəsi tərəfindən qeydiyyata alınmışdır. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən borclu Cavabdeh2 götürdüyü krediti əsas məbləği və onun faizləri ilə birlikdə cəmi 9212 manat pulu xx.xx.2014-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-cı il tarixdə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı bank cavabdehdənxx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixli, 10- M-1-0267-13 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank Cavabdeh2 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 7000 manat kredit vermişdir. Cavabdeh1 bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-1-0267-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan **-DA-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı, ban npmrəsi 4GDDU03A4VD228538 olan, ağ rəngli “Opel Sintra minik” markalı avtomobilə xx.xx.2012ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə əsasən Cavabdeh2 banka olan əsas kredit borcunu faizi ilə birlikdə xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" ASC həmin müddət ərzində məhkəmədə cavabdehə qarşı iddia qaldırmamışdır. İddiaçı təşkilat cavabdehə yalnız xx.xx.2022-ci ildə xəbərdarlıq göndərmiş və xx.xx.2022-ci ildə iddia qaldırmaqla borcunu tələb etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək ondan tələb olunan məbləğ üzrə iddia müddətinin ötdüyünü göstərib tələbə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları iddia müddətinin axımını müəyyən edərkən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmişdir. Bundan başqa iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası MM-nin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı təşkilat, yalnız, xx.xx.2022-ci ildə iddia qaldırmışdır, halbuki, Azərbaycan Respublikası MM-nin 377.2-ci maddəsi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmiş, qeyd olunan kredit müqaviləsi tərəflər arasında xx.xx.2012-ci ildə 24 ay müddətinə bağlanmış və tərəflər həmin müddət ərzində kredit müqaviləsində göstərilən öhdəlikləri icra etməli olmuşlar. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 373-cü maddəsi həmin növ müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini 3 il müəyyənləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin də ərizəsində göstərildiyi kimi hazırki mübahisə üzrə həqiqətən də iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-2-0-2077-12 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-1-0267-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi də xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı deyildir. Həmin müddət özündə kəsici müddəti ehtiva edir. Göründüyü kimi iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddətdə iddia irəli sürməmişdir ki, bu da, zaminə qarşı mübahisə açmaq hüququnun itirilməsini ehtiva edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu baxımdan məhkəmə hesab edir ki, əsas öhdəlik üzrə öhdəlik üzrə müddət keçdiyindən ipoteka tələbi üzrə də iddia müddəti keçmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia, əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 6976.33 manat əsas borc, 5708.71 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 2266.1 manat məbləğində borc olmaqla, ümumilikdə cəmi 14951.14 manat kredit borcu və ödənilmiş 134.85 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsinə, tutulmalı məbləğin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan **-DA-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı, ban nömrəsi 4GDDU03A4VD228538 olan, ağ rəngli “Opel Sintra minik” markalı avtomobilin hərrac vasitəilə satılması hesabına ödənilməsi, satışdan əldə edilən məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-620/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-620/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver