Məhkəmə qərarları › İş №e-2(125)-6215/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6215/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6215/2023 06.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/43349/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən ümumilikdə 4487,24 manat məbləğində pulun və 64,88 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarını nəzərdən keçirərkən müəyyən olundu ki, iddia tələbi ölmüş şəxsə qarşı yönəldilmişdir. Belə ki, cavabdeh qismində qeyd olunan Cavabdeh xx.xx.2023-cü ildə öldüyü halda, ona qarşı iddia tələbi ölümündən sonra, yəni xx.xx.2023cü il tarixdə irəli sürülmüşdür. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron çıxarışdan görünür ki, Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olmamışdan əvvəl, yəni xx.xx.2023cü ildə ölmüşdür. Mülki işdə olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s.) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Göründüyü kimi qanunvericilikdə yalnız işdə iştirak edən şəxslərə münasibətdə tərəflərdən birinin ölməsi ilə bağlı hüquqi varisinin əvəz edilməsi nəzərdə tutulmuşdur. Hazırki işin hallarından görünür ki, şəxsin ölməsi məhkəmə prosesi zamanı deyil iddia ərizəsi verilməmişdən qabaq baş vermişdir və ölmüş şəxsə qarşı iddia qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar