Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6226/2023 13.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, BPM**********64 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 845 manat 49 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 7 manat 19 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik, cəmi 883 manat 08 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.E.Aslanov iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Rzayev Tapdıq Qulu oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********64 nömrəli kredit müqaviləsinə əsasən Rzayev Tapdıq Qulu oğluna 12 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir ki, Rzayev Tapdıq Qulu oğlu bu müqavilə ilə müəyyən edilmiş müddətdə istifadə etdiyi kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Rzayev Tapdıq Qulu oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Rzayev Tapdıq Qulu oğlundan qalan mirası Cavabdeh qəbul etmişdir. Cavabdeh Rzayev Tapdıq Qulu oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC-nin qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Sonda E.E.Aslanov iddianın təmin edilməsi, xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 845 manat 49 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 7 manat 19 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik, cəmi 883 manat 08 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, BPM**********64 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Rzayev Tapdıq Qulu oğluna, 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Rzayev Tapdıq Qulu oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Rzayev Tapdıq Qulu oğlunun "xxxx" ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 845 manat 49 qəpik, xx.xx.2023cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 7 manat 19 qəpik, cəmi 852 manat 68 qəpik təşkil edir. İşdə olan AZ-İİ seriyalı, 216857 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayev Tapdıq Qulu oğlu xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat Ofisinin verdiyi xx.xx.2023-cü il tarixli, 1184 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Rzayev Tapdıq Qulu oğlunun adına qızı Cavabdeh ərizəsi əsasında 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. İşdə olan «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh atası Rzayev Tapdıq Qulu oğlundan qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasa dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Rzayev Tapdıq Qulu oğlunun "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-ci il tarixli, BPM**********64 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 845 manat 49 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 7 manat 19 qəpik məbləğində borcunun yarandığı, Rzayev Tapdıq Qulu oğlunun ölümündən sonra həmin şəxsə məxsus miras əmlakın qəbul edilməsinə dair Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisində vərəsəlik işi açıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Rzayev Tapdıq Qulu oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, xx.xx.2021-ci il tarixli, BPM**********64 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 845 manat 49 qəpik, xx.xx.2021-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 7 manat 19 qəpik, cəmi 852 manat 68 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 qəpik 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 01 iyul 2021-ci il tarixli, BPM**********64 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 845 (səkkiz yüz qırx beş) manat 49 (qırx doqquz) qəpik, 18 sentyabr 2021-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 7 (yeddi) manat 19 (on doqquz) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik, cəmi 883 (səkkiz yüz səksən üç) manat 08 (səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-6226/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6226/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver