Məhkəmə qərarları › İş №e-2(125)-624/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-624/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-624/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması və tutmanın girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə kreditə görə 8802,06 manat əsas, faiz borcuna görə 934,34 manat, cərimə borcuna görə 1667,39 manat, borcun cəmi məbləği 11403,79 manat pul və dövlət rüsumu kimi ödənilmiş 124,21 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 583 əyarlı 104.8 qram çəkidə 2 ədəd qızıl sep, 583 əyarlı 64.1 qram çəkidə 1 ədəd rivali saat olmaqla qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 11403,79 manat pul və dövlət rüsumu kimi ödənilmiş 124,21 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsinə əsasən illik 26,5% dərəcəsi olmaqla 18 ay müddətinə 9225 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 8802,06 manat əsas, faiz borcuna görə 934,34 manat, cərimə borcuna görə 1667,39 manat, borcun cəmi məbləği 11403,79 manat təşkiledir. xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızılzinət əşyaları xx.xx.2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Gəncə” filialına saxlanca verilmiş və 583 əyarlı 104.8 qram çəkidə 2 ədəd qızıl sep, 583 əyarlı 64.1 qram çəkidə 1 ədəd rivali saatdan ibarətdir. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borca görə 8802,06 manat, faiz borcuna görə 934,34 manat, cərimə borcuna görə 1667,39 manat olmaqla, cəmi 11403,79 manat pul tutulmalı, tələb girov predmetləri olan 583 əyarlı 104.8 qram çəkidə 2 ədəd qızıl sep, 583 əyarlı 64.1 qram çəkidə 1 ədəd rivali saat olmaqla qızıl-zinət əşyalarına yönəldilməli, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. Göstərilənlər əsas gətirilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə kreditə görə 8802,06 manat əsas, faiz borcuna görə 934,34 manat, cərimə borcuna görə 1667,39 manat, borcun cəmi məbləği 11403,79 manat pul və dövlət rüsumu kimi ödənilmiş 124,21 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 583 əyarlı 104.8 qram çəkidə 2 ədəd qızıl sep, 583 əyarlı 64.1 qram çəkidə 1 ədəd rivali saat olmaqla qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 11403,79 manat pul və dövlət rüsumu kimi ödənilmiş 124,21 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində olan əsas borcu qəbul edir, lakin faiz borcu ilə razı deyil. Məhkəmənin digər iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Gəncə” filialı tərəfindən Cavabdeh illik 26,5% dərəcəsi olmaqla 18 ay müddətinə 9225 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə olan borcu 8802,06 manat, faiz borcuna görə 934,34 manat, cərimə borcuna görə 1667,39 manat olmaqla, cəmi 11403,79 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-in “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli, GNLMB-12526 saylı X2 Müqaviləsindən görünür ki, Cavabdeh 583 əyarlı 104.8 qram çəkidə 2 ədəd qızıl sep, 583 əyarlı 64.1 qram çəkidə 1 ədəd rivali saat olmaqla qızıl-zinət əşyalarını təminat kimi İddiaçı ASC-nə girov qoymuşdur. Həmin müqaviləyə girov qoyulan əmlakın bazar dəyəri bank tərəfindən 14390.28 manat məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara(ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan Bank girovla ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC-nin “Gəncə” filialından kreditdən istifadəyə görə illik 26,5% dərəcəsi olmaqla 18 ay müddətinə 9225 manat məbləğində kredit götürmüş, müqavilə öhdəliyinə əməl edilmədiyinə görə, banka 8802,06 manat əsas, faiz borcuna görə 934,34 manat, cərimə borcuna görə 1667,39 manat olmaqla, cəmi 11403,79 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərməlidir. Pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhtəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərərin azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəməişin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Buna görə də məhkəmə hesab edir ki, 1667,39 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 5 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarınada olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı ASC tərəfindən 124.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə cavabdehdən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 124.21 manat dövlət rüsumunun 106.2 manatı tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 8802,06 manat əsas, faiz borcuna görə 934,34 manat, cərimə borcuna görə 5 manat olmaqla, cəmi 9.741.40 manat və ödənilmiş 124.21 manat dövlət rüsumunun 106.2 manatı Cavabdeh tutularaq İddiaçı ASCnin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus girova qoyulmuş 583 əyarlı 104.8 qram çəkidə 2 ədəd qızıl sep, 583 əyarlı 64.1 qram çəkidə 1 ədəd rivali saat olmaqla qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına banka olan borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8802,06 manat əsas, faiz borcuna görə 934,34 manat, cərimə borcuna görə 5 manat olmaqla, cəmi 9.741.40 manat və ödənilmiş 124.21 manat dövlət rüsumunun 106.2 manatı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus girova qoyulmuş 583 əyarlı 104.8 qram çəkidə 2 ədəd qızıl sep, 583 əyarlı 64.1 qram çəkidə 1 ədəd rivali saat olmaqla qızıl-zinət əşyalarına yönəldilsin. Həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-nə olan kredit borcu ödənilsin və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar