Məhkəmə qərarları › İş №e-2(125)-6290/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6290/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6290/2023 07.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1nun vərəsələri, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə 3929,37 manat əsas borc və 3,92 manat faiz borcu olmaqla, cəmi 3933,29 manat kredit borcunun, ödənilmiş 59,34 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in nümayəndəsi X7 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-in Gəncə filialı ilə mərhum X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, kredit müqaviləsinə əsasən ona 5000 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X3 miras əmlakına dair Cavabdeh1 və Cavabdeh2 miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-1223 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdirlər. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 3929,37 manat əsas borc və 3,92 manat faiz borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 maddi imkanlarının olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 anası ilə birlikdə yaşadıqlarını, evdə tək işləyən özünün olduğunu və kredit borcunu ödəmək üçün maddi imkanlarının olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X5 iddiaçı tərəfindən 24 ay müddətinə, illik 20% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, mərhum X1 4950 manat pulu "xxxx" ASC-nin Gəncə filialından qəbul etmişdir. AZ-İİ 274409 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. Maliyyə arayışından görünür ki, mərhum X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə 3929,37 manat əsas borc və 3,92 manat faiz borcu qalmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1223 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,7 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi mülkiyyətdə olan 0,033 ha torpaq sahəsindən bərabər hissədə irs almalıdırlar. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə 3929,37 manat əsas borc və 3,92 manat faiz borcu olmaqla, cəmi 3933,29 manat kredit borcu alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 59,34 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə 3929,37 manat əsas borc və 3,92 manat faiz borcu olmaqla, cəmi 3933,29 (üç min doqquz yüz otuz üç manat 29 qəpik) manat kredit borcu və iddia ərizəsi verilməsi üçün ödənilmiş 59,34 (əlli doqquz manat 34 qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar