Məhkəmə qərarları › İş №e-2(125)-6313/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6313/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6313/2023 31.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ləğv prosesində olan QSC “Bank Standart” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM092000085 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 219.63 (iki yüz on doqquz manat, 63 qəpik) manat məbləğində əsas borc, 3.82 (üç manat, 82 qəpik) manat məbləğində faiz borcu, 0.69 (0 manat, 69 qəpik) manat məbləğində cərimə borcu, 20.97 (iyirmi manat, 97 qəpik) gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 245.11 (iki yüz qırx beş manat, 11 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasınabarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM092000085 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli 1xx/xx/3780/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 219.63 (iki yüz on doqquz manat, 63 qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% (1.1.9-cu bənd) olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 12 ay (3.8-ci bənd) müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 219.63 (iki yüz on doqquz manat, 63 qəpik) manat məbləğində əsas borc, 3.82 (üç manat, 82 qəpik) manat məbləğində faiz borcu, 0.69 (0 manat, 69 qəpik) manat məbləğində cərimə borcu, 20.97 (iyirmi manat, 97 qəpik) gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 245.11 (iki yüz qırx beş manat, 11 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2020-ci il tarixli, LM092000085 saylı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-dən 12 ay müddətinə, 219.63 AZN məbləğində krediti qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh banka 219.63 (iki yüz on doqquz manat, 63 qəpik) manat məbləğində əsas borc, 3.82 (üç manat, 82 qəpik) manat məbləğində faiz borcu, 0.69 (0 manat, 69 qəpik) manat məbləğində cərimə borcu, 20.97 (iyirmi manat, 97 qəpik) gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 245.11 (iki yüz qırx beş manat, 11 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.4-cü maddəinin 1-ci cümləsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən Ləğv prosesində olan QSC “Bank Standard” KB qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 219.63 (iki yüz on doqquz manat, 63 qəpik) manat məbləğində əsas borc, 3.82 (üç manat, 82 qəpik) manat məbləğində faiz borcu, 0.69 (0 manat, 69 qəpik) manat məbləğində cərimə borcu, 20.97 (iyirmi manat, 97 qəpik) gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan QSC “Bank Standard” KB-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar