Məhkəmə qərarları › İş №e-2(125)-6339/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6339/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6339/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, iddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işi məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixdə BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli, LD********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.248 manat, faiz borcu qismində 147 manat 09 qəpik, cərimə qismində 241 manat 44 qəpik, cəmi 1.636 manat 53 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 06 oktyabr 2023-cü il tarixdə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi cavabdehlə aralarında razılıq əldə olunduğunu bildirmiş və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 37 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2023, qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2023, qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar