Məhkəmə qərarları › İş №e-2(125)-6363/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6363/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6363/2023 12.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 25000 manat məbləğində pulun və ödənilmiş 165 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2021ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə Bakı 26 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən o, 25000 manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, müqavilə pulsuz bağlanmışdır. Əməkdaşlıq etmişdirlər. O, Vüqarin tanışlığı ilə araq götürüb satmışdır. Vüqarla “Azgranata” şirkətində bir yerdə işləmişdirlər. Vüqar Texnoloq işləmiş, o isə “Azgranata” şirkətində satış təmsilçisi kimi çalışmışdır. Sonra “Azgranata” şirkəti bağlanmışdır. Vüqara inanmışdır ki, yenidən keyfiyyətli olar, ancaq heç keyfiyyətli olmamış, araqlar donmuşdur. İşlədiyi vaxt müqavilə bağlamışdır, savadı olmadığı üçün nə müqaviləsi olduğunu bilməmişdir. Götürdüyü malı qaytarmışdır, heç bir borcu yoxdur. Ona heç vaxt pul verilməyib. 55000 manat borcu hansı əsasla verdiklərini demirlər. Pulunun olmadığını qeyd eddərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Bakı şəhəri 26 saylı notariat oisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 3M-349 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 25000 manat məbləğində borc pul verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borc alan Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında notarial qaydada bağlanmış kredit müqaviləsi olmuş, cavabdeh iddiaçıdan 25000 manat məbləğində borc almış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, kredit borcunu ödəməli olduğu halda, öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarında olan sübutlarla birlikdə araşdırıb, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq, cavabdehdən 25000 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 180 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat pul və 165 (bir yüz altmış beş) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar