Məhkəmə qərarları › İş №e-2(125)-639/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-639/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-639/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, RGTK1508401B127 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.834 manat 86 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.139 manat 61 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat 92 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1508401B127 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11.834 manat 86 qəpik məbləğində kredit verilmişdir. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 11.834 manat 86 qəpik əsas və 1.139 manat 61 qəpik faiz borcu yaranmışdır. İddiaçı ASC tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixli, RGTK1508401B127 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.834 manat 86 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.139 manat 61 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 manat 61 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, atasını əməliyyat etdirmək üçün sözügedən məbləği iddiaçıdan kredit götürmüş, lakin daha sonra işdən çıxdığı və maddi imkanı pisləşdiyi üçün ödənişləri ödəyə bilməmişdir. O, borcunu hissə-hissə ödəməyə razıdır. Sonda Cavabdeh iddianın təmin olunubolunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, RGTK1508401B127 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh, kreditdən istifadəyə görə illik 20% borc faizləri ödəməsi şərtilə, 83 ay müddətinə 11.834 manat 86 qəpik məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 11.834 manat 86 qəpik məbləğində pul vəsaitini İddiaçı ASC-dən almışdır. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 11.834 manat 86 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.139 manat 61 qəpik, cəmi 12.974 manat 47 qəpik təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü ödənməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 11.834 manat 86 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.139 manat 61 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK1508401B127 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə, kreditor isə müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə xx.xx.2023-cü il tarixli, RGTK1508401B127 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.834 manat 86 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.139 manat 61 qəpik, cəmi 12.974 manat 47 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 128 manat 92 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19 may 2023-cü il tarixli, RGTK1508401B127 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.834 (on bir min səkkiz yüz otuz dörd) manat 86 (səksən altı) qəpik, 23 noyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.139 (bir min bir yüz otuz doqquz) manat 61 (altmış bir) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 (bir yüz iyirmi səkkiz) manat 92 (doxsan iki) qəpik, cəmi 13.103 (on üç min bir yüz üç) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar