Məhkəmə qərarları › İş №e-2(125)-6395/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6395/2024

25.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6395/2024 25.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər uşağa hər ay 300 manat olmaqla, cəmi 900 manat sabit pul məbləğində müəyyən edilməsi, həmçinin mediasiya təşkilatına ödədiyi 55 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə birgə nikahlarından doğulmuş Ercan, Leyla və Ayla adlı uşaqları üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün təyin olunmuş 100 manat, cəmi 300 manat alimentin miqdarının azaldılaraq hər uşaq üçün hər ay 70 manat, cəmi 210 manat təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib məhkəməyə yazılı etirazını da təqdim etdiyini bildirərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü Ercan, xx.xx.2012-ci il təvəllüdlü Leyla və xx.xx.2013-cü il təvəllüdlü Ayla nikahları pozulduqdan sonra onun himayəsində qalmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 4 ildən sonra birinci dəfədir ki, aliment artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, uşaqlar böyümüş, ehtiyacları da artmışdır. Cavabdehin gəlirində də artım olmuşdur. Apteklə yanaşı başqa şirkət və firmalarla da işləməklə gəliri kifayət qədər yaxşıdır. Əvvəl ofisi də olmuş, daha sonra səyyar qaydada işləmişdir. Qeyri-rəsmi olaraq işlədiyindən məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Heç yerdə işləmir, bəzən borular aparıb satır. Uşaqların tələbatlarını ödəməkdə maddi baxımdan çətinlik çəkdiyini göstərərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, uşaqların saxlanılması üçün aliment 2022-ci ildən bəri, yəni 2 ildir ki, kəsilmişdir. Həmin müddətdə onun qazancında heç bir artım olmamışdır. Hazırda “Nanə” aptekdə əczaçı işləməklə əmək haqqı 407 manatdır, həmçinin Gəncə Şəhər Tibb Kollecində ödənişli əsasla təhsil alır. Hər ay vaxtlı-vaxtında 300 manat aliment ödənişini, 50 manat isə yığılmış aliment borcunu ödəyir. Öz ehtiyaclarını isə valideynlərinin köməkliyi ilə qarşılayır. Əvvəl “Herbalife” şirkətində işləmişdir, ancaq hazırda işləmir. Aliment təyin olunan zaman da məhkəmə sorğu vermiş, ancaq şirkət tərəfindən hazırda belə bir işçi olmadığı bildirilmişdir. Əlavə gəlir yeri yoxdur. Heç aliment borcunu ödəyib qurtara bilməmişdir. Aliment məbləği artırılacağı təqdirdə oxuya bilməyəcəkdir. Dəfələrlə görmüşdür ki, ilkin iddia üzrə iddiaçı maşının üstündə borular aparıb satır. 5 evi vardır, həmin evləri kirayə verməklə hər ay gəlir əldə edir. Təyin olunmuş 300 manat alimenti ödəməkdə çətinlik çəkdiyini göstərərək qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 288651 nömrəli, AZ-İİ 796218 nömrəli və AZ-İİİ 184708 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Ercan, xx.xx.2012-ci ildə Leyla və xx.xx.2013-cü ildə Ayla adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1091/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2009cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-02069 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə, saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına xx.xx.2024-cü il tarixdə 342,13 manat, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə 407,75 manat əmək haqqı mədaxil edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, hazırda aliment borcunun 2024-cü ilin noyabr ayı da daxil olmaqla 1200 manat təşkil etməsi və icra sənədi üzrə tələbi könüllü şəkildə icra etmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. “X13 X12” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 274 nömrəli arayışdan görünür ki, Cavabdeh X10 “Əczaçılıq” ixtisası üzrə İ kurs tələbəsidir. Ödənişli əsaslarla təhsil alır və təhsil haqqı 800 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-1091/2022 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı təyin olunmuş 300 manat məbləğində alimentin üç uşağın saxlanılması üçün yetərli olmadığını, cavabdehin apteklə yanaşı müxtəlif firma və şirkətlərlə işləməklə kifayət qədər yüksək gəlirinin olmasını əsas gətirərək alimentin miqdarının artırılmasını tələb etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddia ərizəsi verərək alimentin azaldılması və hər ay hər uşaq üçün 70 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini əmək haqqı məbləğinin az olması, ödənişli əsaslarla təhsil alması, aliment borcunun olması və başqa heç bir yerdən gəlir əldə etməməsi, ilkin iddia üzrə iddiaçının isə 5 evi olduğunu, həmin evləri kirayəyə verməklə gəlir əldə etdiyini, həmçinin boru sataraq pul qazanması ilə əsaslandırmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verib hesab edir ki, hər iki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Lakin işin hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-1091/2022 nömrəli qətnaməsi ilə aliment təyin olunduqdan sonra hər iki tərəfin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Hər iki iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar