Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6514/2024 18.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqavilələri üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh iddiaçının xeyrinə 800804-344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1631,51 manat, faiz borcu üzrə 142,56 manat olmaqla, cəmi 1774,07 manat pul vəsaiti və 800797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 359,53 manat, faiz borcu üzrə 24,91 manat olmaqla, cəmi 384,44 manat pul vəsaiti olmaqla, ümumilikdə 2158,51 manat pul vəsaitinin və 41,58 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış 800804-344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 59 ay müddətinə illik 21 faiz dərəcəsi ilə ödəmək şərtilə 1700 manat məbləğində kredit vermişdir. Müqaviləyə əlavə olunan ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2029-cu il tarixinədək hər ay 46,43 manat, sonuncu ay isə 46,85 manat ödəməlidir. Həmçinin, iddiaçı (Bank) ilə cavabdeh arasında bağlanmış 800797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinə və balansdankənar məxaric orderinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə ödəmək şərtilə 350 manat məbləğində kredit vermişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 20 avqust 2024-cü il tarixinə cavabdehin 800804-344962/5 nömrəli kredit müqaviləsi üzrə 1631,51manat məbləğində əsas bоrc və 142,56 manat faiz borcu оlmaqla, cəmi 1774,07 manat məbləğində kredit bоrcu, 800797-PC********** nömrəli kredit müqaviləsi üzrə 359,53 manat məbləğində əsas bоrc və 24,91 manat faiz borcu оlmaqla, cəmi 384,44 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqavilələrinin şərtlərinə əsasən cavabdeh müqavilələr ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Belə ki, cavabdeh kredit müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehə yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilələr və ödəniş cədvəli barədə müqavilələrə 1 saylı əlavələr imzalanmışdır. Tərəflər arasında müqavilələrin və ona Əlavə sazişlərin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilələrə, kassa məxaric orderinə, balansdankənar məxaric orderinə və hesabdan çıxarışlara görə Bank borcalana 800804- 344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 59 ay müddətinə illik 21 faiz dərəcəsi ilə ödəmək şərtilə 1700 manat məbləğində, 800797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə isə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə ödəmək şərtilə 350 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etmək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. 800804-344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə uyğun olaraq Bank müqavilənin 2-ci bəndinə müəyyən edilmiş şərtlərlə borcalana kredit verməyi, borcalan isə həmin kreditin qəbul edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri” və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarmağı, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.8-ci bəndinə görə kreditin borcalan tərəfindən qaytarılması və kredit üzrə faizlərin ödənilməsi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Müqavilənin 2.10-cu bəndinə görə bu müqavilədə və müqavilənin əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, borcalana gecikdirilmə faizləri hesablanır və borcalan tərəfindən tam həcmdə ödənilir. Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilədə əks olunmamış tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, fors-major halları, mübahisələrin həlli qaydası və bu müqavilədən irəli gələn digər münasibətlər Ümumi Şərtlərlə tənzimlənir. 800797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə uyğun olaraq Bank müqavilənin 2-ci bəndinə müəyyən edilmiş şərtlərlə borcalana istehlak kredit xəttini açmağı, borcalan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri” və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini, habelə kredit xəttindən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.13-cü bəndinə görə bu müqavilədə müəyyən edilmiş kredit xəttinin istifadə müddəti bitdikdə və borc məbləği (əsas borc və ona hesablanmış faiz borclar, eləcə də ödənilməsi gecikdirilmiş kredit və faiz borcları, həmçinin dəbbə pulu (cərimə, penya)) ödənilmədikdə, borcalana gecikdirilmə faizləri hesablanır və borcalan tərəfindən tam həcmdə ödənilir. Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilədə əks olunmamış tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, fors-major halları, mübahisələrin həlli qaydası və bu müqavilədən irəli gələn digər münasibətlər Ümumi Şərtlərlə tənzimlənir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.1.1-ci bəndinə görə ümumi şərtlər və müqavilə ilə nəzərdə tutulan hallarda və qaydada kredit üzrə əsas borcun, o cümlədən kreditin vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı Banka ödənilməli olan faiz borclarını, ödənişlərin gecikdirilməsinə görə faizləri (gecikdirilmə faizləri), həmçinin dəbbə pulunu (cərimə, penyanı) dərhal qaytarılmasını tələb etmək Bankın hüququdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.1.16-cı bəndinə görə borcalan bu Ümumi Şərtlər və Müqavilə üzrə öhdəliklərini, habelə Bank qarşısında olan digər öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, xidmət haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görmək (kartın bloklaşdırılması, kredit xətti limitinin sıfırlanması və s.) və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq etmək Bankın hüququdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.6.1-ci və 2.2.6.1.2-ci bəndlərinə görə Bank borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında Ümumi Şərtlər və Müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin 800804-344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka 1631,51 manat əsas, 142,56 manat faiz olmaqla, cəmi 1774,07 manat borcu, 800797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2024-cü il tarixə 359,53 manat əsas, 24,91 manat faiz olmaqla, cəmi 384,44 manat borcu Banka yaranmışdır. Beləliklə, müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehə sözügedən kredit müqavilələri üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 (yeddi) gün müddətindən gec olmayaraq ödənilməsi tələb olunmuş, 800804-344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1718,35 manat (1631,51 manat əsas və 86,84 manat faiz) və 800797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1257,63 manat (359,53 manat əsas və 76,25 manat faiz) məbləğində borcunun olduğu bildirilmiş və 800804-344962/5 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixinədək, 800797-PC********** nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixədək ödəmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq istehlak krediti müqavilələri bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Qanuna və müqavilələrə uyğun olaraq bankın müqavilələrə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə 800804-344962/5 nömrəli kredit müqaviləsini xx.xx.2024-cü il tarixdə, xx.xx.2024cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə 800797-PC********** nömrəli kredit müqaviləsini xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehin 800804-344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi Banka borcu - ödənilməmiş əsas borc qismində 1631,51 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 86,84 manat, 800797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi Banka borcu isə ödənilməmiş əsas borc qismində 359,53 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 23,66 manat təşkil etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2024-cü il tarixdə bağlanmış 800804-344962/5 nömrəli kredit müqaviləsindən xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə bağlanmış 800797-PC********** nömrəli kredit müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə borcalanın 800804-344962/5 nömrəli kredit müqaviləsi üzrə Banka borcu ödənilməmiş əsas borc qismində 1631,51 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 86,84 manat, 800797-PC********** nömrəli kredit müqaviləsi üzrə isə Banka borcu ödənilməmiş əsas borc qismində 359,53 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 23,66 manat təşkil etmişdir. Buna görə də borcalanın Banka faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqavilələrə xitam verildiyi tarixədək hesablanmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı 800804-344962/5 nömrəli və 800797- PC********** nömrəli müqavilələrin ləğv edildiyi müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi 800804- 344962/5 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1631,51 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 86,84 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia həmin müqavilə üzrə faiz borcuna dair digər hissədə əsassızdır. Həmçinin məhkəmə digər müqavilə - 800797-PC********** nömrəli kredit müqaviləsi üzrə hesab edir ki, iddia tələbi 800797-PC********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 359,53 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 23,66 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia həmin müqavilə üzrə faiz borcuna dair digər hissədə əsassızdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək deyil, xx.xx.2024-cü il tarixli, 800804-344962/5 nömrəli kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixinədək və xx.xx.2024cü il tarixli, 800797-PC********** nömrəli kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə 800804-344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1631,51 manat, faizlər üzrə 86,84 manat və 800797- PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 359,53 manat, faizlər üzrə 23,66 manat olmaqla, ümumilikdə 2101,54 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 41,02 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 800804-344962/5 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1631,51 manat əsas borc və 86,84 manat faiz borcu, 800797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 359,53 manat əsas borc və 23,66 manat faiz borcu olmaqla, cəmi 2101,54 (iki min bir yüz bir manat əlli dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,02 (qırx bir manat iki qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-6514/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6514/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver