Məhkəmə qərarları › İş №e-2(125)-6525/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6525/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6525/2023 07.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 800 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 830 manat məbləğin alınıb İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surəti və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən borclu “KZS Electronics” mağazasından dəyəri 1500 manat məbləğində olan məişət avadanlığını 12 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu tarixə kimi aylıq ödənişlərə dair 700 manat ödəniş etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməyi tələb etsə də cavabdeh müxtəlif bəhanələr ilə onu yubatmışdır. Cavabdehlə aralarında bağladıqları müqaviləyə əsasən 3 ay müddətinə aylıq ödənişlərinə riayət etməsə satıcının müqaviləni birtərəfli olaraq pozub alıcını məhkəməyə vermək hüququ vardır. Ona görə də cavabdehdən müqavilə üzrə qalıq borc olan 800 manat məbləğin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 (“KZS Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“KZS Electronics” mağazası) Cavabdeh dəyəri 1500 manat olan GR-c639HLCl markalı soyuducunu 15 ay müddətinə aylıq 100 manat ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilə üzrə 700 ödəniş etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 5 gün ərzində “KZS Electronics” mağazasına olan 800 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə məişət avadanlığını 1500 manata satın almışdır. Cavabdeh 700 manat ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 800 manat pul vəsaiti alınaraq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 800 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar