Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-660/2025 06.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankı, xx.xx.2022-ci il tarixli, DKM/015N05A01728022 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 2434,79 manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2024-cü il tarixə qədər kreditdən istifadəyə görə illik 16% dərəcəsi ilə hesablanmış 136,37 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 12,44 manat məbləğində penya, cəmi 2583,60 manat məbləğində pul vəsaiti və xx.xx.2024-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın və iddia ərizəsinin verilməsinə görə 46 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında bağlanmış DKM/015N05A01728022 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank Cavabdeh1 (borcalan) 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə ödəmək şərtilə 10000 manat məbləğində kredit vermiş, kreditin məqsədli təyinatı borc öhdəliklərinin bağlanması olmuş, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri vaxtlıvaxtında Banka ödəməyi öz üzərinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən borcalan 38 ay müddətində hər ay 141,21 manat, sonuncu ay 141,41 manat ödəməyi öz üzərinə götürmüşdür. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2022-ci il tarixli, DKM/015N05A01728022/ZM-01 nömrəli zaminlik müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən zamin borcalanın Bank qarşısında DKM/015N05A01728022 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliyinin tam həcmdə yerinə yetirilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ASC “Xalq” Bankı ilə borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/015N05A01728022/ZM-01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən borcalan hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin borcalan bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə cavabdeh borcalanın Bank qarşısında gecikdirilmiş borcu 2571,16 manat təşkil edir ki, bunun da 2434,79 manatı vaxtı keçmiş əsas borcdan, 136,37 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, borcalan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 12,44 manat təşkil edir. Kredit müqaviləsi üzrə borcalan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə borcalan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər zamin ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2024-cü il tarixli, QZX-XO-8.1.2024-001 nömrəli xəbərdarlıq məktubunun və xx.xx.2024-cü il tarixli, QZX-XO-28.2.2024-001 nömrəli öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borcverən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın borcalandan iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmiş, digər Cavabdeh1 isə qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamış, məhkəmə onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına Cavabdeh1 təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə cavabdehlərin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, bankla borcalan arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən borcalanın həyata keçirdiyi ödəniş onun Bank qarşısında cari tarixə kredit üzrə mövcud olan bütün borc öhdəliklərinin icrasını təmin etmədikdə (ödəmədikdə) borcalanın pul vəsaitləri, qanunvericiliklə digər qayda nəzərdə tutulmadığı halda, onun kredit üzrə borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıq qaydasında yönəldilir: birinci növbədə - məhkəmə və ya məhkəmədənkənar qaydada tələblərin irəli sürülməsi bu müqavilə üzrə icranın təmin edilməsi ilə əlaqədar Bankın xərcləri, ikinci növbədə - cərimə, penya, üçüncü növbədə - hesablanmış faizlər üzrə vaxtı keçmiş borc, dördüncü növbədə kredit üzrə vaxtı keçmiş əsas borc, beşinci növbədə - hesablanmış faizlər üzrə ödəniş vaxtı çatmış borc, altıncı növbədə - kredit üzrə vaxtı çatmış əsas borc, yeddinci növbə - borcalanın öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan bankın digər zərərləri. Həmin müqavilənin 3.4.3-cü və 3.4.3.1-ci bəndlərinə əsasən bank borcalan tərəfindən ödəniş cədvəlində (1 nömrəli əlavə) nəzərdə tutulmuş tarixdə kredit üzrə annuitet (əsas borc və kreditdən istifadəyə görə faizlər) ödəniş həyata keçirilmədikdə və ya ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə kredit üzrə əsas borcun qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb edərsə, müvafiq tələbi aldığı tarixdən ən geci 20 (iyirmi) iş günü ərzində krediti Banka qaytarmaq və ödənilmə anınadək faizləri ödəmək borcalanın vəzifəsidir. Eyni zamanda Cavabdeh2 (zamin) kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş elektron arayışdan görünür ki, borcalanın xx.xx.2022ci il tarixli, DKM/015N05A01728022 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2024-cü il tarixinə borcu aşağıdakı kimidir əsas borc 0 manat, vaxtı keçmiş borc 2434,79 manat, hesablanmış adi faiz borcu – 136,37 manat, cərimə faizləri üzrə borc – 12,44 manat olmaqla, cəmi 2583,60 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş bank tərəfindən cavabdehlərə ünvanlanmış QZX-XO- 8.1.2024-001 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş kredit üzrə ödənişlərin aparılması qaydası və müddətlərinə dair öhdəliklərin pozulması nəticəsində Bankın kredit müqaviləsinin 3.1.3-cü yarım bəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasının tələb edilməsi və bu tələbin icrasını təmin etmək üçün iddia ilə məhkəməyə müraciət edə biləcəyi barədə cavabdehlərə xəbərdarlıq edilmiş, məsələnin bu cür həll olunmasının qarşısını almaq üçün yaranmış borc məbləğinin xx.xx.2024-cü il tarixinədək ödənilməsi cavabdehlərdən tələb edilmişdir. İş materiallarına əlavə edilmiş bank tərəfindən Cavabdeh2 ünvanlanmış QZX-XO- 28.2.2024-001 nömrəli, xx.xx.2024-cü il tarixli öhdəliklərin yerinə yetirilməsi haqqında tələb məktubundan görünür ki, ondan borcalanın kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin və hesablanmış cərimə faizlərinin bu tələbi aldıqları tarixdən 3 (üç) bank günü ərzində ödənilməsini həyata keçirməsi tələb edilmiş, eyni zamanda bildirilmişdir ki, yuxarıda qeyd edilmiş tələb tam həcmdə yerinə yetirilmədikdə bank kredit müqaviləsinin 3.4.3 (yarım) bəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək və bu tələbi zaminlik müqaviləsinə əsasən ona qarşı irəli sürmək hüququnu əldə edəcək. Məsələnin bu cür həll olunmasının qarşısını almaq üçün borcalanın yaranmış borc məbləğinin xx.xx.2024-cü il tarixinədək ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Borcalan əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini məhkəməyə müraciət edildiyi vaxtdan - xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə borcalanın Banka borcu - ödənilməmiş əsas borc qismində 2434,79 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 136,37 manat təşkil edir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla bağlanmış DKM/015N05A01728022 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 2434,79 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 136,37 manat məbləğində pul tələb etməsi əsaslıdır. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini, eləcə də tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, borcalandan iddiaçının xeyrinə 12,44 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, sözügedən müqavilə üzrə müəyyən edilmiş kreditə görə zamin olduğundan, qeyd edilən əsas borcun, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməsi üçün məsuliyyət daşıyır. Bunlarla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehlərin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdehlər məhkəməyə iddia tələbini sözügedən hissədə təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penyanın cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, idida tələbi bu hissədə qeyri-müəyyən şəkildə tərtib edilmiş, iddiaçı konkret olaraq cavabdehlərdən hansı məbləği tələb etdiyini qeyd etməmişdir. Odur ki, iddia bu hissədə əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək, yəni əsas kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi xx.xx.2024-cü il tarixinədək hesablanmış borc əsas götürülərək cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 2434,79 manat, faizlər üzrə 136,37 manat, cərimə üzrə 12,44 manat olmaqla, cəmi 2583,60 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 45,84 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. DKM/015N05A01728022 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2434,79 manat əsas borc, 136,37 manat faiz borcu, 12,44 manat cərimə olmaqla, cəmi 2583,60 (iki min beş yüz səksən üç manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45,84 (qırx beş manat səksən dörd qəpik) manat pul vəsaiti tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-660/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-660/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver