Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6724/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2007-ci il tarixli KMFŞ 2170/T saylı kredit müqaviləsi üzrə cavabdehdən 1487.98 (bir min dörd yüz səksən yeddi manat, 98 qəpik) manat məbləğində əsas borc, 4001.06 (dörd min bir manat, 06 qəpik) manat məbləğində faiz borcu, 679.93 (altı yüz yetmiş doqquz manat, 93 qəpik) manat məbləğində cərimə borcu, 1066.38 (bir min altmış altı manat 38 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7235.35 (yeddi min iki yüz otuz beş manat, 35 qəpik) manat məbləğində pulun, 92.36 (doxsan iki manat, 36 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 06 oktyabr 2007-ci il tarixli KMFŞ 2170/T saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1487.98 (bir min dörd yüz səksən yeddi manat, 98 qəpik) manat məbləğində əsas borc, 4001.06 (dörd min bir manat, 06 qəpik) manat məbləğində faiz borcu, 679.93 (altı yüz yetmiş doqquz manat, 93 qəpik) manat məbləğində cərimə borcu, 1066.38 (bir min altmış altı manat 38 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7235.35 (yeddi min iki yüz otuz beş manat, 35 qəpik) manat məbləğində borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Bildirmək istəyir ki, tərəflər arasında bağlanmış ********** (KM FŞ 2170/7) saylı kredit müqaviləsi xx.xx.2007-ci ildə xx.xx.2009-cu il tarixədək 24 ay müddətinə bağlanmışdır. İddianın rədd edilməsinə əsas ondan ibarətdir ki, hazırki iş üzrə Bank iddia müddətini ötürmüşdür. İş materiallarından göründüyü kimi kredit müqaviləsi 16 il əvvəl rəsmiləşdirilmiş və kreditin bitməsindən artıq 14 il ötmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsini 2023-cü il tarixdə təqdim etmişdir. Halbuki, iddia ərizəsinin verilməsinin son tarixi xx.xx.2012-ci ildə olmalı idi. Göründüyü kimi iddiaçı müqavilə münasibətlərindən irəli gələn iddialar üzrə 3 illik iddia müddətini ötürmüşdür. Konstitusiya Məhkəməsinin qərarlarına əsasən müqavilə münasibətlərindən irəli gələn münasibətlərdə iddia müddətinin axımı, son müəyyən edilmiş icra müddəti ilə müəyyən edilir. Yəni müqavilə müddəti bitən tarixdən iddia müddətinin axımı başlayır. Bu da hazırki işdə xx.xx.2009-cu il tarixə təsadüf edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il qərarının nəticə hissəsində göstərilmişdir ki, “Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. “ 3 iyun 2013-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Qərarına əsasən belə qənaətə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci və 377.2-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Yəni kreditin bitməsindən 4 ildən çox vaxt keçdiyindən hal-hazırki iş üzrə Bank tərəfindən iddia müddəti buraxılmışdır. Mülki Məcəllənin 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. Mülki Məcəllənin 371-ci maddəsinə əsasən əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin bitməsindən artıq 3 ildən çox müddət ötmüşdür və bu vaxta qədər Bank cavabdehə qarşı məhkəmədə heç bir tələb irəli sürməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edirəm. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən iddiaçı QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair e-2(125)-6724/2023 saylı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2007-ci il tarixli KMFŞ 2170/T saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh xx.xx.2009-cu il tarixədək kredit xətti açmış və sonuncuya ümumilikdə 2840 manat məbləğində kredit verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2007-ci il tarixli KMFŞ 2170/T saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh xx.xx.2009-cu il tarixədək kredit xətti açmış və sonuncuya ümumilikdə 2840 manat məbləğində kredit verilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ondan tələb olunan məbləğ üzrə iddia müddətinin ötdüyünü göstərib tələbə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları iddia müddətinin axımını müəyyən edərkən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmişdir. Bundan başqa iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası MM-nin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı təşkilat, yalnız, xx.xx.2023-cü ildə iddia qaldırmışdır, halbuki, Azərbaycan Respublikası MM-nin 377.2-ci maddəsi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmiş, qeyd olunan kredit müqaviləsi tərəflər arasında xx.xx.2009-cu il tarixədək bağlanmış və tərəflər həmin müddət ərzində kredit müqaviləsində göstərilən öhdəlikləri icra etməli olmuşlar. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 373-cü maddəsi həmin növ müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini 3 il müəyyənləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin də ərizəsində göstərildiyi kimi hazırki mübahisə üzrə həqiqətən də iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia, əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh 06 oktyabr 2007-ci il tarixli KMFŞ 2170/T saylı müqaviləyə əsasən 1487.98 (bir min dörd yüz səksən yeddi manat, 98 qəpik) manat məbləğində əsas borc, 4001.06 (dörd min bir manat, 06 qəpik) manat məbləğində faiz borcu, 679.93 (altı yüz yetmiş doqquz manat, 93 qəpik) manat məbləğində cərimə borcu, 1066.38 (bir min altmış altı manat 38 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7235.35 (yeddi min iki yüz otuz beş manat, 35 qəpik) manat məbləğində pulun, 92.36 (doxsan iki manat, 36 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-6724/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6724/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver