Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-679/2023 18.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 30 dekabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 11 dekabr 20200-ci il tarixli, 006A**********S saylı saziş üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.603 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 514 manat 97 qəpik, cərimə qismində 1.359 manat 89 qəpik, cəmi 8.478 manat 19 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104 manat 78 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi R.T.Məmmədov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, X4 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 30 dekabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13.800 manat məbləğində kredit götürmüşdür. İ.Z.Məmmədov kredit müqaviləsinın 1.2-ci bədinin tələbini pozaraq, kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07 mart 2022-ci il tarixdən banka qaytarmamışdır. X4 götürdüyü kredit borcundan 7.196 manat 67 qəpik ödəmiş, onun 6.603 manat 33 qəpik məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinın 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kredit verildiyi tarixdən onun tam qaytarımasınadək hesablanır. Bir gün üçün faiz kredit müqaviləsinın 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. İ.Z.Məmmədov kredit borcunu İddiaçı qapalı səhmdar cəmiyyətinə qaytarmadığı üçün 18 noyabr 2022-ci il tarixə 254 gün üçün hesablanmış faiz borcu 514 manat 97 qəpik təşkil edir. Kredit müqaviləsinın 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. 18 noyabr 2022-ci il tarixə 254 gün üçün hesablanmış cərimə isə 1.359 manat 89 qəpik təşkil edir. İddiaçı qapalı səhmdar cəmiyyətinə X2 vəfat etdiyi məlum olmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 26 noyabr 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsidir və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh miras əmlakından tam hissədə pay almışdır. Belə olan halda Cavabdeh X2 hüquq və vəzifələri də keçmişdir. Həmçinin Cavabdeh X2 mövcüd borc öhdəliklərini qəbul etmiş və buna dair 11 dekabr 2020-ci il tarixli 006A**********S saylı saziş imzalayaraq müqaviləyə və ödəniş planına dəyişikliklər edilmişdir. Sonda iddiaçının nümayəndəsi R.T.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 dekabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinın və kreditin verilməsi barədə eyni tarixli bank qəbzinin surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən İ.Z.Məmmədova aylıq faiz dərəcəsi 1,75% olmaqla, 36 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 13.800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinın 4.2.3-cü bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməlidir. İşdə olan AZ-İİ seriyalı, 140174 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 12 dekabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. İşdə olan kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 11 dekabr 2020-ci il tarixli 006A**********S sazişin surətlərindən görünür ki, Cavabdeh X4 vəfat etdiyindən, 30 dekabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi əsasında X2 götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 11 dekabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödəməlidir. Mülki işdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 24 noyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İ.Z.Məmmədovun 30 dekabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.603 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 514 manat 97 qəpik, cərimə qismində 1.359 manat 89 qəpik, cəmi 8.478 manat 19 qəpik borcu yaranmışdır. Beləliklə, işdə olan sənədlərlə İ.Z.Məmmədovun İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya 30 dekabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.603 manat 33 qəpik, 19 avqust 2022ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 514 manat 97 qəpik məbləğində borcunun olduğu, İ.Z.Məmmədovun ölümündən sonra həmin şəxsə məxsus əmlakın Cavabdeh tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum İ.Z.Məmmədovun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 1.359 manat 89 qəpik təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, 30 dekabr 2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.603 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 514 manat 97 qəpik məbləğində pul vəsaiti, cərimə qismində 20 manat, cəmi 7.138 manat 30 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104 manat 78 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 30 dekabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 11 dekabr 20200-ci il tarixli, 006A**********S saylı saziş üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.603 (altı min altı yüz üç) manat 33 (otuz üç) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 514 (beş yüz on dörd) manat 97 (doxsan yeddi) qəpik, cərimə qismində 20 (iyirmi) manat, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 104 (bir yüz otuz dörd) manat 78 qəpik (yetmiş səkkiz) qəpik, cəmi 7.243 (yeddi min iki yüz qırx üç) manat 08 (səkkiz) qəpi məbləğində pul vəsaiti tutulsun. İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-679/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-679/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver