Məhkəmə qərarları › İş №e-2(125)-6807/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6807/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6807/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1nun vərəsələri, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X4 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən nağd kredit üzrə 1630,91 manat əsas borc, 8,97 manat faiz borcu, kart kredit limiti üzrə 259,98 manat əsas, 3,03 manat faiz borcunun, ödənilmiş 39,03 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in nümayəndəsi X6 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-in Gəncə filialı ilə mərhum X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 3000 manat nağd və xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 500 manat məbləğində kart krediti limiti verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 458 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, X4 miras əmlakına dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ərizələrinə əsasən vərəsəlik işi açılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdirlər. xx.xx.2023-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 1630,91 manat əsas borc, 8,97 manat faiz borcu, həmçinin xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 259,98 manat əsas, 3,03 manat faiz borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh3 maddi imkanlarının olmadığını göstərərək, borcun hissə-hissə ödənilməsinə heç bir etirazlarının olmadığını göstərdi. Məhkəmə iclasında Cavabdeh1 maddi imkanlarının olmadığını göstərərək, borcun hissə-hissə ödənilməsinə etirazlarının olmadığını göstərdi. Məhkəmə iclasında Cavabdeh2 maddi imkanlarının olmadığını, tələbə olduğunu göstərərək, borcun hissə-hissə ödənilməsinə etirazının olmadığını göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, BPM**********65 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X5 iddiaçı tərəfindən 24 ay müddətinə, illik 18% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli “tam kart çərçivə müqaviləsindən görünür ki, X5 iddiaçı tərəfindən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışlarından görünür ki, mərhum X7 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********65 nömrəli kredit müqaviləsi üzrə 1630,91 manat əsas borc, 8,97 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 259,98 manat əsas, 3,03 manat faiz borcu qalmışdır. AZ-İİ 283603 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 miras qalmış 1745,87 manat pul vəsaitindən bərabər hissədə irs almalıdırlar. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh4 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh3 müştərək qaydada xx.xx.2021-ci il tarixli, BPM**********65 nömrəli kredit müqaviləsi üzrə 1630,91 manat əsas, 8,97 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 259,98 manat əsas, 3,03 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 1902,89 manat kredit borcu alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 39,03 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh4 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh3 müştərək qaydada xx.xx.2021-ci il tarixli, BPM**********65 nömrəli kredit müqaviləsi üzrə 1630,91 manat əsas, 8,97 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 259,98 manat əsas, 3,03 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 1902,89 manat kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 39,03 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar