Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-684/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CL-EE000881964 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.148 manat 18 qəpik və vəfat etdiyi tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1 qəpik, cəmi 1148 manat 19 qəpik məbləğində pul vəsaitinin, xx.xx.2023-cü il tarixli,CL-EE001042677 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.274 manat 06 qəpik və vəfat etdiyi tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 12 manat 42 qəpik, cəmi 2.286 manat 48 qəpik məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 manat 34 qəpik və 40 qəpik xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2023-cü il tarixli, CL-EE000881964 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 12 ay müddətinə illik 16,9 faiz dərəcəsi ilə 1.500 manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" ASC ilə X3 arasında xx.xx.2023-cü il tarixli, CL-EE001042677 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən isə X2 17 ay müddətinə illik 16,9 faiz dərəcəsi ilə 2.400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Belə ki, X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür və Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2024-cüil tarixli 2V-2 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Belə ki, X1 xx.xx.2024-cü il tarixədək banka xx.xx.2023-cü il tarixli, CL- EE000881964 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.148 manat 18 qəpik və vəfat etdiyi tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1 qəpik, xx.xx.2023-cü il tarixli, CL-EE001042677 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.274 manat 06 qəpik və vəfat etdiyi tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 12 manat 42 qəpik məbləğində borcu qalmışdır. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də "xxxx" ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iddianı tam həcmdə etiraf etdiyini, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində cəmi 1.148 manat 19 qəpik məbləğində pul vəsaitinin və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində cəmi 2.286 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin qanuni nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işdə olan xx.xx.2023-cü il tarixli, CL-EE000881964 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC X2 12 ay müddətinə illik 16,9 faiz dərəcəsi ilə 1.500 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X1 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu ödənilməmiş əsas borc qismində 1.148 manat 18 qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1 qəpik təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli, CL-EE001042677 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC X2 17 ay müddətinə illik 16,9 faiz dərəcəsi ilə 2.400 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X1 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu ödənilməmiş əsas borc qismində 2.274 manat 06 qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 12 manat 42 qəpik təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan AZ-İİ seriyalı, 306342 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-2 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X1 vərəsəsi Cavabdehdır və o mirasdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Gəncə şəhəri RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AB752192 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VF1KC0AAF18341666, mühərrikin nömrəsi – və buraxılış ili 1998-ci il olan Renault markalı ** DB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Beləliklə, işdə olan sübutlarla X1 "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2023-cü il tarixli, CL-EE000881964 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.148 manat 18 qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1 qəpik, xx.xx.2023-cü il tarixli, CL-EE001042677 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.274 manat 06 qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 12 manat 42 qəpik məbləğində borcunun olduğu, X1 ölümündən sonra həmin şəxsə məxsus əmlakın cavabdeh tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdeh X3 xx.xx.2023-cü il tarixli, CL-EE000881964 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.148 manat 18 qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1 qəpik, xx.xx.2023-cü il tarixli, CL- EE001042677 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilməmiş əsas borc qismində 2.274 manat 06 qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 12 manat 42 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumuna ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 54 manat 74 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 31 yanvar 2023-cü il tarixli, CL-EE000881964 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.148 (bir min bir yüz qırx səkkiz) manat 18 (on səkkiz) qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1 (bir) qəpik, 18 mart 2023-cü il tarixli, CL- EE001042677 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilməmiş əsas borc qismində 2.274 (iki min iki yüz yetmiş dörd) manat 06 (altı) qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 12 (on iki) manat 42 (qırx iki) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 54 (əlli dörd) manat 74 (yetmiş dörd) qəpik, cəmi 3.489 (üç min dörd yüz səksən doqquz) manat 41 (qırx bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-684/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-684/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver