Məhkəmə qərarları › İş №e-2(125)-6887/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6887/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6887/2023 23.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus KZS Elektroniks mağazasında əldə etdiyi iki ədəd Lg markalı televizor və bir ədəd soyuducunun qalıq borcu olan 2440 (iki min dörd yüz qırx) manat məbləğin və 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surəti və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmişdir. İddia ərizəsindən görünür ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Elektroniks” adlanan mağazanın fəaliyyəti ilə məşğuldur. Həmin mağazada məişət texnikası avadanlıqlarının pərakəndə satış və daxili kredit vasitəsi ilə müddətli satışını müştərilərə təmin edir. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin istismara götürəcəyi texnikanın dəyərini hissə-hissə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2022-ci ildə mağazalarına yaxınlaşaraq iki ədəd Lg markalı televizor, dəyəri 1440 (min dörd yüz qırx) manat, bir ədəd Lg markalı soyuducu, dəyəri 1700 (min yeddi yüz) manat, ümumilikdə 3140 (üç min yüz qırx) manat məbləği 12 (on iki) ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu gün tarixə kimi aylıq ödənişlərinə dair 700 (yeddi yüz) manat məbləğ ödəniş etmişdir. Qalan 2440 (iki min dörd yüz qırx) manat məbləğə dair heç bir ödəniş etməmişdir. Bundan sonra cavabdeh öz borcunu ödəməyi tələb etsə də, müxtəlif bəhanələrlə onu yubatmış və bunun nəticəsidir ki, xx.xx.2022-ci ildən bir il müddətinə ödəməyi öhdəsinə götürdüyü borcu tamamlamamışdır. Odur ki, Cavabdeh ona məxsus KZS Elektroniks mağazasında əldə etdiyi iki ədəd Lg markalı televizor və bir ədəd soyuducunun qalıq borcu olan 2440 (iki min dörd yüz qırx) manat məbləğin və 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 (“KZS Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“KZS Electronics” mağazası) Cavabdeh dəyəri 1440 manat olan GR-c639HLCl markalı soyuducunu 12 ay müddətinə aylıq 120 manat ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilə üzrə 700 ödəniş etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 5 gün ərzində “KZS Electronics” mağazasına olan 2440 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə məişət avadanlığını 1440 manata satın almışdır. Cavabdeh 700 manat ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 1440 manat pul vəsaiti alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 1440 manat pul vəsaiti alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar