Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6897/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 iyun 2021 il tariхli, 800804-868435/2 nömrəli krеdit müqaviləsi üzrə 5,983.96 manat məbləğində əsas bоrc və 728.55 manat faiz borcu оlmaqla, ümumilikdə 6,712.51 manat kredit borcun və 04 iyun 2021 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 523.86 manat məbləğində əsas bоrc və 51.56 manat faiz borcu оlmaqla, ümumilikdə 575.42 manat məbləğində kredit bоrcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 6,507.82 əsas və 780.11 faiz borcu olmaqla cəmi 7,287.93 manat borcun və 93.27 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Expressbank” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 iyun 2021 il tariхli, 800804-868435/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 8000 manat məbləğində və 04 iyun 2021 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 10 oktyabr 2023-ci il tarixinə cavabdehin 04 iyun 2021 il tariхli, 800804- 868435/2 nömrəli krеdit müqaviləsi üzrə 5,983.96 manat məbləğində əsas bоrc və 728.55 manat faiz borcu оlmaqla, ümumilikdə 6,712.51 manat kredit borcu və 04 iyun 2021 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 523.86 manat məbləğində əsas bоrc və 51.56 manat faiz borcu оlmaqla, ümumilikdə 575.42 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit xətti müqaviləsinin 7.3 bəndinə əsasən müqavilənin 3.2 və 3.3-cü bəndləri ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir, hıər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə 0.5 faiz dərəcəsi ilə hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. Odur ki, borcalan Cavabdeh kredit müqaviləsinin müddəti 04 iyun 2023-cü il tarixində bitdiyindən həmin tarixə olan qalıq borc kapitallaşdırılaraq annuitet ödəmə qrafikinə çevrilmişdir. Krеdit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, Cavabdeh 04 iyun 2021 il tariхli, 800804-868435/2 nömrəli krеdit müqaviləsi üzrə 5,983.96 manat məbləğində əsas bоrc və 728.55 manat faiz borcu оlmaqla, ümumilikdə 6,712.51 manat kredit borcun və 04 iyun 2021 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 523.86 manat məbləğində əsas bоrc və 51.56 manat faiz borcu оlmaqla, ümumilikdə 575.42 manat məbləğində kredit bоrcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 6,507.82 əsas və 780.11 faiz borcu olmaqla cəmi 7,287.93 manat borcun və 93.27 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 04 iyun 2021-ci il tariхli, 800804-868435/2 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 60 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 8000 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 04 iyun 2021-ci il tariхli, 800797- PC********** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 10 oktyabr 2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 iyun 2021 il tariхli, 800804-868435/2 nömrəli krеdit müqaviləsi üzrə 5,983.96 manat məbləğində əsas bоrc və 728.55 manat faiz borcu оlmaqla, ümumilikdə 6,712.51 manat kredit borcu və 04 iyun 2021 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 523.86 manat məbləğində əsas bоrc və 51.56 manat faiz borcu оlmaqla, ümumilikdə 575.42 manat məbləğində kredit bоrcu vardır. İşdə olan 21 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xəbərdarlıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ vardır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 04 iyun 2021 il tariхli, 800804-868435/2 nömrəli krеdit müqaviləsi üzrə 5,983.96 manat məbləğində əsas bоrc və 728.55 manat faiz borcu оlmaqla, ümumilikdə 6,712.51 manat kredit borcu və 04 iyun 2021 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 523.86 manat məbləğində əsas bоrc və 51.56 manat faiz borcu оlmaqla, ümumilikdə 575.42 manat məbləğində kredit bоrcu, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 6,507.82 əsas və 780.11 faiz borcu olmaqla cəmi 7,287.93 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 93.27 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 iyun 2021 il tariхli, 800804-868435/2 nömrəli krеdit müqaviləsi üzrə 5,983.96 manat məbləğində əsas bоrc və 728.55 manat faiz borcu оlmaqla, ümumilikdə 6,712.51 manat kredit borcu və 04 iyun 2021 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 523.86 manat məbləğində əsas bоrc və 51.56 manat faiz borcu оlmaqla, ümumilikdə 575.42 manat məbləğində kredit bоrcu, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 6,507.82 əsas və 780.11 faiz borcu olmaqla cəmi 7,287.93 manat borc və 93.27 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-6897/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6897/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver