Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7059/2025 02.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh 26 sentyabr 2022-ci il tariхli, 800808-504089/1 nömrəli kredit müqaviləsi üzrə 2,964.72 manat məbləğində əsas bоrcu və 534.72 manat faiz borcu оlmaqla, cəmi 3,499.44 manat məbləğində kredit bоrcun və 26 sentyabr 2022-ci il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 325.71 manat əsas borc və 8.94 manat faiz borcu olmaqla, cəmi 334.65 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 3,290.43 əsas və 543.66 faiz borcu olmaqla cəmi 3,834.09 manat borcun və 58.34 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26 sentyabr 2022-ci il tariхli, 800808-504089/1 nömrəli istehlak krеditimüqaviləsinə əsasən borcluya 46 ay müddətinə, illik 21.5% dərəcəsi ilə 8000.00 manat məbləğində və 26 sentyabr 2022-ci il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300.00 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 26 sentyabr 2022-ci il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinin 2.11 bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və 2.3 bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, borcalan Cavabdeh 26 sentyabr 2022-ci il tariхli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə şərtləri icra etmədiyindən qalıq borc kapitallaşdırılaraq annuitet ödəmə qrafikinə çevrilmişdir. 02 dekabr 2025-ci il tarixinə cavabdehin 26 sentyabr 2022 il tariхli, 800808-504089/1 nömrəli kredit müqaviləsi üzrə 2,964.72 manat məbləğində əsas bоrcu və 534.72 manat faiz borcu оlmaqla, cəmi 3,499.44 manat məbləğində kredit bоrcu və 26 sentyabr 2022-ci il tariхli, 800797-PC********** nömrəli krеdit xəttimüqaviləsi üzrə 325.71 manat əsas borc və 8.94 manat faiz borcu olmaqla, cəmi 334.65 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 sentyabr 2022-ci il tariхli, 800808-504089/1 nömrəli istehlak krеditimüqaviləsinə əsasən borcluya 46 ay müddətinə, illik 21.5% dərəcəsi ilə 8000.00 manat məbləğində və 26 sentyabr 2022-ci il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300.00 manat məbləğində krеdit vеrilmişdir. cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən 02 dekabr 2025-ci il tarixinə cavabdehin 26 sentyabr 2022 il tariхli, 800808-504089/1 nömrəli kredit müqaviləsi üzrə 2,964.72 manat məbləğində əsas bоrcu və 534.72 manat faiz borcu оlmaqla, cəmi 3,499.44 manat məbləğində kredit bоrcu və 26 sentyabr 2022-ci il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 325.71 manat əsas borc və 8.94 manat faiz borcu olmaqla, cəmi 334.65 manat məbləğində kredit bоrcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1 və 448.1-ci maddəsinə əsasən hesab edilir ki, Cavabdeh 26 sentyabr 2022-ci il tariхli, 800808-504089/1 nömrəli və 26 sentyabr 2022ci il tariхli, 800797-PC********** nömrəli Kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materialları ilə müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı ASC tərəfindən 58,34 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 sentyabr 2022-ci il tariхli, 800808-504089/1 nömrəli Kredit müqaviləsinə əsasən 2,964.72 manat məbləğində əsas bоrcu və 534.72 manat faiz borcu оlmaqla, cəmi 3,499.44 manat, 26 sentyabr 2022-ci il tariхli, 800797-PC********** nömrəli Kredit müqaviləsinə əsasən 325.71 əsas, 8.94 manat faiz, 334.65 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 3,290.43 əsas və 543.66 faiz borcu olmaqla, cəmi 3,834.09 manat borcun və 58.34 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında 26 sentyabr 2022-ci il tariхli, 800808-504089/1 nömrəli kredit müqaviləsinə əsasən yaranan 2,964.72 manat məbləğində əsas bоrc və 534.72 manat faiz borcu və 26 sentyabr 2022-ci il tariхli, 800797-PC********** nömrəli kredit müqaviləsinə əsasən 325.71 manat məbləğində əsas bоrc və 8.94 manat faiz borcu оlmaqla, ümumilikdə iki kredit müqaviləsi üzrə cəmi 3,834.09 (üç min səkkiz yüz otuz dörd) manat 09 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58.34 (əlli səkkiz) manat 40 qəpik məbləğində pul Cavabdeh alınıb, İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-7059/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7059/2025
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver