Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-716/2022 03.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildə el adəti ilə ailə qurub rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 doğulmuşdur. Birgə ailə həyatı dövründə cavabdehlə aralarında münasibətlər pozulmuş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların onun yanında saxlanılması və uşaqların saxlanılması üçün Cavabdeh hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqlar böyüyüb, artıq oğlunun 12, qızının isə 10 yaşı var. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş hər uşaq üçün 140 manat aliment məbləği uşaqların tələbatının yarısının belə ödənilməsinə yetərli deyil. Maddi durumları çox çətindir. Cavabdeh qətnamə üzrə ödəniləcək alimenti də vaxtında ödəmir. Cavabdehin bu günə 7.000 manata yaxın aliment borcu yığılmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Belə ki, ikinci dəfə ailə həyatı qurub və həmin nikahdan uşağı var, onların qayğısına qalır. Lakin ilk övladları ilə maraqlanmır, onlara heç bir mənəvi dəstək göstərmir, valideyn olaraq tərbiyələri ilə məşğul olmur. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə təkbaşına özü çəkir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məktəbdən sonra repetitor yanına, müxtəlif növ kurslara getmək zərurəti yaranır, böyüdükcə əlavə paltar və s. kimi tələbatları artır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh məhkəmənin hazırlıq iclasında pandemiya dövründə mühafizəçi işlədiyi “Gəncə mall” ticarət mərkəzindən işdən çıxarıldığını bildirsə də, bu yalandır. Cavabdeh işdən öz ərizəsi ilə çıxmışdır, səbəb isə əmək haqqından aliment borcunun tutulması və qalan məbləğin ona yetərli olmaması olub. Yəni tərəf alimenti ödəməkdən qəsdən boyun qaçırıb. Hal-hazırda isə qeyri-rəsmi sahibkarlıqla məşğul olur. Rayonlara qida məhsullarının satışı ilə məşğuldur. Eyni zamanda cavabdehin yeni doğulmuş uşağının qayğısına qalmasını, maddi durumunun yaxşı olmamasını, həmçinin humanizm prinsipinə əsaslanaraq hər uşaq üçün iddiada qeyd edildiyi kimi 200 manat yox, iddianın həcmini azaldaraq 180 manat aliment tutulmasını və məhkəmə baxışının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, hazırda heç bir yerdə işləmir və əlavə gəliri yoxdur. İndiki vəziyyətdə əvvəlki qətnamə ilə tutulan alimenti belə ödəməkdə çətinlik çəkir, aliment üzrə 7000 manata yaxın borcu yığılmışdır. Alimentin miqdarı artırılarsa ödəməsi ümumiyyətlə mümkün olmayacaqdır. O, ikinci dəfə ailə qurmuş və həmin nikahdan da övladı vardır. Hazırda işsizdir və işaxtaran kimi qeydiyyata alınmışdır. Maddi imkanı yaxşılaşacağı halda könüllü olaraq alimenti artıq məbləğdə ödəyə bilər. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 26 may 2010-cu il təvəllüdlü X4 və 19 may 2012-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası X7r. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 214 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 26 may 2010-cu il təvəllüdlü X4 və 19 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin iddiaçı Abışova (Ələsgərova) Gülnar Elman qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır. Əsli məhkəmə iclasında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN” Xidmət Mərkəzində qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 iyun 2022-ci il tarixdə doğulmuş X8 atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçının artırılmasını tələb etdiyi aliment məhkəmənin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə tutulur. Buna görə də iddiaçının tələbinin əsaslı olub-olmamasını müəyyən etmək üçün həmin tarixdən sonra tərəflərin maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklər nəzərə alınmalıdır. İddiaçı cavabdehin maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin olmasına istinad etməmiş, bu barədə sübutlar təqdim etməmişdir. İddia tələbinin əsası kimi uşaqların böyüməsi və onların xərclərinin artması göstərilmişdir. Lakin bununla bağlı da, yəni iddiaçının maddi vəziyyətində mənfi yöndə dəyişikliyin olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərdən isə görünür ki, cavabdehin maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin olmaması ilə yanaşı, o, artıq bir ildən çoxdur ki, işsizdir. Eyni zamanda alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra o, yeni nikaha daxil olmuş və həmin nikahdan da bir uşağı doğulmuşdur. Bu isə cavabdehin ailə vəziyyətində dəyişiklik olmaqla onun üçün əlavə öhdəliklər yaranmasına səbəb olmuşdur. Belə olan təqdirdə məhkəmə alimentin əvvəlki miqdarının artırılması üçün hər hansı əsasın olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-716/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-716/2022
03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver