Məhkəmə qərarları › İş №e-2(125)-7179/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7179/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7179/2025 02.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi X1 Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi X1 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ddia tələblərinin təmin edilərək ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə, xx.xx.2019-cu il tarixli, LM121900586saylı restrukturizasiya müqaviləsi üzrə 2.957,46 manat məbləğində əsas borc, 26,47 manat məbləğində faiz borcu, 0.12 (qəpik) manat məbləğində cərimə borcu, 55,35 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu, cəmi 3.039,40 manat borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması və xx.xx.2019-cu il tarixli, LM091900329saylı restrukturizasiya müqaviləsi üzrə 1.353,89 manat məbləğində əsas borc, 8,04 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu 2,17 manat məbləğində cərimə borcu, 40,28 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu, cəmi 1.404,38 manat kredit borcunun və iş üzrə ödənilmiş 64,44 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı(Ləğv prosesindədir)-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh2(bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM121900586 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 1xx/xx/3610/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3.825,76 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi). Müqavilə üzrə faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır (müqavilənin 1.1.9-cu bəndi). Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur (müqavilənin 3.8-ci bəndi). Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli, LM121900586 saylı zaminlik müqavilsi rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən Cavabdeh1 öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Bundan başqa ləğv prosesində olan QSC "xxxx" KB iləCavabdeh2arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM091900329 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü iı tarixli 1xx/xx/9540/13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.543,61 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.1ci bəndi). Müqavilə üzrə faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır (müqavilənin 1.1.9-cu bəndi). Restruktrizasiya müqavilələrinin hər ikisi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur (müqavilənin 3.9-ci bəndi). Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində onunxx.xx.2019-cu il tarixli, LM121900586 saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Banka 2.957,46 manat məbləğində əsas borc, 26,47 manat məbləğində faiz borcu, 0.12 qəpik məbləğində cərimə borcu, 55,35 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu, cəmi 3.039,40 manat məbləğində borcu qalmışdır, xx.xx.2019-cu il tarixli, LM091900329 saylı saylı restrukturizasiya müqaviləsi üzrə isə xx.xx.2025-ci il tarixinə Banka 1.353,89 manat məbləğində əsas borc, 8,04 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu. 2,17 manat məbləğində cərimə borcu, 40,28 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu, cəmi 1.404,38 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, LM121900586 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır.Həmin müqavilə ilə xx.xx.2013-cü il tarixli, 1xx/xx/3610/14 saylı kredit müqaviləsinə əsasən, borclunun 1543 manat borcu restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. - QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, LM121900586 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 1xx/xx/3610/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3.825,76 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə QSC "xxxx" Kommersiya Bankı(Ləğv prosesindədir) arasında bağlanmış 16 dekabr 2019cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alan Cavabdeh1 Bank qarşısındakı öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürərək Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. LPO QSC "xxxx" Kommersiya Bankının 13 may 2025 tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 həmin tarixə QSC "xxxx" Kommersiya Bankına 1.353,89 manat məbləğində əsas borc, 8,04 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu 2,17 manat məbləğində cərimə borcu, 40,28 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu olmaqla, cəmi 1404,38 manat borcu vardır. LPO QSC "xxxx" Kommersiya Bankının 13 may 2025 tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh və 2.957,46 manat məbləğində əsas borc, 26,47 manat məbləğində faiz borcu, 0.12 (qəpik) manat məbləğində cərimə borcu, 55,35 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu olmaqla cəmi 3039,4 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqavilələrinə əsasən QSC "xxxx" Kommersiya Bankı(Ləğv prosesindədir) qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə hesab edirəm ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarında olan qəbzdən müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı Bank tərəfindən 64,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir İddia əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 64,44 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900586saylı restrukturizasiya müqaviləsi üzrə 2.957,46 manat məbləğində əsas borc, 26,47 manat məbləğində faiz borcu, 0.12 (qəpik) manat məbləğində cərimə borcu və 55,35 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu olmaqla cəmi 3039,40 (üç min otuz doqquz) manat 40 qəpik məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının hesabına ödənilsin. QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixlisaylı kredit müqaviləsi üzrə 1.353,89 manat məbləğində əsas borc, 8,04 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu 2,17 manat məbləğində cərimə borcu və 40,28 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu olmaqla, ümumilikdə cəmi 1404,38 (bir min dörd yüz dörd) manat 38 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64,44 (altmış dörd) manat 44 qəpik məbləğində pul Cavabdeh2 tutularaq, Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar