Məhkəmə qərarları › İş №e-2(125)-7196/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7196/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7196/2025 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X8, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********04 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2391,43 manat əsas borc, 0,02 manat faiz olmaqla, ümumilikdə 2391,45 manat borcun, kart limiti üzrə 115,56 manat əsas borcun və ödənilmiş 45,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20%-lə 36 ay müddətinə 5000 manat nəğd kredit və 36 ay müddətinə illik 24% olmaqla 500 manat məbləğində kart limiti verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X3 miras əmlakına dair Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən mərhum X1nun nəğd kredit üzrə banka ödənilməmiş 2391,43 manat əsas və 0,02 manat faiz borcu, kart limiti üzrə 115,56 manat əsas borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. xx.xx.2022-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, mərhum X4 iddiaçı tərəfindən 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 5000 manat məbləğində nəğd kredit və 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kart kredit limiti açılmışdır. Maliyyə arayışından görünür ki, mərhum X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka ödənilməmiş 2391,43 manat əsas borc, 0,02 manat faiz borcu, kart limiti üzrə 115,56 manat əsas borc qalmışdır. AZ-İİ 360531 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə ölmüşdür. Daşkəsən rayonu dövlət notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V- 112 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi Cavabdeh miras qoyan X4 məxsus Tovuz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BD328911 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən ban nömrəsi KMHJM81B59U984464, mühərrikin nömrəsi G4GC8302452 və buraxılış ili 2008ci il olan, “HYUNDAİ TUCSON“ markalı minik, ** RG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan tam hissədə pay almalıdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beşmin manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli vəi. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsi üzrə 2391,43 manat əsas borc, 0,02 manat faiz borcu, tam kart müqaviləsi üzrə 115,56 manat əsas borc olmaqla, ümumilikdə 2507,01 manat kredit borcu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 45,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsi üzrə 2391,43 manat əsas borc, 0,02 manat faiz borcu, tam kart müqaviləsi üzrə 115,56 manat əsas borc olmaqla, ümumilikdə 2507,01 (iki min beş yüz yeddi manat 01 qəpik) manat kredit borcu, ödənilmiş 45,08 manat dövlət rüsumu və 0,40 manat xərc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar