Məhkəmə qərarları › İş №e-2(125)-722/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-722/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-722/2023 28.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 iştirakları ilə İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 8155.68 AZN, faiz borcuna görə 2349.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 10504.68 (on min beş yüz dörd manat, altmış səkkiz qəpik) AZN məbləğində borcun və 122 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli **********1555 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 536 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***- ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1, **********1***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3, **********1***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərə9indən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli **********1555 saylı kredit müqaviləsi, xx.xx.2022-ci il tarixli **********3224 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 8198.12 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 8155.68 AZN, faiz borcuna görə 2349.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 10504.68 (on min beş yüz dörd manat, altmış səkkiz qəpik) AZN təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edərək bildirmişdir ki, “FİNCA Azerbaijan” MM QBKT tərəfindən ona 10000 (on min manat) AZN məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən borcunu hər ay 522 AZN olmaqla ödəmiş, sonradan 322 manat olmaqla 3 ay da ödəniş etmişdir. Maddi imkanı aşağı olduğundan qalan borcu ödəməmişdir. Hesab edir ki, onun kredit borcu düzgün hesablanmışdır. Lakin həmin borcu birdəfəyə ödəmək imkanı yoxdur, hissə-hissə ödəməyə razıdır. Qeyd edilənlərlə əlaqədar olaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq zamin durmuş və əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin borcu birdəfəyə ödəmək imkanı yoxdur, hissə-hissə ödəməyə razıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq zamin durmuş və əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin borcu birdəfəyə ödəmək imkanı yoxdur, hissə-hissə ödəməyə razıdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış, xx.xx.2021-ci il tarixdə **********1555 saylı kredit müqaviləsindən görünür ki, bank biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min manat) AZN məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixdə **********1555 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay götürdüyü krediti faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 8155.68 AZN əsas borc, faiz borcuna görə 2349.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 10504.68 (on min beş yüz dörd manat, altmış səkkiz qəpik) AZN məbləğində borcu yaranmışdır. İşdə olan xx.xx.2021-ci il tarixdə iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2021-ci il tarixdə iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2021-ci il tarixdə iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh4 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2021-ci il tarixi kassa məxaric orderindən görünür ki, həmin tarixdə iddiaçı ”FİNCA Azerbaijan” MM QBKT tərəfindən Cavabdeh2 10.000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırkı iddianın verilməsi ilə əlaqədar 122 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə **********1555 saylı kredit müqavilənin şərtlərinə əsasən bank biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min manat) AZN məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 zamin durmuş və əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin banka əsas borc üzrə 8155.68 AZN, faiz borcuna görə 2349.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 10504.68 (on min beş yüz dörd manat, altmış səkkiz qəpik) AZN məbləğində borcu vardır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduğu ödənişləri tam icra etməmişdir. Buna görə də yaranmış kredit borcu ondan tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin ediməli, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış **********1555 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 8155.68 AZN, faiz borcuna görə 2349.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 10504.68 (on min beş yüz dörd manat, altmış səkkiz qəpik) AZN kredit borcu və 122 manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 8155.68 AZN, faiz borcuna görə 2349.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 10504.68 (on min beş yüz dörd manat, altmış səkkiz qəpik) AZN kredit borcu və 122 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar