Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7255/2023 30.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək, Borclu xx.xx.2023-cü il tarixli, GNK5985737 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 584 manat əsas borc, müqavilə üzrə hesablanmış 275 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 959 manat məbləğində pulun alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə MPM-in 278.2.3-cü maddəsinin tələbinə uyğun olmadığından, yəni borclu haqqında məlumatlar göstərilmədiyindən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, MPM-in 278.2.3-cü maddəsinə əsasən ərizədə borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Kreditor MMCnin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra əmr israatı qaydasında yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-7255/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7255/2023
30.10.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver