Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7289/2025 02.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 20981.88 manat əsas, 2945.46 manat faiz, 0.03 manat cərimə borcu olmaqla, cəmi 23927.37 manat məbləğində kredit borcunun və ödənilmiş 161,78 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********61 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 59 ay müddətinə, illik 19.9 faiz dərəcəsi ilə hesablanmaqla 21700 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə xx.xx.2024ci il tarixli, BPM**********61 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2025-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh xx.xx.2025-cü il tarixinə sözügedən kredit müqaviləsi üzrə banka borcu – 20981.88 manat əsas, 2945.46 manat faiz, 0.03 manat cərimə borcu olmaqla, cəmi 23927.37 manat təşkil edir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 161,78 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə verərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi Nümayəndə3 ştirak etmiş və təmsil etdiyi cavabdehə qarşı irəli sürülən iddiaya etiraz etməmiş, iddia edilən məbləğdə kreditin alındığını və borcun mövcud olduğunu etiraf etmişdir. Məhkəmə Cavabdeh nümayəndəsi Nümayəndə3 dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, həmin müqaviləyə əsasən Bank tərəfindən borcluya 59 ay müddətinə, illik 19.9 faiz dərəcəsi ilə hesablanmaqla 21700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 20981.88 manat əsas, 2945.46 manat faiz, 0.03 manat cərimə borcu olmaqla, cəmi 23927.37 manat borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 161,78 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmədə araşdırlmış sübutlarla işin halları kimi müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 59 ay müddətinə, illik 19.9 faiz dərəcəsi ilə hesablanmaqla 21700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 20981.88 manat əsas, 2945.46 manat faiz, 0.03 manat cərimə borcu olmaqla, cəmi 23927.37 manat borcu yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmədə iştirak etmiş və cavabdehə qarşı irəli sürülən iddianı mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 436.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, kredit borcunun tutulmasına dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 20981.88 manat əsas, 2945.46 manat faiz, 0.03 manat cərimə borcu olmaqla, cəmi 23927.37 manat borc iddiaçı Bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İrəli sürülən iddia haqlı sayıldığından məhkəmə hesab edir ki, iş üzrə iddiaçı Bank tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 161,78 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı da cavabdehə aid edilməli və ondan alınaraq, "xxxx" ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranan 20981,88 manat əsas borc, 2945,46 manat faiz borcu və 0,03 manat cərimə borcu olmaqla, cəmi 23927,37 (iyirmi üç min doqquz yüz iyirmi yeddi) manat 37 qəpik məbləğində pul və "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun (xidmət haqqı ilə birlikdə) əvəzi kimi 162,18 (yüz altmış bir) manat 18 qəpik məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-7289/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7289/2025
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver