Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7331/2025 25.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 2583 saylı 4400 manat (dörd min dörd yüz) dəyərində borc müqaviləsinə əsasən Cavabdeh 2538 manat əsas borc, 1630 manat faiz borcu və 720 manat dəbbə borcu, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 69 manat olmaqla, ümumilikdə 4957 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manat olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin məcəllənin 284-4.1.2-ci maddəsinə görə, məhkəmə, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırkı işdə verilmiş tələb Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmadığından, yəni adi riyazi hesablamadan həm əsas borcun, həm də faiz borcunun daha az məbləğdə (əsas borc 2468 manat, faiz borcu 1402 manat) olduğu, buna baxmayaraq, cavabdehdən həm əsas borcun, həm də faiz borcunun daha çox məbləğdə (2538 manat əsas borc, 1630 manat faiz borcu) tələb edildiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizənin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş 69 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-7331/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7331/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver