Məhkəmə qərarları › İş №e-2(125)-747/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-747/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-747/2024 06.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 5136,67 (beş min yüz otuz altı manat altmış yeddi qəpik) manat təşkil etdiyini - bundan 3258,53 (üç min iki yüz əlli səkkiz manat əlli üç qəpik) manat əsas borc, 1552,79 (bir min beş yüz əlli iki manat yetmiş doqquz qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 325,35 (üç yüz iyirmi beş manat otuz beş qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 71,37 (yetmiş bir manat otuz yeddi qəpik) manat dövlət rüsumunun tutulması tutmanın bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi çəkisi 6,70 qr təşkil edən boyunbağı və kulon, 1 ədəd cəmi çəkisi 9,80 qr təşkil edən qolbaq, 4 ədəd cəmi çəkisi 12,50 qr təşkil edən üzüyə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, X5 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 24 fevral 2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Borcun təminatı olaraq Cavabdeh1 xx.xx.2020-ci il tarixli Girov müqaviləsi (qızıl-zinət əşyalarına dair) bağlayaraq mülkiyyətində olan 1 ədəd cəmi çəkisi 6,70 qr təşkil edən boyunbağı və kulon, 1 ədəd cəmi çəkisi 9,80 qr təşkil edən qolbaq, 4 ədəd cəmi çəkisi 12,50 qr təşkil edən üzük banka girov qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli, **********736 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 5136,67 (beş min yüz otuz altı manat 67 qəpik) manat təşkil edir. Bundan 3258,53 (üç min iki yüz əlli səkkiz manat 53 qəpik) manat əsas borc, 1552,79 (bir min beş yüz əlli iki manat 79 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 325,35 (üç yüz iyirmi beş manat 35 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsədə kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixində 335 (üç yüz otuz beş) manat məbləğində ödəniş etmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehlərin məlum olan axırıncı yaşayış yerləri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2020ci tarixli, ***-*******MK200220-01 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 12 (on iki) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2020ci tarixli, ***-*******MK200220-01/QZ2/1 nömrəli qızıl-zinət əşyalarına dair girov müqaviləsindən görünür ki, Bank 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01 nömrəli kredit müqaviləsinə əsasən Borcalana-Girovqoyana illik 26 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə, 3500 AZN məbləğində kredit verir. Borcalan-Girovqoyana 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01 nömrəli Kredit müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərinin təminatı olaraq 24 fevral 2020-ci tarixli ərizə-öhdəliyinə əsasən ona məxsus olan girov Qızıl-zinət əşyalarını Girovsaxlayana girov qoyur: qızıl-zinət əşyalarının dəyəri: 1884 (bir min səkkiz yüz səksən dörd) AZN. Borcalan-Girovqoyan təsdiq edir ki, bu Müqavilənin bağlanması anına Girov predmeti onun mülkiyyətindədir və bu müqavilənin 1.2 bəndində göstərilən sənədlərlə təsdiq edilir. Borcalan-Girovqoyan təsdiq edir ki, Girov predmeti Girovqoyanın üçüncü şəxslər qarşısında heç bir öhdəlikləri ilə yüklü edilməmiş, onların iddialarından azaddır və qadağa altında deyildir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01/ZM/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin Bank qarşısında Borcalanın 24 fevral 2020-ci tarixli, ***- *******MK200220-01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həmcdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürür. Bank Borcalana 12 ay müddətinə, illik 26 faiz ödənilməsi şərtilə, 3500 manat məbləğində kredit verir. Borcalan Bank qarşısında Kredit Müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır. Zamin Borcalanın Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Bank Borcalan tərəfindən Kredit Müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm Borcalan, həm də Zaminə qarşı Kredit Müqaviləsi üzrə öz tələblərini irəli sürə bilər. 15 mart 2023-cü il tarixli, **********828 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2020-ci il tarixli, ***- *******MK200220-1 saylı kredit müqaviləsi üzrə 27 fevral 2023-cü il tarixinə müqavilə üzrə əsas borcu 3258,53 (üç min iki yüz əlli səkkiz manat əlli üç qəpik) manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1552,79 (bir min beş yüz əlli iki manat yetmiş doqquz qəpik) manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla, 325,35 (üç yüz iyirmi beş manat otuz beş qəpik) manat olmaqla, cəmi 5136,67 (beş min yüz otuz altı manat altmış yeddi qəpik) manatdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin Qiymətləndirmə və Təhvil-Təslim Aktından görünür ki, qiymətləndirici X3 aşağıdakı siyahı üzrə göstərilən qiymətli əşyaların cədvəldə əks etdirilən qiymət və keyfiyyətinə uyğunluğunu təsdiq edir: 1 ədəd ümumi çəkisi 6,70 qr təşkil edən 583 əyarlı boyunbağı və kulon 435 manat, 1 ədəd ümumi çəkisi 9,80 qr təşkil edən 583 əyarlı qolbaq 637 manat, 4 ədəd ümumi çəkisi 12,50 qr təşkil edən 583 əyarlı üzük 812 manat olmaqla, toplam 1884 AZN-dir. 24 fevral 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 3447,5 (üç min dörd yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində pulu imza edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürmüşdür. 07 mart 2023-cü il tarixli, **********736 nömrəli Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, borcun ödnilməsi, əks təqdirdə Bank öz mülki hüquqların müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında 24 fevral 2020-ci tarixli, ***- *******MK200220-01/ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 24 fevral 2020-ci tarixli, ***- *******MK200220-01/QZ2/1 nömrəli qızıl-zinət əşyalarına dair girov müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, məhkəmə müqavilənin şərtinə uyğun olaraq iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini Cavabdeh1 tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan borc kimi aldığı məbləği qaytarmalı olmasına dair öhdəliyinin icrasını gecikdirmişdir. Öhdəliyin icrasının gecikdirilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün ödənilməmiş pul məbləğinin illik beş faizi məbləğində faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 281.1-ci maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3-cü maddəsinə əsasə əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin müqavilə üzrə zamin olan digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2021-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia rədd olunmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3258,53 (üç min iki yüz əlli səkkiz manat əlli üç qəpik) manat əsas, 1552,79 (bir min beş yüz əlli iki manat yetmiş doqquz qəpik) manat faiz və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 325,35 (üç yüz iyirmi beş manat otuz beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5136,67 (beş min yüz otuz altı manat altmış yeddi qəpik) manat tutularaq, X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb üzrə tutma 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01/QZ2/1 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus girov predmeti olan 1 ədəd cəmi çəkisi 6,70 qr təşkil edən 583 əyarlı boyunbağı və kulon, 1 ədəd cəmi çəkisi 9,80 qr təşkil edən 583 əyarlı qolbaq, 4 ədəd cəmi çəkisi 12,50 qr təşkil edən 583 əyarlı üzüyə yönəldilərək həmin əşyalar açıq hərracdan satılmalı, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilməli, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 71,37 (yetmiş bir manat otuz yeddi qəpik) manat dövlət rüsumu da Cavabdeh1 tutularaq, X5 İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3258,53 (üç min iki yüz əlli səkkiz manat əlli üç qəpik) manat əsas, 1552,79 (bir min beş yüz əlli iki manat yetmiş doqquz qəpik) manat faiz və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 325,35 (üç yüz iyirmi beş manat otuz beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5136,67 (beş min yüz otuz altı manat altmış yeddi qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 71,37 (yetmiş bir manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutularaq, X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma 24 fevral 2020-ci tarixli, ***-*******MK200220-01/QZ2/1 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus girov predmeti olan 1 ədəd cəmi çəkisi 6,70 qr təşkil edən 583 əyarlı boyunbağı və kulon, 1 ədəd cəmi çəkisi 9,80 qr təşkil edən 583 əyarlı qolbaq, 4 ədəd cəmi çəkisi 12,50 qr təşkil edən 583 əyarlı üzüyə yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar