Məhkəmə qərarları › İş №e-2(125)-752/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-752/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-752/2025 04.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Zamin qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/107/5201177/141222 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə olan borcu əsas məbləğ üzrə 984,72 manat, faiz üzrə 208,02 manat, cərimə üzrə 79,71 manat olmaqla, ümumilikdə 1272,45 manat məbləğində vəsaitin və 32,73 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Zamin tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/107/5201177/141222 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 22% dərəcəsi olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, borclu Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixli arayışa əsasən "xxxx" ASC-yə olan borc məbləği əsas məbləğ üzrə 984,72 manat, faiz üzrə 208,02 manat, cərimə üzrə 79,71 manat olmaqla, ümumilikdə 1272,45 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 22% dərəcəsi olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 və Zamin ilə "xxxx" BOKT ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - "xxxx" BOKT ASC-nin 2 oktyabr 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 həmin tarixə "xxxx" BOKT ASC-yə 984,72 manat, faiz üzrə 208,02 manat, cərimə üzrə 79,71 manat olmaqla, ümumilikdə 1272,45 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 və Zamin kredit və zaminlik müqavilələrinə əsasən "xxxx" BOKT ASC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə hesab edirəm ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarında olan qəbzdən müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı Bank tərəfindən 32,73 manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 32,73 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən yaranan 984,72 manat, faiz üzrə 208,02 manat, cərimə üzrə 79,71 manat olmaqla, ümumilikdə 1272,45 (bir min iki yüz yetmiş iki) manat 45 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,73(otuz iki) manat 73 qəpik məbləğində pul Cavabdeh1 və Zamin müştərək qaydada tutularaq "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar