Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-755/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6500 (altı min beş yüz) manat əsas borc, əsas borcun ödənilməsinə görə gecikdirilmiş 487 (dörd yüz səksən yeddi) manat faiz borcu, 91 (doxsan bir) manat dövlət rüsumu və vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. Cavabdeh 2022-ci ilin yanvar ayında pula ehtiyacı olduğunu bildirib, ondan 6000 (altı min) manat pul istəmiş və həmin ilin may ayının 31-də qaytaracağını bildirmişdir. O, da cavabdehə inanıb xx.xx.2022-ci il tarixdə həmin məbləğdə pulu cavabdehə vermişdir. Cavabdeh bu barədə qəbz yazaraq şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Bundan bir ay sonra cavabdeh öz oğluna toy etdiyini və pulunun çatmadığını qeyd edərək ondan 500 (beş yüz) manat bir daha almış və onu da may ayında qaytaracağını bildirmişdir. Lakin, cavabdeh götürdüyü öhdəliyə əməl etməmiş, söz verdiyi tarixdən sonra dəfələrlə pulunu tələb etməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan imtina etmişdir. Daha sonra isə cavabdeh ümumiyyətlə onun telefon zənglərinə cavab verməmişdir. Cavabdeh ondan 6000 manat və bundan sonra 500 manat pul alması barədə öz xətti ilə iltizam yazıb vermişdir. Hazırda məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh onun pulunu ödəməlidir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili) Nümayəndə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək, Cavabdeh borc müqaviləsi üzrə 6500 (altı min beş yüz) manat əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 487 (dörd yüz səksən yeddi) manat əldən çıxmış fayda, 91 (doxsan bir) manat dövlət rüsumu və vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbini tamamilə qəbul edir. Belə ki, İddiaçı ona 2022-ci ilin mayın ayının 31-də qaytarmaq şərtilə 30 yanvar 2022ci il tarixdə 6000 manat, bundan 1 ay sonra isə 500 manat da bir olmaqla ümumilikdə 6500 manat borc pul vermişdir. O da öz növbəsində bu barədə iddiaçıya qəbz yazıb vermişdir. Səhhətində problemlər olduğu üçün İddiaçı olan borcunu ödəyə bilməmişdir. Lakin hissə-hissə olmaqla iddiaçıya olan borcunu tam ödəyəcəkdir. Odur ki, iddia tələbinin tam təmin edilməsini xahiş edir. İşdə olan 30 yanvar 2022-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6000 (altı min) manat pulu may ayının 31-də qaytarmağı vəd edərək borc almışdır. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi üçün Nümayəndə 325 (üç yüz iyirmi beş) manat pul ödəmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün hökumət ödəniş portalına 91 (doxsan bir) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 2022-ci ilin may ayının 31-də qaytarmaq şərtilə həmin ilin yanvar ayında 6000 manat, bundan 1 ay sonra isə 500 manat olmaqla, ümumilikdə 6500 manat pulu borc olaraq vermişdir. Lakin cavabdeh iddiaçı ilə aralarında olan şərtləşdikləri müddətdə borcunu ödəməmiş, bu səbəbdən iddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasında iddia tələbini tamamilə qəbul etmişdir. Hazırda cavabdehin iddiaçıya 6500 manat əsas, əldən çıxmış fayda qismində isə 487 borcu vardır. Məhkəmə, iddia tələbinin borc müqaviləsi üzrə “6500 (altı min beş yüz) manat əsas borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı iddia etmişdir ki, o, cavabdehə 6500 manat pulu borc kimi vermiş, lakin cavabdeh borcunu təyin edilən müddətdə iddiaçıya qaytarmamışdır. Həmçinin cavabdeh ona qarşı olan iddianı tam etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, borcun tutulması hissəsində iddia, cavabdehin etirafı ilə yanaşı, digər sübutlarla təsdiq edildiyi üçün tam təmin edilməli və 6500 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Məhkəmə eyni zamanda hazırki iş üzrə iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddianın əldən çıxmış fayda kimi “əsas borca hesablanmış illik 5 faiz məbləğində faiz borcunun cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 6500 manat pul məbləğini qaytarmalı olmasına dair öhdəliyinin icrasını 31 may 2022-ci ildən bəri olan müddət ərzində gecikdirmişdir. Öhdəliyin icrasının həmin müddətdə gecikdirilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün ödənilməmiş pul məbləğinin illik beş faizi məbləğində faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkilə göstərdiyi hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə 325 (üç yüz iyirmi beş) manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin və iddiaçının xahişi nəzərə alınmaqla, İddiaçı tərəfindən vəkilə hüquqi xidmətə görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə əsasən, iddia tam təmin olunmalı, borc müqaviləsi üzrə 6500 (altı min beş yüz) manat əsas borc, 487 (dörd yüz səksən yeddi) manat əldən çıxmış fayda, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 91 (doxsan bir) manat məbləğində dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat olmaqla, cəmi 7403 (yeddi min dörd yüz üç) manat Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borc müqaviləsi üzrə 6500 (altı min beş yüz) manat əsas borc, 487 (dörd yüz səksən yeddi) manat əldən çıxmış fayda, məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 91 (doxsan bir) manat məbləğində dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat olmaqla, cəmi 7403 (yeddi min dörd yüz üç) manat tutulub, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-755/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-755/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver