Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-764/2022 10.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 30 dekabr 2019-ci il tarixli, 109.LN.1676.301219.00002 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.955 manat 56 qəpik, 24 fevral 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 106 manat 19 qəpik, cəmi 6.061 manat 75 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 81 manat 76 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı 30 dekabr 2019-ci il tarixli, 109.LN.1676.301219.00002 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.955 manat 56 qəpik, 24 fevral 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 106 manat 19 qəpik, cəmi 6.061 manat 75 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 81 manat 76 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi F.E.Əliyev məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, «AG bank» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında 30 dekabr 2019cu il tarixdə bağlanmış 109.LN.1676.301219.00002 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən həmin cavabdehə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5.955 manat 56 qəpik məbləğində kredit verilmişdir. Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «AG bank» açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 30 dekabr 2019-cu il tarixli, 109.CL.301219.00002/a nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Lakin bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə 25 fevral 2022-ci il tarixə Cavabdeh1 ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinə 5.955 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 106 manat 19 qəpik məbləğində borcu yaranmışdır. Sonda F.E.Əliyev iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 dekabr 2019-cu il tarixli, 109.LN.1676.301219.00002 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, «AG bank» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5.955 manat 56 qəpik məbləğində kredit verilmişdir. İşdə olan 30 dekabr 2019-cu il tarixli, 109.CL.301219.00002/a nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 30 dekabr 2019-cu il tarixli, 109.LN.1676.301219.00002 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan «AG bank» açıq səhmdar cəmiyyətinin (ləğv prosesindədir) 25 fevral 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə «AG bank» açıq səhmdar cəmiyyəti arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 borcu əsas borc qismində 5.955 manat 56 qəpik, 24 fevral 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 106 manat 19 qəpik, cəmi 6.061 manat 75 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 5.955 manat 56 qəpik, 24 fevral 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 106 manat 19 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 30 dekabr 2019-ci il tarixli, 109.LN.1676.301219.00002 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 5.955 manat 56 qəpik, 24 fevral 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 106 manat 19 qəpik, cəmi 6.061 manat 75 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 81 manat 76 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinin xeyrinə 30 dekabr 2019-cu il tarixli, 109.LN.1676.301219.00002 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.955 (beş min doqquz yüz əlli beş) manat 56 (əlli altı) qəpik, 24 fevral 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 106 (bir yüz altı) manat 19 (on doqquz) qəpik, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 81 (səksən bir) manat 76 (yetmiş altı) qəpik, cəmi 6.143 (altı min yüz qırx üç) manat 51 (əlli) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-764/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-764/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver