Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7703/2023 30.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı BOKT ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 253,90 manat qalıq, 53,81 manat faiz, 510 manat dəbbə pulu olmaqla 817,71 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-in xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı BOKT ASC məhkəməyə ərizə ünvanlayaraq cavabdeh tərəfindən borcun tam ödənildiyini göstərərk işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddiasından imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı BOKT ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-7703/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7703/2023
30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver