Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(125)-7712/2023 27.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor MMC xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2021-ci il tarixli, GNK5962381 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.260 manat, hesablanmış və ödənilməmiş faiz borcun əvəzi qismində 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 1.560 manat məbləğində pul vəsaitinin Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC-in məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında hissə-hissə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı Borclu Kreditor mağazasından ümumi dəyəri 1.459 manat olan avadanlıq almışdır. Borclu aldığı avadanlığın bir qismini ödəsə də, malın ümumi dəyərinin 1.260 manat hissəsini ödəməmişdir. Bu barədə borcluya dəfələrlə xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, GNK5962381 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu ilkin 199 manat ödəmək şərtilə Kreditor MMC-dən 12 ay ərzində hər ay 105 manat ödəməklə, ümumi dəyəri 1.459 manat olan məişət avadanlığı almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 127 nömrəli maliyyə arayışından görünür ki, Borclu xx.xx.2021-ci il tarixli, GNK5962381 nömrəli müqavilə üzrə 1.260 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir «Dövlət rüsumu haqqında» qanunun 8.2-ci maddəsinnə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 07 oktyabr 2021-ci il tarixli, GNK5962381 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.260 (bir min iki yüz altmış) manat, hesablanmış və ödənilməmiş faiz borcun əvəzi qismində 200 (iki yüz) manat və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 1.560 (bir min beş yüz altmış) manat alınaraq Kreditor MMC-in hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-7712/2023
Gəncə Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(125)-7712/2023
27.11.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver