Məhkəmə qərarları › İş №e-2(125)-8030/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-8030/2023

15.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-8030/2023 15.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, X1 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin yaşayış sahəsində istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, İddiaçı və Cavabdeh arasında Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən istifadə hüququ üzrə mübahisəyə dair Gəncə Apellyasiya Məhkəməsinin icraatında 2(104)-2824/2023 nömrəli mülki iş olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-8030/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(104)-2824/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. İddiaçı Gəncə şəhəri, X1 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən istifadə hüququna dair məsələlərə isə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-8030/2023 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yeni iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar