Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-851/2024 27.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyana görə 26800 (iyirmi min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 171 (bir yüz yetmiş bir) manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan 24 noyabr 2022–ci il tarixli razılaşmaya əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən yeni tikilmiş fərdi yaşayış evinin 91000 (doxsan bir min) manata alqı–satqısına dair aralarında razılıq əldə etmişlər. Həmin razılığa əsasən Cavabdeh ilkin olaraq beh kimi 28000 (iyirmi səkkiz min) manat ödəniş etmişdir. Qalan 63000 (altmış üç) min manat məbləğində pulu isə 2023–cü ilin yanvar ayının 20–dək tam şəkildə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq alqı–satqıya getməmiş və əlavə vaxt istəmişdir. O, Cavabdeh 2023–cü ilin fevral, mart, daha sonra aprel ayınadək olmaqla üç dəfə əlavə vaxt verməyinə baxmayaraq yenə də, razılaşmanın şərtlərini pozaraq evin alqı–satqı edilməsindən yayınmışdır. Hətta 2023–cü ilin fevral ayında o, onu cavabdehlə tanış edən Cahangir adlı makler vasitəsi ilə cavabdehə xəbər göndərərək aralarında olan razılaşmanın şərtlərinə uyğun olaraq evi almasını təklif etmişdir. Həmin vaxt evə real alıcı–müştəri gəlmişdir. O, cavabdehə real alıcı olduğunu, əgər evi almaq istəmirsə, maddi vəziyyəti buna imkan vermirsə bunu açıq şəkildə bəyan edərək evi həmin müştəriyə satmağa razılıq verməsini, belə olan halda müəyyən edilmiş vaxt ərzində razılaşmanı icra etmədiyi üçün həmin razılaşmanın onun, yəni cavabdehin özü tərəfindən pozulmasına baxmayaraq, evi satdıqdan sonra vermiş olduğu behi də qaytaracağını bildirmişdir. Lakin cavabdeh yenə də evi alacağını, qətiyyən evi başqa şəxsə satmamağını bildirmişdir. Analoji olaraq 2023–cü ilin mart ayında evi almağa yeni müştəri gəldiyi üçün o, yenidən onu cavabdehlə tanış edən Cahangir adlı makler vasitəsi ilə cavabdehə xəbər göndərərək aralarında olan razılaşmanın şərtlərinə uyğun olaraq evi almasını bir daha təklif etmişdir. Həmin vaxt yenə evə real alıcı–müştəri gəlmişdir. O, bir daha cavabdehə real alıcı olduğunu, əgər evi almaq istəmirsə, maddi vəziyyəti buna imkan vermirsə bunu açıq şəkildə bəyan edərək evi həmin müştəriyə satmağa razılıq verməsini, belə olan halda bir daha müəyyən edilmiş vaxt ərzində razılaşmanı təkrar olaraq icra etmədiyi üçün həmin razılaşmanın onun, yəni cavabdehin özü tərəfindən pozulmasına baxmayaraq, evi satdıqdan sonra vermiş olduğu behi də qaytaracağını bildirmişdir. Lakin cavabdeh yenə də evi alacağını, qətiyyən evi başqa şəxsə satmamağını bildirmişdir. O, Cavabdeh təklifi və tapşırığı əsasında evdə xeyli təmir işləri aparmış və təmir işlərinin həyata keçirilməsi üçün ümumilikdə bankdan 26800 (iyirmi min səkkiz yüz) manat məbləğində kredit götürərək evin təmirinə sərf etmişdir. Lakin Cavabdeh aralarında olan razılaşmanın şərtlərini səbəbsiz olaraq pozaraq evin alınması üçün nəzərdə tutulmuş vəsaitin qalan hissəsini ödəməməşdir. Cavabdeh ilə aralarında razılaşma olduğu üçün ona bir neçə dəfə ayrı–ayrı şəxslər tərəfindən Cavabdeh da təklif etmiş olduğu məbləğdən daha artıq məbləğlər təklif edilsə də, o, cavabdehlə razılaşmanın şərtlərinə sadiq qalaraq evi satmamışdır. Həm bankdan götürmüş olduğu kredit vəsaiti, həm də təklif edilən əlavə məbləğlərin əldən çıxması nəticəsində ona kifayət qədər maddi ziyan dəymişdir. Lakin sonradan Cavabdeh davranışı onda o qənaətə gəlməyə əsas yaratmışdır ki, cavabdeh artıq razılaşmanın şərtlərini pozaraq evi almaq fikrindən daşınmışdır. O, cavabdehə bir dəfə təklif–xəbərdarlıq, bir dəfə də pretenziya məktubu göndərməyinə baxmayaraq, cavabdeh yenə də heç bir münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, tələbin əsaslandığı qəbzin əsli cavabdehdədir, bundan başqa, həmin qəbzdə nəzərdə tutulan təmir-tikinti işlərinin görülməsi üçün iddiaçı bankdan kreditlər götürməli olmuş, cavabdeh əmlakı əldə etməkdən yayındığı üçün iddiaçı 26800 manat məbləğində həmin krediti və ona hesablanmış faizləri ödəməli olmuşdur. İddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023 və xx.xx.2023-cü il tarixli pretenziyaların məzmunundan görünür ki, aralarında olan 24 noyabr 2022-ci il tarixli razılaşmaya əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən yeni tikilmiş fərdi yaşayış evinin 91000 manata alqı-satqısına dair razılıq əldə etmişlər. Həmin razılığa əsasən cavabdeh ilkin olaraq beh kimi 28000 manat ödəniş etmişdir. Qalan 63000 min manat məbləğində pulu isə 2023-cü ilin yanvar ayının 20-dək tam şəkildə ödəməyi öhdəsinə götürməyinə baxmayaraq alqı-satqıya getməmiş və əlavə vaxt istəmişdir. O, 2023-cü ilin fevral, daha sonra mart ayınadək olmaqla üç dəfə əlavə vaxt verməyinə baxmayaraq yenə də, razılaşmanın şərtlərini pozaraq evin alqı-satqı edilməsindən yayınmışdır. O, evdə xeyli təmir işləri aparmış və təmir işlərinin həyata keçirilməsi üçün ümumilikdə bankdan 26800 manat məbləğində kredit götürərək evin təmirinə sərf etmişdir. Lakin aralarında olan razılaşmanın şərtlərini səbəbsiz olaraq pozaraq evin alınması üçün nəzərdə tutulmuş vəsaitin qalan hissəsini ödəməmişdir. Cavabdeh ilə aralarında razılaşma olduğu üçün ona bir neçə dəfə ayrı-ayrı şəxslər tərəfindən təklif olunmuş məbləğdən daha artıq məbləğlər təklif edilsə də, o, razılaşmanın şərtlərinə sadiq qalaraq evi satmamışdır. Həm bankdan götürmüş olduğu kredit vəsaiti, həm də təklif edilən əlavə məbləğlərin əldən çıxması nəticəsində ona kifayət qədər maddi ziyan dəymişdir. Lakin sonradan cavabdehin davranışığı onda o qənaətə gəlməyə əsas yaratmışdır ki, artıq razılaşmanın şərtlərini pozaraq evi almaq fikrindən daşınmışdır. Hazırda, razılaşmanın şərtlərini yerinə yetirməklə yanaşı, onun evin təmiri üçün sərf etdiyi 26800 manat məbləğində pulun ödənilməsini tələb edir. Əks halda Azərbaycan Respublikası MM-nin tələblərinə müvafiq olaraq məsuliyyət daşıdığı barədə məlumat vermişdir. Bundan əvvəl də 03 noyabr 2023-cü il tarixdə də bununla bağlı ona müvafiq təklif göndərmiş və həmin təklifə də heç bir cavab verməmişdir. Qeyd etdiklərini nəzərə alaraq hazırki məktubu aldıqdan sonra ona müvafiq cavab verilməsini tələb etmişdir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən İddiaçının adına tərtib edilmiş ödəniş qrafiklərindən görünür ki, GTKR2897362B128 nömrəli müqavilə üzrə 18000 manat kreditin illik 21 faiz dərəcəsi ilə 59 ay müddətinə; GTKR8462198A128 nömrəli müqavilə üzrə 8800 manat kreditin illik 17 faiz dərəcəsi ilə 24 ay müddətinə ödənilməsinin qrafikləri əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Hazırkı iş üzrə iddiaçı cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq pulun tutulmasını xahiş etmiş, tələbini daşınmaz əmlakın alqı-satqısına dair aralarında əldə edilmiş razılığa uyğun olaraq iddiaçının həmin əmlakda təmir-tikinti işləri görərək xərc çəkməsinə baxmayaraq, cavabdehin əmlakı əldə etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçının tələbinin sübutu qismində təqdim edilmiş qəbzin surətindən görünür ki, Mənsurov X1, ev 45 ünvanında yerləşən 2 mərtəbə mansarlı evi məhəlləsi navesli (çardaqlı) hazır vəziyyətdə 2-ci mərtəbənin polu (döşəməsi) və alçipanlı hamam və ayaqyolu hazır vəziyyətdə, 1-ci mərtəbədə alçipan işləməklə pilləkənlərin taxtadan yığımaqla zalın və mətbəxin tavanının yığılmaqla satılmasını 91000 manata razılaşmışlar, həmin qəbzə alıcı Cavabdeh, makler X2, satıcı İddiaçı adlarıyla imzalar icra edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilmədiyi həmin qəbz üçün sübut qismində qəbul edilə və dəyərləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bundan başqa, əsli təqdim edilsəydi belə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyi üçün həmin qəbz ilkin müqavilə kimi hüquqi nəticələr yaratmayacaqdı. Belə ki, həmin qəbz əmlakın mülkiyyətə verilməsi barədə razılaşmanı əks etdirsə də, gələcəkdə əsas müqavilə bağlamağa dair öhdəlik götürülməsi nəzərdə tutulmamışdır; həmin razılaşma daşınmaz əmlakın alqı-satqısı üçün nəzərdə tutulmuş notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, bu hal isə əqdin əhəmiyyətsizliyinə səbəb olur; əsas müqavilənin bütün mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməmişdir; tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməmişdir; həmin qəbzdə qeyd olunmuş xx.xx.2022-ci il tarixindən bir il müddətində əsas müqavilə bağlanmadığı və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərmədiyi üçün, orada nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir; niyyət razılaşması olması ehtimal edilsə belə, həmin qəbzdə tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmadığından, o, mülki hüquq nəticələri doğurmamışdır. Bununla yanaşı, tərəflərin bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq əldə etməsi müəyyən edilmədiyindən, alqı-satqıya dair qeydiyyatın gecikdirilməsində cavabdehin təqsirli olmasıyla əlaqədar əmələ gəlmiş zərərin əvəzini iddiaçıya ödəmək öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçı tələbini həmçinin, cavabdehin əmlakı əldə edəcəyinə etimad edərək digər alıcılarla müqavilə bağlamaqdan imtina etməsi ucbatından ona ziyan dəyməsiylə əsaslandırmışdır. Bundan başqa, iddiaçı qeyd edilən qəbzdə göstərilən işlərin həyata keçirilməsi məqsədilə bankdan kreditlər götürərək təmir-tikinti xərclərini ödədiyini, cavabdehin əmlakı əldə etməməsi nəticəsində həmin krediti və faizləri ödəməli olduğunu, beləliklə, maddi ziyana məruz qaldığını bildirsə də, həmin kreditlərin alınması və (ya) tam və (ya) qismən təmir-tikintiyə sərf olunması müəyyən edilməməklə yanaşı, bu hal cavabdehin maddi məsuliyyət üçün əsas təşkil etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mülki işin tədqiq edilmiş halları əsasında, cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli; həmin mülki hüquq pozuntusu nəticəsində iddiaçının şəxsiyyətinə və (ya) əmlakına zərər vurması, nəticədə mülki hüquq məsuliyyəti daşımalı olduğu hal müəyyən edilməmişdir, buna görə iddianın qanuni və əsaslı olması sübut edilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Xədicə Səfərli