Məhkəmə qərarları › İş №e-2(125)-870/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-870/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-870/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin əvəzi qismində 8.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 107 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddianın artırılmasına dair ərizəsində iddiaçının nümayəndəsi S.S.Əliyev sığorta ödənişinin əvəzi qismində 9.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Volkswagen Polo» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə «Volkswagen Polo» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəmkir rayonu Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X3, X7, X8, X2 yüngül, X1 az ağır xəsarət yetirmiş və «X15» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 9.500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Şəmkir Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt «Volkswagen Polo» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur.Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bundan başqa xx.xx.2025-ci il tarixdə mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etdiyini, lakin iddia ərizəsində tələb olunan məbləği Cavabdeh ödəyəcək maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, PAA********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, «Volkswagen Polo» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil 01 il müddətinə yəni xx.xx.2023-cü il tarixdədək "xxxx" ASC-də sığorta təminatı almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 23-00590/08/AA-339/23 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül zərər dəydiyi üçün 750 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X7 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********/636770015 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 1.500 manat məbləğində pul vəsaiti X4 hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli, 103OPX123240397B nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 750 manat məbləğində pul vəsaiti X7 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 103OPX123240397C nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 750 manat məbləğində pul vəsaiti X7 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 103OPX********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 750 manat məbləğində pul vəsaiti X7 hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli, **********/640453777 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 5.000 manat məbləğində pul vəsaiti X6 hesabına köçürülmüşdür. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)- 276/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesablama aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində «X16» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6.015 manat məbləğində zərər dəymişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, AS-24/440 nömrəli geriyə tələb məktubunun surətindən görünür ki, borcu könüllü ödəməsi barədə "xxxx" ASC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi barədə Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermiş, hadisə zamanı «X16» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6.015 manat məbləğində zərər dəymiş, bundan başqa digər şəxslərin isə sağlamlığına zərər vurulmuşdur. Vurulmuş zərər «Volkswagen Polo» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir. Buna görə də "xxxx" ASC-nin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Cavabdeh qarşı 9.500 manat məbləğində pul tələbi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 9.500 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 9.500 (doqquz min beş yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 115 (bir yüz on beş) manat, cəmi 9.615 (doqquz min altı yüz on beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar