Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-891/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, STK01-1766 saylı daxili kredit müqaviləsinə əsasən 2169,79 manat əsas borc, 292,92 manat faiz borcu, 333 manat dəbbə borcu, o cümlədən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 48 manat dövlət rüsumu olmaqla, cəmi 2843,71 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, STK01-1766 saylı daxili kredit müqaviləsinə əsasən 24 ay müddətinə, aylıq ödənişi 200,06 manat olmaqla 2900 manat məbləğində müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə xx.xx.2023-cü ildə olunmuş 180 manat ödənişdən 21,75 manat faizdən, 158.25 manat əsas borcdan silinmişdir. xx.xx.2023-cü ildə ödənilmiş 180 manat ödənişdən 131,52 manat faizdən, 48,48 manat əsas borcdan silinmişdir. xx.xx.2023-cü ildə olunmuş 180 manat ödənişdən 169,16 manat faizdən, 10,84 manat əsas borcdan silinmişdir. xx.xx.2023-cü ildə ödənilmiş 180 manat ödənişdən 45,1 manat faiz borcundan, 132.92 manat əsas borcdan, 1,98 manat dəbbə borcundan silinmişdir. Cavabdeh STK01-1766 saylı müqavilə üzrə cəmi 720 manat ödəniş etmiş, həmin ödənişdən 548,93 manat faiz borcundan, 171,07 manat əsas borcdan silinmişdir. Hal hazırda 292.92 manat faiz borcu, 2169.79 manat əsas borcu, 333 manat dəbbə borcu mövcuddur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hər dəfə 1000 manat olmaqla cəmi 2000 manat kredit götürmüşdür. Birinci dəfə götürdüyü 1000 manat borcunu ödədikdən sonra ikinci dəfə də kredit götürmüşdür. 7 ay boyunca hər ay 180 manat, 5 ay boyunca isə hər ay 120 manat olmaqla ödəniş etmişdir. Heç vaxt ödənişlərini nağd qaydada verməmiş, kartdan tutulmuşdur. Anasının kartı iddiaçıda olmuş, məhz həmin kart müqabilində kredit vermişdirlər. Anası 180 manat təqaüd almış, daha sonra artıb 220 manat olmuşdur. Borcu vardır, ancaq tələb olunan qədər deyildir. Kartın iddiaçıda olmasını təsdiq edən sübutu yoxdur, aralarında girov müqaviləsi imzalanmamışdır. 2900 manat pulun verilməsinə dair qəbzə qol çəkmiş, ancaq 2000 manat məbləğində kredit götürmüşdür. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli, STK01-1766 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik faiz dərəcəsi 54% olmaqla, 2900 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 2900 manat məbləğində pulu İddiaçındən qəbul etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, STK01-1766 nömrəli kredit müqaviləsi üzrə İddiaçınə 2169,79 manat əsas borcu qalmış, 292,92 manat faiz və 333 manat cərimə hesablanmışdır. Pretenziya məktubunun surətindən görünür ki, cavabdehə 2169,79 manat əsas, 292,92 manat faiz və 333 manat cərimə olmaqla, cəmi 2795,71 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, STK01-1766 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 54% olmaqla, 2900 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə cəmi 2000 manat məbləğində kredit götürdüyünü və anasına məxsus kart iddiaçıda olmaqla müəyyən qədər kredit ödənişlərinin həmin kartdan tutulduğunu göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 333 manat cərimə məbləği azaldılaraq 33,3 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, STK01-1766 nömrəli müqavilə üzrə 2169,79 manat əsas, 292,92 manat faiz, 33,3 manat cərimə olmaqla, cəmi 2496,01 manat pul Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 44,96 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, STK01-1766 nömrəli müqavilə üzrə 2169,79 manat əsas, 292,92 manat faiz, 33,3 manat cərimə olmaqla, cəmi 2496,01 (iki min dörd yüz doxsan altı manat 01 qəpik) manat pul və 44,96 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-891/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-891/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver