Məhkəmə qərarları › İş №e-2(125)-955/2023

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(125)-955/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-955/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh notarial qaydada təsdiqlənmiş 23 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 12230 manat məbləğində pulun və 127 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh normal münasibətləri olmuş, 2021-ci ilin noyabr ayının 23-də ona müraciət edərək pul lazım olduğunu və ona kömək etməsini xahiş etmişdir. O, Cavabdeh 14000 manat məbləğində notarial müqavilə əsasında borc pul vermiş və bu məqsədlə elə həmin tarixdə də kredit müqaviləsi bağlanılmış və həmin müqavilə Şəmkir rayon 1 saylı Notariat ofisində rəsmiləşdirilmişdir. Bu müqaviləyə əsasən Cavabdeh aldığı pulu xx.xx.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin ödəniş müddətinin bitmə tarixindən keçməsinə baxmayaraq, cavabdeh həmin məbləğdən yalnız 1770 manat məbləğində ödəniş etmiş, yerdə qalan 12230 manat məbləğində pulu ödəməkdən boyun qaçırmaqdadır. Hazırda cavabdehə dəfələrlə pulun qaytarılması barədə bildirilsə də, o, yerdə qalan məbləği ödəməkdən yayındığı üçün məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini və mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclaslarına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı Notariat Ofisində təsdiq edilmiş 23 noyabr 2021-ci il tarixli, 3M-927 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 14000 manat 00 qəpik (on dörd min manat 0 qəpik) məbləğində pulu borc vermişdir. Borc alan krediti xx.xx.2022-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 23 noyabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 23 may 2022-ci il tarixədək 14000 manat borc pul vermişdir. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, iddiaçıya olan 14000 manat borcundan 1770 manat ödəniş etmiş, qalan pul öhdəliyini isə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 14000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə ilə müəyyən olunur ki, 14000 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 14000 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuş, yəni cavabdeh iddiaçıdan aldığı borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, iddiaçıya olan 14000 manat borcundan 1770 manat ödəniş etmiş, qalan pul öhdəliyini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməli, 12230 (on iki min iki yüz otuz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün hökumət ödəniş portalına iddiaçı tərəfindən ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 12230 (on iki min iki yüz otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar