Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-236/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdehlər cavabdeh7 MMC, cavabdeh6 MMC, cavabdeh5 MMC, “X1” MMC, “xxxx” MMC, “xxxx” MMC və “Metatron İnşaat” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə ibarət qarışıq tərkibdə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdehlər cavabdeh7 MMC, cavabdeh6 MMC, cavabdeh5 MMC, “X1” MMC, “xxxx” MMC, “xxxx” MMC və “Metatron İnşaat” MMC-yə qarşı bağlanmış əqdlərin və aparılmış əməliyyatların etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli, e-*-*(*- **)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh7 MMC, cavabdeh6 MMC, cavabdeh5 MMC, “X1” MMC, “xxxx” MMC, “xxxx” MMC və “Metatron İnşaat” MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı bağlanmış əqdlərin və aparılmış əməliyyatların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim – N.Əhmədova).
3. Məhkəmə qeyd etmişdir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Hazırkı iş üzrə iddiaçı dövlət orqanı olaraq cavabdehlər arasında bağlanan əqdlərin və əməliyyatların etibarsız hesab ediməsini xahiş edir və qeyd edilən əqd və əməliyyatların vergidən yayınmaq məqsədi ilə aparıldığını əsaslandırır.
4. Məhkəmə bildirmişdir ki, hazırkı işin hallarından isə iddiaçının dövlət orqanı kimi cavabdehlərlə hər hansı iqtisadi məzmunlu münasibətinin olduğu təsdiq olunmur. İddiaçı dövlət orqanı kimi öz məqsəd və vəzifələrindən irəli gələrək hazırkı mülki hüquqi iddia ilə əqdin etibarsız hesab edilməsi tələbi ilə çıxış etmişdir. Qeyd edilən əqdlərin iddiaçı ilə bağlanmadığı isə aşkardır.
5. Belə olan halda iddia tələbinin dövlət orqanının mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində malların (işlərin və xidmətlərin və s.) dövlət vəsaiti hesabına alınmasında sahibkarlıq subyektləri ilə bağlanmış mülki hüquqi əqdlərdən irəli gələn tələblərə aid olmadığını nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırkı iş ümumi məhkəmələrin aidiyyətidir.
6. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 23-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 25.1, 26.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
7. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadını əsasandırarkən mübahisənin vergi orqanının nəzarət funksiyasını həyata keçirməsi ilə əlaqələndirərək məhkəmə aidiyyətinin düzgün müəyyən edilmədiyini bildirmişdir. Lakin nəzərə almamışdır ki, etibarsız hesab edilməsi tələb olunan əməliyyatları aparmış müqavilə tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilməlidir ki, işdə iştirak edən şəxslərdən birinin dövlət orqanı olması onun tərəfindən sahibkarlıq fəaliyyətinin nəticəsi olan əməliyyatların etibarsızlığı barədə tələbini aradan qaldırmır. Xüsusilə diqqət edilməlidir ki, mübahisə edilən əqdləri bağlamış şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan vergi orqanının həmin əqdlərin etibarsız sayılması barədə tələbi də iqtisadi məzmunlu hesab edilməli və bu kimi işlərə kommersiya məhkəmələrində baxılmalıdır. İşin hallarından da aydın olduğu kimi, müvafiq əməliyyatlar cavabdehlər arasında sahibkarlıq fəaliyyəti çərçivəsində aparılmış və bu, işin mübahisəsiz halıdır. Bu baxımdan həmin əməliyyatların etibarsız hesab edilməsi predmet meyarına cavab verir. Bu baxımdan məhkəmə tam və hərtərəfli araşdırma aparmadan əsassız və qanunsuz nəticəyə gəlmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – N.Əhmədova).
Tətbiq edilən hüquq
10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“...
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. ...”
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. ...”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti[49] 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”
Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi iş materiallarını, o cümlədən Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli qərardadını və şikayətin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, həmin qərardad qanuni və əsaslıdır, şikayətin dəlilləri isə onun ləğvi üçün əsas yaratmır.
13. Belə ki, iş materiallarından görünür ki, iddiaçı dövlət orqanı olmaqla cavabdehlər arasında bağlanmış əqdlərin etibarsız hesab edilməsi tələbi ilə çıxış etmiş, iddiasını cavabdeh hüquqi şəxslər tərəfindən əmtəəsiz əməliyyatların aparılması və bununla vergi öhdəliklərindən yayınma hallarının mövcudluğu ilə əsaslandırmışdır.
14. Kollegiya qeyd edir ki, mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün yalnız tərəflərin hüquqi şəxs və ya sahibkarlıq subyekti olması kifayət etmir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə və məhkəmə təcrübəsinə uyğun olaraq aidiyyət müəyyən edilərkən subyektiv tərkib, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kompleks şəkildə qiymətləndirilməlidir.
15. Plenum qərarının 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.
16. Lakin hazırkı işdə iddiaçı dövlət orqanı kimi cavabdehlərlə mülki dövriyyədə bərabərhüquqlu subyekt qismində çıxış etməmiş, əksinə, ona qanunvericiliklə verilmiş nəzarət funksiyalarını həyata keçirərək vergi öhdəliklərinin icrasından yayınma halları ilə bağlı iddia irəli sürmüşdür. İddia olunan əqdlərin isə iddiaçı ilə bağlanmadığı mübahisəsizdir.
17. Məhkəmə tərkibi mübahisənin mahiyyətini qiymətləndirərək belə nəticəyə gəlir ki, hazırkı iş dövlət orqanının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil və tərəflər arasında gəlir (mənfəət) əldə edilməsinə yönəlmiş, mülki qanunvericiliklə tənzimlənən sahibkarlıq münasibətləri mövcud olmamışdır. Bu səbəbdən cavabdehlərin kommersiya hüquqi şəxslər, iddiaçının isə dövlət orqanı olması mübahisənin kommersiya xarakterli hesab olunmasını istisna edir və mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən ona kommersiya məhkəməsində baxılması üçün hüquqi əsas yaratmır.
18. Belə olan halda, mübahisənin predmet və hüquqi xarakteri onun kommersiya mübahisəsi olmadığını göstərir və işə ümumi məhkəmələrdə baxılmalıdır.
19. Qarışıq məhkəmə tərkibi hesab edir ki, Bakı Kommersiya Məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gələrkən məhkəmə aidiyyətini düzgün müəyyən etmiş, tətbiq edilən hüquq normalarını düzgün şərh etmişdir.
20. Şikayətin dəlilləri isə əsasən tərəflərin sahibkarlıq subyekti olması faktına istinad etməklə məhdudlaşır və mübahisənin hüquqi xarakterini dəyişdirmir.
21. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli, e-*-*(*-**)-****/**** nömrəli nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.