Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-375/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Həsənov Cavid Nazim oğluna və cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi, Inzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) verilmiş borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh1 və cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh1”, “cavabdeh2”) qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2024cü il ## #### tarixli ***R********** nömrəli krеdit razılaşması üzrə 37.417,19 manat məbləğində əsas borc, 3.453,38 manat məbləğində faiz bоrcu, 1.236,41 manat məbləğində cərimə olmaqla, cəmi 42.106,98 manat məbləğində bоrcun, ödənilmiş 216,32 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, borcun cavabdeh1 məxsus olan 01-CC228 dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL3258A3” modelli (tip: özüboşaldan, buraxılış ili: 2011-ci il) nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və həmin nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh cavabdeh1 işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında istehlak krediti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh şəxsi ehtiyaclarını təmin etmək məqsədilə müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit götürməyi və həmin məbləği razılaşdırılmış müddətdə iddiaçıya geri ödəməyi, iddiaçı isə müəyyən edilmiş məbləğdə krediti cavabdehə təqdim etməyi öhdəsinə götürmüşdür. Sözügedən işin faktiki və hüquqi hallarına nəzər saldıqda aydın olur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin iddiaçı ilə bağladığı müqavilə nəticəsində hər hansı “əmlakdan istifadə, malların istehsalı və (və ya) satışı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi yolu ilə mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) əldə etmək” niyyəti mövcud olmamışdır. Eyni zamanda cavabdehin iddiaçıdan hər hansı mənfəət əldə etməsi faktı da mövcud deyildir. Belə ki, cavabdeh kredit götürmüş və müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, həmin krediti faizləri ilə birlikdə müəyyən edilmiş müddətdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bu halda cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsinin bağlanması, müqavilə ilə müəyyən edilmiş məbləğin ödənilməsi və ya ödənilməməsi ilə bağlı yaranan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Aydındır ki, tərəflər arasında yaranmış mübahisə adi mülki hüquq müqaviləsindən irəli gələn öhdəliklərin icra edilibedilməməsi ilə bağlıdır və mülki mübahisə xarakteri daşıyır. Bu münasibətlərdə hər hansı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən söhbət gedə bilməz. Sözügedən mübahisədə mübahisənin predmeti kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlıdır. Tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterinə gəldikdə isə bu münasibətlər kredit müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliklərin vaxtında və tam həcmdə icra edilməməsi ilə əlaqədardır. Hər bir halda qeyd olunan mübahisə tərəflər arasında bağlanmış istehlak krediti müqaviləsindən irəli gəlir. Qanunvericilikdə verilmiş anlayışa əsasən, cavabdehin həmin müqaviləni bağlamaqda hər hansı mənfəət əldə etmək niyyəti olmamışdır. Bu səbəbdən sözügedən müqavilə əsasında tərəflər arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi kimi qiymətləndirilə bilməz.cavabdeh1 göstərilənlərin nəzərə alınaraq məhkəmədən e*-*(*-**)-***/**** nömrəli işin adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim – F.Həmidli).
4. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh1 arasında bağlanan 2024-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən, iddiaçı “fərdi mikro kredit” məqsədilə aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 30 ay müddətinə məbləği 50.000 manat olan krediti cavabdehə verməyi öhdəsinə götürmüşdür.
5. Digər tərəfdən müqavilənin, eyni zamanda hazırkı mübahisənin tərəfləri olan iddiaçı və cavabdeh1 vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malikdirlər və sahibkarlıq fəaliyyətinin subyekti hesab edilirlər. Sözügedən kredit müqaviləsi üzrə verilmiş kreditin məbləği isə 50.000 manat təşkil etmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə və digər iş materiallarına əsasən, hazırkı mübahisə “fərdi mikro kredit” üçün sahibkarlıq fəaliyyətinin bir subyekti tərəfindən digər subyektinə verilmiş 50.000 manat məbləğində kreditin vaxtında qaytarılmaması səbəbindən yaranmışdır. Başqa sözlə, yuxarıda qeyd edilən meyarlar üzrə qiymətləndirmə apardıqda, mübahisənin iştirakçılarının subyektiv tərkib baxımından sahibkarlıq subyekti olması, o cümlədən mübahisənin predmetinin və hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu müəyyən edilməkdədir və bu səbəbdən işə kommersiya məhkəməsində baxılmalıdır.
7. Qeyd olunanlara əsasən məhkəmə vəsatətin rədd edilməsi nəticəsinə gəlmişdir.
8. Cavabdeh cavabdeh1 şikayət verərək həmin qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Şikayət vəsatətlə eyni qaydada əsaslandırılmış və əlavə olaraq “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ## ######## 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 11-ci bəndinə istinad edilərək qeyd edilmişdir ki, mübahisə predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması həmin işin kommersiya məhkəməsində baxılması üçün özlüyündə kifayət etmir. Hazırkı mübahisədə yalnız iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Iddiaçının cavabdehə kredit verməsi faktının mövcudluğu tərəflər arasında yaranmış müqavilə münasibətlərindən irəli gələn mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə kimi qiymətləndirilməsi üçün əsas hesab edilə bilməz. Belə yanaşma həm qüvvədə olan qanunvericiliyin tələblərinə, həm də Ali Məhkəmənin Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə ziddir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il # ### tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh1 şikayəti təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti
24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”
“Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti
Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi
31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.”
“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.
403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
14. Hazırkı iş üzrə subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya baxılması üçün hər hansı hüquqi maneə mövcud deyil. Belə ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir.
15. Tərəflər arasındakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə dair isə aşağıdakılar qeyd edilir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ## ######## 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd).
17. Hazırkı işin halları da ondan ibarətdir ki, tərəflər arasında bağlanan 2024-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən, iddiaçı 50.000 manat məbləğində krediti fərdi mikro kredit məqsədilə vermişdir.
18. “Fərdi mikro kredit” anlayışı isə bank praktikasında və maliyyə münasibətlərində adətən kiçik sahibkarlıq fəaliyyəti, mikro biznes və fərdi kommersiya dövriyyəsinin maliyyələşdirilməsi məqsədilə verilən kredit məhsulu kimi çıxış edir. Tərəflər arasında bağlanmış kredit razılaşmasında da kredit alan cavabdeh1 VÖEN nömrəsi qeyd edilmiş, habelə kreditin istehlak məqsədi ilə verilməsinə dair məlumat qeyd edilməmişdir. Bu baxımdan kredit münasibətinin hüquqi və iqtisadi mahiyyəti onun istehlak krediti kimi deyil, sahibkarlıq fəaliyyəti ilə əlaqəli maliyyələşdirmə münasibəti kimi qiymətləndirilməsini şərtləndirir.
19. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması nəticəsinə gəlmək üçün əsaslar mövcuddur. 20.Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, mübahisənin həm subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Ona görə də, iddia ərizəsi verildiyi zaman məhkəmə aidiyyətinə dair qaydaların pozulmasına yol verilməmiş və Sumqayıt Kommersiya Məhkəməsinin vəsatəti təmin etməyərək işi öz icraatında saxlaması qanuni və əsaslı olmuşdur. Cavabdehin şikayətində göstərilən dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1-ci maddəsini rəhbər tutaraq,
QƏRARA ALDI:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.